İnsan Resursları üzrə Təcrübə Proqramı

Təcrübə ProqramıNovco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz özündə Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Accessorize, Coccinelle, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini birləşdirir. NOVCO Şirkətlər Qrupu yeni məzunlar, iş təcrübəsi olmayan və bizimlə karyera yolunu arzulayanlar üçün Təcrübə proqramı elan edir.

Təcrübə Proqramı aşağıda qeyd edilən şöbələr üzrə aparılacaqdır:

1) Hüquq
2) İnsan Resursları və Administrasiya
3) Müştəri xidmətləri
4) Moda/Satış
5) Moda/ Vizual Merçendayzinq

Bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur

Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər. Əlaqəli sahə üzrə təhsil arzuolunandır.

E-mail:  career@novco.com / info@finstaff.az   Mövzuda “Təcrübə proqramı ” yazaraq CV göndərməklə proqrama namizədliyinizi verə bilərsiniz.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanırmı?

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Estoniyada təhsil alan tələbəyə həmin ölkənin sığorta şirkətinin göstərdiyi tibbi sığorta xidmətinin müqabilində elektron qaydada aparılan ödənişdən bank tərəfindən ƏDV hesablanmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi 169.1-ci maddəyə uyğun qaydada vergiyə cəlb edilir.

Bax: Kənd təsərrüfatında vergi uçotu

Qeyd olunanlara əsasən:

Fiziki şəxs, yəni tələbə tərəfindən qeyri-rezidentlə bağlanmış tibbi sığorta müqaviləsinə əsasən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi məqsədlər üçün), qeyri-rezident tərəfindən ona Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək tibbi xidmətlərə görə qeyri-rezidentə elektron qaydada ödənilən sığorta haqlarına banklar tərəfindən ƏDV hesablanmır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Bax: Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Luxury Life Group Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibLuxury Life Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir:

Eksklyuziv mebel və ev aksesuarlarnın şourumu olan “Luxury Life Interiors” dünyaca məşhur olan Roberto Cavalli Home, Fendi Casa, Trussardi Casa, Bentley Home və bu kimi, İtalyan brendlərini Azərbaycanda təmsil edir.

Namizədə tələblər

– Təcrübə: Minimum 5 il mühasib vəzifəsində
– Təhsil: Ali iqtisadi və ya maliyyə
– Dil bilikləri: Azərbaycan və rus əla, ingilis orta (intermediate)
– Kompüter bilikləri: MC Office, 1 c və Excel
– Fərdi Sahibkarın maliyyə-təsərrüfat fəaliyyətini
– Beynəlxalq yazışmaları apara bilmək bacarığı
– Şəxsi keyfiyyətlər: Dəqiq və məsuliyyətli
– Xarici tərəfdaşlarla ingiliscə yazışma bacarığı

Bax: Azersun Holding’də vakansiya

Vacib biliklər:

–  AR-nın Mühasibat uçotu haqqında Qanunu
– AR Vergi Məcəlləsini və Əmək Məcəlləsini

Vəzifə funksiyaları

– İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması,
– Müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq, ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirilməsi və icrası
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını müəyyən olunmuş müddətdə keçirtmək
– Müasir standartlara uyğun olaraq, müvafiq hesabatların dövlət orqanalarına təqdim olunması
– Yerli və xarici ödənişlər
– Əmək məzuniyyəti qrafiklərinin hazırlanması və buna nəzarət
– Tabel uçotunun aparılması
– İşəgötürənin və baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi

Bax: AF Holding Mühasib axtarır

Əmək haqqı: Namizədin bilik və bacarığından asılı olaraq müasahibə əsasında təyin olunur.

Marağı olan şəxslər (namizədlər) öz CV-lərini (fotoşəkil daxil olmaqla)  pdf formatında, mövzu yerində “Mühasib” vəzifəsinin adını qeyd etməklə  / info@finstaff.az ünvanına 01.11.2018-ci il tarixinə qədər göndərə bilər.

Mənbə: jobsearch.az

Həmçinin bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.        

 

 

Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər

posted in: Xəbər | 0

Əmək müqaviləsinin ləğv olunmasıƏmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar:

İşəgötürən tərəfindən:

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işcilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işcilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işcilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Mənbə: economy.gov.az

Bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.