Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv olunub

posted in: Maliyyə, Xəbər | 0

Direktorlar ŞurasıMaliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

Bu məsələ Prezident İlham Əliyevin dünən təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi.

Mənbə: report.az


Bax: Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu

posted in: Xəbər | 0

Hüquqi şəxslərin dövlət qeydiyyatıHüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu

Vergi nəzarətini həyata keçirmək məqsədilə hər bir vergi ödəyicisinə respublika ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Hüquqi şəxslər dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan, Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin gəlirin alındığı yer üzrə vergi uçotuna alınırlar. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olarsa, həmin təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alınır və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst balansa, cari və ya başqa hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin ölkə  qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və müvafiq olaraq onlara VÖEN verilir. Büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənarda yerləşən bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

Həmçinin bax: Hüquqi şəxsin filialının uçot məlumatlarının dəyişdirilməsi

E-qeydiyyat

Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron formada dövlət qeydiyyatına və vergi uçotuna alınması məqsədilə Vergilər Nazirliyinin wwww.taxes.gov.az internet saytının «Xidmətlər» bölməsinin «E-xidmətlər» altbölməsinin «Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı» xidmətindən istifadə edilə bilər.

Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı zamanı «Mobil imza» və ya elektron imza kartı və kartoxuyucu qurğu tələb olunur.

Vergi uçotuna alınmaq üzrə öhdəliyin yaranması

Vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınmış kommersiya və publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab edilirlər. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə həm də vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab olunur.

Naxçıvan MR istisna olunmaqla, respublika ərazisində təsis edilən xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, habelə maliyyə-sənaye qruplarının, bankların, investisiya fondlarının, sığorta, auditor təşkilatlarının dövlət qeydiyyatı mütləq qaydada Bakı şəhərində yerləşən Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsində aparılmalıdır. Vergi orqanlarında uçota alınmaq üçün qeyri-kommersiya hüquqi şəxslər, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları olduqları yer üzrə vergi orqanına ərizə verirlər.

Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Daimi nümayəndəlik yaratmayan bölmələr respublikada fəaliyyətə başladıqdan, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə verməlidirlər.

Həmçinin bax: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi

Tələb olunan sənədlər

Vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınmış kommersiya və publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri təsisçi  və ya onun  müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiq olunmuş «Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə»yə müraciət edənin şəxsiyyət vəsiqəsi (ərizə vəkil olunmuş şəxs tərəfindən imzalandıqda, həmçinin, etibarnamə) ilə yanaşı, tələb olunan sənədləri də əlavə etməklə vergi orqanına müraciət etməlidirlər.

Yerli investisiyalı kommersiya hüquqi şəxslər «Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizəyə 1 nömrəli Əlavə», təsisçi fiziki şəxsin  şəxsiyyət vəsiqəsinin surəti, «Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizəyə 2 nömrəli Əlavə», təsisçi hüquqi şəxsin  dövlət qeydiyyatı haqqında şəhadətnamə  və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, 2 nüsxə qurumun təsisçisi və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, qurumun təsis edilməsi, nizamnamənin təsdiq olunması və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar, «Müşahidə şurasının üzvləri barədə məlumat», «Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat»  təqdim etməlidirlər.

Qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi ünvanını və  dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz), məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.), nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi, bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənədlərin olması vacibdir.

Bundan əlavə, təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla)  əlavə edilməlidir.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnsan Resursları üzrə Təcrübə Proqramı

Təcrübə ProqramıNovco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz özündə Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Accessorize, Coccinelle, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini birləşdirir. NOVCO Şirkətlər Qrupu yeni məzunlar, iş təcrübəsi olmayan və bizimlə karyera yolunu arzulayanlar üçün Təcrübə proqramı elan edir.

Təcrübə Proqramı aşağıda qeyd edilən şöbələr üzrə aparılacaqdır:

1) Hüquq
2) İnsan Resursları və Administrasiya
3) Müştəri xidmətləri
4) Moda/Satış
5) Moda/ Vizual Merçendayzinq

Bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur

Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər. Əlaqəli sahə üzrə təhsil arzuolunandır.

E-mail:  career@novco.com / info@finstaff.az   Mövzuda “Təcrübə proqramı ” yazaraq CV göndərməklə proqrama namizədliyinizi verə bilərsiniz.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanırmı?

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Estoniyada təhsil alan tələbəyə həmin ölkənin sığorta şirkətinin göstərdiyi tibbi sığorta xidmətinin müqabilində elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi 169.1-ci maddəyə uyğun qaydada vergiyə cəlb edilir.

Bax: Kənd təsərrüfatında vergi uçotu

Qeyd olunanlara əsasən:

Fiziki şəxs, yəni tələbə tərəfindən qeyri-rezidentlə bağlanmış tibbi sığorta müqaviləsinə əsasən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi məqsədlər üçün), qeyri-rezident tərəfindən ona Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək tibbi xidmətlərə görə qeyri-rezidentə elektron qaydada ödənilən sığorta haqlarına banklar tərəfindən ƏDV hesablanmır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Bax: Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.