“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edildi

posted in: Xəbər | 0

İnternetAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 388
Bakı şəhəri, 14 sentyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklər edilməsi barədə

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 mart tarixli 1296 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891; 2018, № 4, maddə 836) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.3.1. operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti;”.

2. 3.14-cü bənd ləğv edilsin.

3. 4.1-ci bəndə birinci halda “dəyişiklik” sözündən sonra “(bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin.

4. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.3. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndərilir. Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənir və ya uçot ləğv edilir.”.

5. 5.2-ci bənddə “bu Qaydanın 3.3.1-ci, 4.3.3-cü və 4.3.5-ci” sözləri “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), habelə bu Qaydanın 4.4.3-cü və 4.4.5-ci” sözləri ilə əvəz edilsin.

Dəyişikliyə görə, uçotun aparılması operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti tələb olunacaq.

Bundan əlavə operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndəriləcək. Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənəcək və ya uçot ləğv ediləcək.

Azərbaycan Respublikasının
Baş naziri                          Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Həmçinin bax: “Avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydaları”nda dəyişiklik edilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

“Ati and Partners” Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Ati and Partners

Namizədə tələblər:

– Ali təhsil
– Azərbaycan və rus dillərini əla səviyyədə bilmək
– İngilis dilini orta səviyyədə bilmək
– 1C Proqramını, Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
– Vergi qanunvericiliyini bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat:

– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil vermək
– İş təcrübəsi 5 ildən artıq
– Yaş – 27 – 42 yaş
– İş rejimi: həftədə 5 gün saat 09:00-18:00. (6-cı günlər qısa gün ola bilər)

Ə/h – 1500-2000 AZN

E-mail:  atiandpartners@gmail.com / 

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

 

Aviabilet satışı vergiyə necə cəlb edilməlidir?

posted in: Vergi, Xəbər | 0

AviabiletSual: Aviabilet satışını həyata keçirən, IATA (BSP) şirkətinin subagenti olaraq fəaliyyət göstərən Sadələşdirilmiş vergi ödəyicisi olan “XXX MMC” hüquqi şəxsi 500 AZN dəyərində aldığı aviabiletinə 20 AZN komissiya əlavə edərək 520 AZN-ə satış edərsə, vergi tutulan dövriyyə 20 AZN-dir yoxsa 520 AZN? Ünvanlanmış sualımın yuxarıda qeyd etdiyim əyani misal üzərində cavablandırılmasını xahiş edirəm. Öncədən təşəkkürlər.

Cavab: Bildiririk ki, bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 20 AZN əsasında müəyyən olunur. Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 520 AZN əsasında müəyyən olunacaqdır.

Əlavə məlumatın alınması ilə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 219.1-ci maddəsi.

Həmçinin bax: Aviabiletlərin nağd satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir vergisindən azadolmalar və güzəştlər

posted in: Vergi, Xəbər | 3

GəlirAşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

● Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

● Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

● müharibə əlillərinin;

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);

● 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

● qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

● Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin. I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Həmçinin bax: 


Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

● həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

● Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına
çağırılmış hərbi vəzifəlilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.