Ötən həftənin hüquqi icmalı (03.09.2018-07.09.2018)

posted in: Hüquq, Xəbər | 0

icmalHər həftə olduğu kimi bu həftə də ötən həftə baş verənləri ətraflı izah etməyə çalışacağıq.

Ötən həftənin baş verənlər aşağıdakı kimidir:

– əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə e-sosial internet saytının qurulması barədə ölkə başçısı fərman verdi. Həmin fərmana əsasən “Mərkəzləşdirilmiş elektrin informasiya sistemi”-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında qurulması da müəyyən edildi.

Qeyd edək ki, bu sistem və sayt məşğulluq tədbirləri və pensiya təyinatı ilə bağlı elektronlaşdırma çərçivəsində həyata keçirilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

– Ötən həftənin ən mühüm yeniliklərindən biri də “Hesablama Palatası haqqında” qanunun qüvvəyə minməsi oldu. Yeni qanun Hesablama Palatasının iş prinsipini, vəzifələrini, funksiyalarını, idarəetmə qaydasını və digər mühüm fəaliyyət istiqamətlərini müəyyən etdi. Qanuna əsasən müvafiq palata daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı statusu əldə etdi.

– Ötən həftə Nazirlər Kabinetinin qərarı ilə məcburi dövlət sosial sığortası üzrə ödəmələrlə bağlı əsasnamədə edilmiş əlavəyə görə ilin sonuna Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən vəsaitlərin istifadə olunmayan hissəsi Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına qaytarılacaq. Qeyd edək ki, bu tədbir sosial sığorta haqlarının toplanmasında mühüm əhəmiyyətli tədbir hesab edilir.

– Ötən həftə təzə və ya soyudulmuş kartofun 0701 90 900 0 növü üzrə idxal gömrük rüsumunun tarif dərəcəsi 15 dollar da artaraq 30 dollara çatdı. Əvvəl bu dərəcə 15 dollar olaraq hesablanırdı.

– Ötən həftənin digər maraqlı yeniliklərindən biri də Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illərinin həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınması oldu.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Məşhur mühasib – Yelena Yakovleva (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibMəşhur mühasib – Yelena Yakovleva

1-ci hissə

Müasir sovet kinosunun ən məşhur aktrisalarından biridir, kinoda 1983-cü ildən çəkilir. Artıq 30-dan çox filmdə və bir neçə tele-serialda rol alıb. Bir çoxları bilir ki, Yelena Yakovleva elə ilk cəhddən Dövlət teatr və kino institutuna daxil olan xoşbəxlərdən biridir. Amma, instituta daxil olana qədər o, sovet mühasibatlığı (orta məktəbi qurtardıqdan sonra mühasibatlığı öyrənib) karyerasına yiyələnmişdi. Aktyor işinə bu xanım hesabdarlıqdan qədəm qoymuşdu. Lakin, arzu arzudur. 1980-ci ildə o, öz peşəsini dəyişdirmək qərarını verir. Və bir çoxları onun səhnə qabiliyyətinin olmadığını söyləslər də, Yelena arzularının dalınca gedərək, ikinci peşəsində də xeyli uğurlar qazana bildi.

Həmçinin bax: Allen Carr – Dünyanı dəyişən mühasib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 542,3 manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1543,1 min nəfər olub, onlardan 881,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,3%-i təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 %-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: report.az


Həmçinin bax: İcarəyə götürülmüş əsas vəsaitlərin təmir xərclərini nə zaman gəlirdən çıxa bilərik?
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi üzrə vakansiya elan olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiİşəgötürən: Avandsis Group

Vəzifə: Mühasib köməkçisi

Əmək haqqı 350-400

Tələblər:

– Təhsil: Ali/orta ixtisas təhsili (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– İş təcrübəsi: Minimum 2 il (İstehsalat, satış);
– Yaş: 25-35;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
– Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C proqramı ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
– Kargüzarlıq işlərini bilmək
– Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
– Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti
– Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
– Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək;

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifələr:

– Günlük sənədləşmə işlərinin aparılması;
– Fiziki şəxslər üçün rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– İşçilərə paylanmış avadanlıqların, xüsusi geyimlərin, alətlərin və digər vəsaitlərin uçotunun aparılması
– Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
– Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;

-Kargüzarlıq işlərini aparılması;

İş şəraiti:

– Xidmət müqaviləsinə əsasən sənədləşmə;
– 6 günlük iş rejimi
– İş saatları 09:00-18:00;

CV  / göndərilsin.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.