Elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanırmı?

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Estoniyada təhsil alan tələbəyə həmin ölkənin sığorta şirkətinin göstərdiyi tibbi sığorta xidmətinin müqabilində elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi 169.1-ci maddəyə uyğun qaydada vergiyə cəlb edilir.

Bax: Kənd təsərrüfatında vergi uçotu

Qeyd olunanlara əsasən:

Fiziki şəxs, yəni tələbə tərəfindən qeyri-rezidentlə bağlanmış tibbi sığorta müqaviləsinə əsasən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi məqsədlər üçün), qeyri-rezident tərəfindən ona Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək tibbi xidmətlərə görə qeyri-rezidentə elektron qaydada ödənilən sığorta haqlarına banklar tərəfindən ƏDV hesablanmır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Bax: Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *