Azərbaycanda 17 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

şirkət

  • “Silverki Teknolocis” MMC (VÖEN: 2000832391) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 40, mənzil 84 ünvanına bildirə bilərlər.
  • “Crif Azərbaycan” MMC (VÖEN: 1701821231) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanına bildirə bilərlər.
  • “İş-555” MMC (VÖEN: 2001972311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, ev 5 ünvanına bildirə bilərlər.
  • “Qolden Texnolocis” MMC (VÖEN: 1302871011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “Qolden Volet” MMC (VÖEN: 1303161771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, məhəllə 494, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “Leyli-ŞA” MMC (VÖEN: 1303161771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Xırdala şəh., 28-ci məh, ev 26, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “Eyəlayns Menecement Servis” MMC (VÖEN: 2000049321) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,  Nərimanov rayonu, Həsənoğlu küçəsi, 6A ünvanına bildirə bilərlər.
  • “Damla LTD” MMC (VÖEN: 4200247231) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Qazax rayonu, Xanlıqlar kəndi ünvanına bildirə bilərlər.
  • “Quba Mini Motor” ASC (VÖEN: 4500181351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Quba rayonu, Fətəlixan küçəsi 16 ünvanına bildirə bilərlər.
  • Elar-2015″  MMC (VÖEN: 1502912551) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148, mənzil 411 ünvanına bildirə bilərlər.
  • “El-Movizi” MMC (VÖEN: 1202111251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Sahə, ev Yeni Buzovna Mərdəkan yolu 6-cı km., ev 10 ünvanına bildirə bilərlər.
  • “Odlu” Kiçik Müəssisəsi (VÖEN: 0200053641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, ev 5 ünvanına bildirə bilərlər.
  • “Aran LTD” MMC (VÖEN: 1301338031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zərdabi Prospekti, ev 3153-cü məhəllə, mənzil 194 ünvanına bildirə bilərlər.
  • “Soltana K” MMC (VÖEN: 1502765441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, ev 21 ünvanına bildirə bilərlər.
  • “VIP Həyat”  MMC (VÖEN: 1502428881) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk 50 ünvanına bildirə bilərlər.
  • “NPG Azerbaijan” MMC (VÖEN: 2003949351) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani, ev 9, mənzil 161 ünvanına bildirə bilərlər.
  • “Novruz 1958” MMC (VÖEN: 2303872741) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Yevlax şossesi, ev 3 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: mühasib (Xırdalan şəhəri)

İşəgötürən: “Soyuzaqrokontrakt” MMC 

Əsas vəzifə öhdəlikləri:

– Cəmiyyətin mühasibi qarşısında duran əsas vəzifələr rəhbərliyin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
– Mühasib Cəmiyyətin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
– Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir,
– Cəmiyyətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
– Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir və bu kimi başqa işlərin icrasını həyata keçirir.

Bax: 3000 manat məvaciblə Maliyyə Müdiri tələb olunur

Namizədə dair tələblər:

– Sumqayıt və Xırdalan şəhərlərində yaşayanlara üstünlük verilir;
– Aidiyyati sahə üzrə təhsilə malik olmalıdır
– Azərbaycan dilini mükəmməl bilməli;
– Kompyuter bilikləri olmalıdır.

Əmək haqqı 600 AZN.
İş qrafiki: 5 günlük iş həftəsi

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  / info@finstaff.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az

Həmçinin bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.        

 

Google-da işlə bağlı qeyri-adi faktlar (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

  • Google-da itlərlə birlikdə işləmək olar. Pişiklərlə isə olmaz. Yəqin ona görə ki, bu iki heyvan növü bir-biri ilə yola getmədiklərindən, iş prosesinə mane olmasınlar deyə.
  • Google-un ofisi yerləşən küçə “Google street” adlanır.
  • Google-da böyük rus diasporu çalışır. Onlardan hər birinin öz taleyi var – kimisi Amerikada doğulub, kimisi tələbəlik illərində qarşılıqlı tələbə mübadiləsi nəticəsində bu ölkəyə gəlib, kimisi də bir mütəxəssis kimi yetişdikdən sonra çalışmaq üçün birbaşa bu şirkətə işləməyə gəlib. Onlardan bəziləri rus dilində yaxşı danışır, bəziləri isə ləhcə ilə danışır. Rus Google-çularının öz daxili göndərmə metodları var, onlar fəal şəkildə ünsiyyət qururlar, həmçinin Google-un rus ofisinin əməkdaşları ilə əlaqə saxlayırlar.
  • Google-un öz jarqonu da var. Əməkdaşların böyük əksəriyyəti özünü “Google People” adlandırırlar. Mavilər isə özlərini “Gayglers” adlandırırlar.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda bankların Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti aşağı salınıb

posted in: Xəbər | 0

Müşahidə ŞurasıAzərbaycanda bankların Müşahidə Şurası (MŞ) üzvlərinin səlahiyyət müddəti 3 ilə qədər aşağı salınıb.

Bunu nəzərədə tutan “Banklar haqqında” qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, MŞ üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Bax: Azərbaycanda lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir

Qeyd edə ki, Bankın MŞ 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu Bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə isə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Qeyd edək ki, İH 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliyə isə banklarda MŞ-nın səlahiyyətləri artırılır.

Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq.

Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən MŞ həmçinin Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək.

Həmçinin digər dəyişikliyə əsasən Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.

Qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.

Mənbə: report.az

Bax: Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.