Vergilər Nazirliyində yeni apelyasiya institutu təsis ediləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

apelyasiya institutuSon dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır.

Bu barədə nazirliyin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.

Bax: Vergilər Nazirinə xüsusi rütbə verilib

Bildirilib ki, bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi isə müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir, həmçinin vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur.

Yeniliyin digər başlıca mahiyyəti isə çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir.

Bununla da, yeni yaradılmış departament müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.

Mənbə: azertag.az


Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Print Friendly, PDF & Email