800 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırLeading Supply Solutions MMC  Mühasib vakansiyasını elan edir.

İş barədə məlumat

– Şirkətin alış-satış və xərclərinə sistem nəzarəti
– Debitor ve kreditorlar ilə üzləşmələrin yerinə yetirilməsinə nəzarət
– Əsas və pul vəsaitlərinin hərəkətinə nəzarət ve sistemə vaxtında işlənməsinə nəzarət
– 1C programında hesabların düzgünlüyünə nəzarət
– Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması
– İş qrafiki: 6 günlük. Şənbə günü qısaldılmış iş günü

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– Ali təhsil (mühasibat, maliyye, iqtisadiyyat)
– Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi.
– Yaş həddi 25-40
– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
– Yaxşı mühasibatlıqbiliyi. (Müxabirləşmələr, yeni hesablar planı vs.)
– Azərbaycan və rus dillərində sərbəst danışmalı. Ingilis dili biliyi arzuolunandir
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– İdarəetmə, analitik düşünmə və təşkilatçılıq qabiliyyəti olmalı
– Beynəlxalq mühasibatlıq (ACCA) üzrə biliyin olması arzuolunandır.

Əmək haqqı: 500-800 AZN

Maraqlanan şəxslərdən CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə   / info@finstaff.az -mail ünvanına göndərmələri xahiş olunur.

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (4-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXRResurs vergisi – Bu vergi növü ÇXR-də faydalı qazıntılar (Çinin dəniz əraziləri də daxil olmaqla) istehsalı ilə məşğul olan təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir.

Hüquqların keçməsinə görə vergi

Bu vergi torpaq sahələri və ya bina, tikili, qurğu, otaqlardan istifadəyə görə mülkiyyət hüququ qazanmış şəxslər tərəfindən ödənilir. Hüquqların keçməsinə görə vergi stavkası 3%-dən 5%-ə qədər təşkil edir.

Şəhər təmiri və tikintisinə görə vergi

Şəhər təmiri və tikintisinə görə vergi faktiki ödənilmiş ƏDV, istehlak vergisi və sahibkarlıq fəaliyyəti ilə bağlı tutulan vergilərin məbləğindən ödənilir. Vergi stavkası vergi ödəyicisinin yerləşdiyi yerdən asılı olur  və şəhərlər və şəhər rayonlarında 7%, rayon mərkəzlərində və ya qəsəbələrdə 5%, kənd yerlərində isə 1% təşkil edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Tütün yarpağına görə vergi

Tütün yarpağına görə vergi tütün yarpağının alışı ilə məşğul olan şəxslər tərəfindən ödənilir. Bu zaman vergi stavkası əldə olunmuş tütün yarpaqlarının qiymətinin 20% təşkil edir.

Gerb yığımı

Çində gerb yığımı müqavilələr bağlanılarkən və dövlət orqanları tərəfindən şəhadətnamə, vəsiqə və digər sənədlərin verilməsi zamanı toplanılır. Yığım stavkası sənədin növündən və ya müqavilənin xarakterindən asılı olur.

Kənd təsərrüfatı torpaqlarına görə yığım

Kənd təsərrüfatı torpaqlarına görə yığım həmin torpaqların tikinti təyinatı ilə istifadəsi zamanı toplanır. Onun stavkası həmin regionda torpaq resurslarının orta təminatından asılı olaraq hər kv metrə görə 5 yuandan 50 yuanadək təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Təhsilə görə əlavə yığım

Təhsilə görə əlavə yığım faktiki ödənilmiş ƏDV, istehlak vergisi və sahibkarlıq fəaliyyəti ilə bağlı ödənilən vergilərin məbləğindən ödənilir. Bu zaman ümumdövlət əlavə yığımı 3%, yerli yığım isə 2% təşkil edir.

İndi isə ÇXR-da hazırda mövcud olan əməkhaqqı ilə bağlı məlumatı da diqqətinizə çatdıraq.  2003-cü ildə bu ölkədə ayda 300 ABŞ dolları ekvivalentində Çin yuanı əksər ailələr üçün qəbulolunan məbləğ hesab olunurdu. 2017-ci ildə orta aylıq əməkhaqqı 740 dollara çatıb. Beləliklə, ölkədə minimal maaşlar 325 dollar təşkil edir. Diplomlu mühasib Çində il ərzində 17 000 dollar pul qazana bilir. Biznes və əcnəbi sərmayəçilər ilə iş təcrübəsi olan, beynəlxalq iqtisaditendensiyalar və maliyyə auditorluğu sahəsi üzrə analitiklər xüsusilə daha çox tələb olunurlar. Veb-saytların redaktorları ayda 2000 dollar əməkhaqqı alırlar.  Yüksək məvaciblər sırasında liderliyi isə heç şübhəsiz tərcüməçi peşəsi tutur. Əcnəbi sahibkarlarla əməkdaşlıq sahəsində çalışan sinxron-tərcüməçilərin aylıq məvacibi 3400 dollar təşkil edir. Beləliklə, 2018-ci ildə Çində müxtəlif sahələr üzrə aylıq maaşların həddi belə olacaq:

Maliyyə və mühasibatlıqda – 2700 ABŞ dolları; inteqrasiya olunmuş texnologiyalar sahəsində – 3500; elektro-energetika – 2920; elm və təhsil sahəsində – 3430; səhiyyədə – 2460; mədəniyyət və əyləncə sahəsində – 1300; topdansatış və pərakəndə ticarət – 1530; faydalı qazıntıların çıxarılması sahəsində – 4080; sosial sektorda – 1620; nəqliyyat xidmətində – 1306; daşınmaz əmlak səhəsi üzrə – 1089; tikintidə – 1780; sənaye istehsalı sahəsi – 2450; kənd təsərrüfatı sahəsində – 980; xidmət sahəsində – 1420; ictimai iaşə sahəsində – 2320 ABŞ dolları təşkil edəcək.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyəçi peşəsi – Müsbət və mənfi xüsusiyyətlər

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MaliyyəçiMaliyyəçiləri işə qəbul edərkən şirkət sahibləri  maliyyə ilə əlaqəli öz xoşbəxtliklərini onlara həvalə edirlər.  Buna görə də, nəticədə, onların işinin keyfiyyətinin stimullaşdırılması ilə birbaşa maraqlanırlar. Ən yaxşı stimul isə məlum olduğu kimi, layiqli əməkhaqqıdır.

Ədalət naminə qeyd etmək yerinə düşər ki, bu başlıca olaraq orta və ali rəhbərlik hissəsinə aiddir və yüksək maaşlar onların öz işlərindən maddi cəhətdən məmnun qalmalarına gətirib çıxarır.

Maliyyəçi peşəsinin üstünlüklərinə həm də sözügedən ixtisasın çox cəhətliliyini də əlavə etmək olar. Mütəxəssis həm bankda, həm sığorta şirkətinə, həm kredit təşkilatında, həm də investisiya şirkətlərində, eləcə də öz şəxsi biznesi sahəsində də çaışa bilər.

Peşənin başlıca risklərinə gəldikdə, buna əmək bazarında tələbatın stabil olmamasını misal çəkmək olar. Tələbat əsasən cari iqtisadi vəziyyətdən asılı olur.

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotunun təşəkkülü və inkişafı (12-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat12-ci hissə

(Məqalənin 11-ci hissəsinə buradan baxa bilərsiniz)

Bu günə qədər təxminən yüz müxtəlif mühasibat modeli mövcuddur. Modellərin hər biri öz xüsusiyyətləri və mühasibat prinsipləri sistemi ilə xarakterizə olunur. Bu, milli uçot sistemlərinin müəyyən bir ölkənin iqtisadiyyatının inkişafı üçün mühasibat sistemini tənzimləyən normativ və qanunvericilik aktlarının verilməsi yolu ilə, müəyyən taktiki və strateji vəzifələrin həll edilməsinə imkan yaratması ilə izah olunur.

Beynəlxalq maliyyə hesabatlılığı standartları üzrə komitə, mühasiblərin beynəlxalq təşkilatları, BMT-nin ekspert qrupları, iqtisadçı-alimlər uzun illərdir ki, müxtəlif ölkələrin uçot sistemlərinin xüsusiyyətlərini öyrənib və təhlil edirlər. Bu işin nəticəsində mühasibat uçotu və hesabatlılığının müəyyən bir sisteminin formalaşmasına təsir göstərən amilləri müəyyənləşdirmək mümkün oldu.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Milli mühasibat sistemlərinin əhəmiyyətli və əsas fərqlərini müəyyən edən əsas amil maliyyə informasiyası istifadəçilərinin məlumat ehtiyaclarıdır. Maliyyə hesabatlılığının istiqamətləri, onun keyfiyyət xüsusiyyətləri, başlıca prinsipləri, mühasibat uçotu metodları və üsulları, həmişə hansı istehlakçılar qrupunun kapital tədarükçüsü olmasından asılı olacaqdır. Şirkətlərin əsas kreditorları banklar və dövlətlər olduğu ölkələrdə hesabatlılıq, maliyyə dövlət orqanlarının və böyük kredit təşkilatlarının ehtiyaclarına ciddi şəkildə yönəlmiş xarakter daşıyır. Əlavə investisiya mənbələri üçün açıq rəqabətə malik ölkələrdə isə şirkətlərin maliyyə hesabatlılığı, investorları və kreditorları cəlb etmək üçün maksimum analitik məlumatları özündə ehtiva edir.

Milli mühasibat uçotu sisteminin formalaşmasına təsir edən növbəti faktorun mövcudluğu, dövlətin xarici və daxili siyasət sahəsində maraqlarına əsaslanır. Dövlətin ixrac-idxal əməliyyatlarının miqyasını genişləndirmək, səhmlər və qiymətli kağızları müxtəlif ölkələrin birjalarında satılmasını təşkil etmək və ölkəyə xarici kapitalın cəlb edilməsində maraqlı olması, uçot prosesi və prinsiplərinin standartlaşdırılmasına və unifikasiyasına, onları beynəlxalq normalara uyğunlaşdırmaq üçün stimul verir. Bu, maliyyə hesabatlarının müxtəlif ölkə istifadəçiləri tərəfindən başa düşülməsini asanlaşdırmaq üçün çox vacibdir.

Dövlətin əsas maraqları daxili siyasət məsələlərinə toxunduğu halda, mühasibat uçotu və hesabatlılığı sistemi həmin ölkədə qəbul edilmiş prinsipləri və konsepsiyaları əks etdirən milli kreditorların və investorların tələbatının təsiri altında formalaşır.

Ölkədə siyasi vəziyyətin sabitliyi, investorların maraqlarının qanunvericiliklə qorunması, şübhəsiz ki, uçot sisteminin inkişafına və informasiya məzmununa əhəmiyyətli dərəcədə təsir göstərir. Təbii ki, kreditorlar və investorların sərmayə kapitalını itirməsi riski, sərmayə qoyuluşlarının səviyyəsini müəyyənləşdirir.Dövlət müvafiq qanunvericilik və normativ sənədlərlə onların maraqlarını qoruduğu halda, bazarda aparılan əməliyyatların, sövdələşmələrin sayı artır, bu isə ölkəyə xarici kapital axınını təmin edir.Bu halda mühasibat sistemi düzgün idarəetmə qərarları qəbul etmək üçün lazım olan məlumatların etibarlılığı, tamlığı və vaxtında hazırlanmasına istiqamətləndirilməlidir.

İnflyasiya prosesləri də sərmayəçilər və kreditorlar tərəfindən həmişə ətraflı öyrənilən əhəmiyyətli amildir. Təbii ki, yüksək səviyyəli inflyasiya olan bir ölkədə kapital qaçışı olacaq, inflyasiya aşağı səviyyədə olan yerdə isə bunun əksi baş verəcək. Belə halda mühasibat uçotu maliyyə hesabatlılığının formalaşdırılması üçün etibarlı və şəffaf məlumat verməyə məcburdur. Əksinə, əgər kreditorların maraqları və onların qorunması birinci yerə qoyulursa, müəssisələrin və təşkilatların kapitalının strukturu kredit təşkilatlarının vəsaitləri hesabına formalaşır, qiymətli kağızlar bazarı nisbətən kiçik həcmliliyi ilə fərqlənir, maliyyə hesabatları heç də həmişə real iqtisadi vəziyyəti düzgün əks etdirmir.

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.