Kapital Bank 6 nominasiyada mükafatlandırıldı

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Kapital Bank 6 nominasiyada mükafat qazanıb.

Kapital Bank 2024-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ Sosial Məsuliyyət, təhsilə dəstək, rəqəmsallaşdırma, rəqmsal ödənişlərin təhlükəsizliyi üzrə əhalinin maarifləndirilməsi və dayanıqlı inkişaf layihələri Kapital Bank-ın çoxillik strategiyasının tərkib hissəsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Xaricdən mal sifarişi: nəzərə alınması vacib olan məqamlar

Birbankdan möhtəşəm yaz kampaniyası: Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı

posted in: Uncategorized | 0

Birbank müştəriləri üçün yaz mövsümünə özəl kampaniya təqdim olunur. 15-29 aprel tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Visa taksit kartı sahibləri onlayn ödənişlərə əlavə keşbek qazanmaq imkanı əldə edəcəklər.

Kampaniya müddətində Birbank Visa taksit kartı ilə edilən 50 AZN və daha yüksək məbləğdə bütün onlayn ödənişlərə əlavə 5% keşbek təqdim olunur. Kampaniya çərçivəsində qazanıla biləcək maksimum əlavə keşbek məbləği isə 30 AZN təşkil edir.

Kampaniya şərtləri haqqında ətraflı məlumat üçün: https://b-b.az/oek

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

 

Vergi islahatları biznes mühitində mühüm dəyişikliklərə səbəb olur

posted in: Xəbər | 0

Son illər dövlət-özəl tərəfdaşlığı iqtisadi inkişaf modelinin əsas komponentlərindən birinə çevrilib. Bu əməkdaşlıq modeli dövlət və özəl sektorun resurs və bacarıqlarını birləşdirərək, bir sıra iqtisadi faydalar təmin edir. Bu, ilk növbədə dövlətin büdcə resurslarından istifadə etməklə özəl sektordan əlavə maliyyə vəsaitləri cəlb etməyə imkan verir və əlavə investisiyalar hesabına inkişafa və infrastruktur layihələrinin sürətləndirilməsinə şərait yaradır. Dövlət-özəl tərəfdaşlığı yeni iş yerlərinin yaradılmasına, iqtisadi dövriyyənin artımına və biznes mühitinin təkmilləşməsinə töhfələr verir. Dövlət-özəl sektor əməkdaşlığı, həmçinin, iqtisadiyyatda daha davamlı və səmərəli inkişaf modelini təmin etməyə kömək edir. Bu əməkdaşlıq iqtisadi böhranın qarşısını almaq, sosial rifahı artırmaq və ümumi iqtisadi sabitliyi təmin etmək üçün vacib rol oynayır.

Ötən ildən etibarən vergi qanunvericiliyinin hazırlanmasında
ictimaiyyətdən təkliflərin qəbul edilməsi daha intensiv xarakter alıb

İctimai iştirakçılıq biznes mühitində müsbət dəyişikliklərə yol açır

Dövlət-özəl tərəfdaşlığının səmərəli nəticələri dövlət qurumlarında ictimai iştirakçılığın daha geniş vüsət almasını təmin edir. Son illər biznes subyektlərinin təklifləri əsasında vergi qanunverciliyində təkmilləşdirmələrin aparılması, islahatların həyata keçirilməsi və yeni xidmətlərin yaradılması buna ən uğurlu nümunələrdəndir. Ötən ildən etibarən vergi qanunvericiliyinin hazırlanmasında ictimaiyyətdən təkliflərin qəbul edilməsi daha intensiv xarakter alıb. Dövlət-özəl tərəfdaşlığı modeli əsasında vergi inzibatçılığında mühüm layihələr həyata keçirilir. Bu baxımdan Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi əsasında reallaşdırılan tədbirlər diqqət çəkir. Son 10 ildə yüksək reytinq göstəricilərinin hədəflənməsi məqsədilə biznes mühitini tənzimləyən bir çox qayda və prosedurların sadələşdirilməsi, asanlaşdırılması və təkmilləşdirilməsi üçün hüquqi və praktiki addımlar atılıb. Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Bir müddət əvvəl Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib. 2025-ci il üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydalar və praktikaların tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, vergi ödəyiciləri üçün müasir xidmətlər formalaşdırmaq və yeni elektron xidmətlərin yaradılmasıdır.

Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir

 

Özəl sektorun təşəbbüslərinə əsaslanan mühüm dəyişikliklər

Biznes subyektləri öz iqtisadi fəaliyyətlərini həyata keçirərkən vergi bəyannamələrindən aktiv formada istifadə edirlər. Bu baxımdan bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib. Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də onların tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyada təsdiq edilmiş bəyannamə forması bir neçə istiqamətdə təkmilləşdirilib.

Daha bir yeniliklə isə ƏDV üzrə öhdəliklərin yerinə yetirilməsinə dair məlumatların xəzinədarlığa təqdim edilməsi vaxtı dəyişdirilib. Bu, vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11:30-dək olan ödənişlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulurdu. Dəyişikliklərə əsasən, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektləri və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.

İslahatlar Azərbaycanın iqtisadi potensialının daha da artmasına, investisiya və
biznes mühitinin daha da yaxşılaşmasına və beynəlxalq reytinqlərdə
yüksək mövqe əldə edilməsinə xidmət edir

Dövlət orqanlarının aktiv dəstəyi və biznes subyektlərinin fəal iştirakçılığı ilə gerçəkləşən bu islahatlar Azərbaycanın iqtisadi potensialının daha da artmasına, investisiya və biznes mühitinin daha da yaxşılaşmasına və beynəlxalq reytinqlərdə yüksək mövqe əldə edilməsinə xidmət edir. Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcək. Bu isə ölkəmizin həm iqtisadi reytinqi, həm də sosial rifah üçün əlverişli imkanlar vəd edir.

Mənbə: vergiler.az

Xaricdən mal sifarişi: nəzərə alınması vacib olan məqamlar

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 104.6-cı maddəsinə və 104.6-1-ci bəndinə uyğun olaraq, müəssisənin səhmlərindən əldə edilən gəlirin vergiyə cəlb olunması qaydaları müəyyən edilir. “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə baş mütəxəssisi Təbriz Məmmədli qanunvericiliyin bu tələbini şərh edir.

Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən fond birjasında təqdim edilməsi istisna olmaqla, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır.

“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1-ci maddəsində göstərilib ki, tənzimlənən bazar dedikdə, fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistem nəzərdə tutulur.

Maddədən göründüyü kimi, müəssisənin səhmlərinin satışının əsasən 2 halı vardır:

1) Faktiki təqdimetmə qiymətinin səhmlərin mütənasib dəyərindən yuxarı olması;

2) Faktiki təqdimetmə qiymətinin səhmlərin mütənasib dəyərindən aşağı olması.

Birinci halda faktiki təqdimetmə qiyməti ilə nominal dəyər arasında olan fərq vergiyə cəlb edilən mənfəətdir. İkinci halda isə səhmlərin mütənasib dəyəri ilə nominal dəyər arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir.

Əvvəlcə kapitalın tərkib elementləri (xalis aktivlər), səhmlərin nominal dəyəri, səhmlərin mütənasib dəyəri və faktiki satış dəyəri anlayışları ilə tanış olaq.

Kapital nizamnamə kapitalı ehtiyat kapitalı, əlavə kapital və bölüşdürülməmiş mənfəətin cəmindən ibarətdir. Müəssisənin aktivlərindən bütün öhdəliklərini çıxsaq, xalis aktivlərini, yəni kapitalı almış oluruq. Səhmlərin nominal dəyəri onların ilkin və əsasən də dəyişməz dəyəridir. Səhmlərin mütənasib dəyəri xalis aktivlərin səhmlərinin sayına olan nisbətidir. Səhmlərin faktiki satış dəyəri onların real bazarda satıldığı qiymətdir.

Yuxarıda qeyd olunan maddənin birinci halını misal ilə izah edək:

Misal 1

Müəssisənin nizamnamə kapitalı, nominal dəyəri 1.000 manat olmaqla, 10 ədəd səhmdən ibarətdir. Səhmlərin mülkiyyətdə olma müddəti 3 ildən azdır. Müəssisənin bölüşdürülməmiş mənfəəti isə 10.000 min manat təşkil edir. Nəticə etibarilə müəssisənin xalis aktivlərinin dəyəri 20.000 manat (10.000 manat nizamnamə kapitalı + 10.000 manat bölüşdürülməmiş mənfəət) təşkil edir. Müəssisə il ərzində, hər biri 3.000 olmaqla, 5 ədəd səhmini satmaq qərarına gəlib (kütləvi təşkil edilmiş və tənzimlənən bazar istisna olmaqla). Belə olan halda, vergi məbləğini hesablayaq:

5 ədəd səhmin nominal dəyəri: 5 x 1000 = 5.000 manat;
5 ədəd səhmin mütənasib dəyəri: (20.000: 10) x 5 = 10.000 manat;
Faktiki satış dəyəri: 3.000 x 5 = 15.000 manat;
Vergiyə cəlb edilən mənfəət: 15.000 – 5.000 = 10.000 manat;
Vergi məbləği: 10.000 x 20% = 2.000 manat.

Buradan aydın görünür ki, faktiki satış dəyəri səhmlərin mütənasib dəyərindən yuxarı olduğu üçün faktiki satış dəyərindən səhmlərin nominal dəyəri çıxılır.
İndi isə yuxarıda qeyd olunan ikinci halı misalla izah edək.

Misal 2

Müəssisənin nizamnamə kapitalı, nominal dəyəri 1.000 manat olmaqla, 10 ədəd səhmdən ibarətdir. Səhmlərin mülkiyyətdə olma müddəti 3 ildən azdır. Müəssisənin bölüşdürülməmiş mənfəəti isə 10.000 manat təşkil edir. Nəticə etibarilə müəssisənin xalis aktivlərinin dəyəri 20.000 manat (10.000 manat nizamnamə kapitalı + 10.000 manat bölüşdürülməmiş mənfəət) təşkil edir. Müəssisə il ərzində, hər biri 1.500 manat olmaqla, 5 ədəd səhmini satmaq qərarına gəlib (kütləvi təşkil edilmiş və tənzimlənən bazar istisna olmaqla). Belə olan halda vergi məbləğini hesablayaq.

5 ədəd səhmin nominal dəyəri: 5 x 1.000 = 5.000 manat;
5 ədəd səhmin mütənasib dəyəri: (20.000 : 10) x 5 = 10.000 manat;
Faktiki satış dəyəri : 1.500 x 5 = 7.500 manat;
Vergiyə cəlb edilən mənfəət : 10.000 – 5.000 = 5.000 manat;
Vergi: 5.000 x 20% = 1.000 manat.

Misalın həllindən də aydın görünür ki, faktiki satış dəyəri səhmlərin mütənasib dəyərindən aşağı olduğu üçün səhmlərin mütənasib dəyərindən səhmlərin nominal dəyəri çıxılır.

Vergi Məcəlləsinin 106.1.19 -cu maddəsində isə göstərilib ki, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi vergidən azaddır. Yuxarıda qeyd etdiyimiz hər iki misalda müəssisənin səhmlərinin mülkiyyətində olma müddəti 3 ildən artıq olarsa, mənfəəti 50 faiz azaldılaraq hesablanacaq.
Maddədə qeyd olunan əlavə bir halı da misal vasitəsilə izah edək.

Misal 3

Müəssisə nominal dəyəri 1.000 manat olan 1 ədəd səhmi 1.500 manata alıb (müəssisə üçün qudvil yaranır). Alğı-satqı zamanı bu əməliyyatla bağlı xərclər 200 manat təşkil edib və həmin səhmi 2.000 manata satıb. Bu zaman vergi hansı məbləğdən hesablanacaq?

Nominal dəyər: 1.000 manat;
Alış dəyəri: 1.500 manat;
Alqı satqı xərcləri: 200manat;
Satış dəyəri: 2.000 manat.
Vergiyə cəlb edilən dəyər: 2.000 – (1.500 + 200) = 300 manat.

Qeyd edək ki, 2025-ci ildən Vergi Məcəlləsinə 104.6-1-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.

Misal 4

Müəssisə 2025-ci ildə, alış dəyəri 1.200 manat və alışla bağlı digər xərcləri isə 300 manat olmaqla, 10 ədəd səhm alıb. Bir səhmin nominal dəyəri 500 manat olub. Müəssisə həmin ildə ədədi 2.000 manat olmaqla 1 ədəd səhmini fond birjasında satmaq qərarına gəlib. Bu halda, vergi məbləğini hesablayaq:

Səhmin alış dəyəri: 1.200 manat;
Digər xərclər: 300 manat;
Səhmin satışı dəyəri: 2.000 manat;
Mənfəət: 2.000 – (1.200 + 300) = 500 manat;
Vergi məbləği: 500 x 20% = 100 manat.

Göründüyü kimi, səhmlər fond birjasında satıldığı üçün satış dəyərindən alış dəyəri və onunla bağlı digər xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur, yəni burada nominal dəyər rol oynamır.

Mənbə: vergiler.az

Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib

1 210 211 212 213 214 215 216 2. 692