Maliyyə şöbəsinə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Maliyyə şöbəsiİşəgötürən: Dövlət qurumu

Vəzifə: Maliyyə şöbəsinin baş mühasibi 

Təhsil: Ali təhsil (maliyyə/iqtisadi);

Xüsusi biliklər: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və İdarəetmə üzrə müvafiq sertifikat və ya diplom, büdcə və maliyyə idarəetməsi prosesləri və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;

Təcrübə: Maliyyə sektorunda azı 4 illik iş təcrübəsi;

Dil bacarığı: Səlis azərbaycan dili, rus dili və ya ingilis dili bacarığı (arzu olunandır);

Kompüter bacarığı: MS Office proqramları;

Digər bacarıqlar: Analitik təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı, qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, müxtəlif struktur bölmələr çərçivəsində  kolleqalarla əməkdaşlıq etmək bacarığı.

E – mail : recruitmenthrbaku@gmail.com / 

Mənbə: jobsearch.az

Həmçinin bax: 600 manat əmək haqqı ilə Mühasib axtarılır

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib külli miqdarda pulun mənimsənilməsində ittiham olunur

posted in: muhasibat, Xəbər | 0

Baş mühasibVoronej yaxınlığındakı məktəbin mühasibi mənimsəmədə ittiham olunur

Novousmaskiy rayon məhkəməsi Şuberskiy orta məktəbinin baş mühasibi ilə bağlı hökm çıxarıb. Qadın üç il ərzində demək olar ki, iki milyon rubl mənimsəyə bilib.

Vilayət prokurorluğunun mətbuat-xidmətindən verilən məlumata görə, mühasib dələduzluqla üç il – 2014-cü ilin iyun ayından, 2017-ci ilin oktyabr ayına kimi məşğul olub. Əməkhaqqı hesablamaları və ödənişləri ilə məşğul olan baş mühasib özünə məxsus maaşı müntəzəm olaraq “artırmaqda” davam edib. Bu yolla onun Novousmanskiy rayon administrasiyasına vurduğu zərər 1,8 milyon rubl təşkil edib.

Mühasibə qarşı “Xüsusi ilə külli miqdarda dələduzluq” maddəsilə cinayət işi qaldırılıb. Məhkəmənin hökmüylə qadına şərti olaraq 3 il cəza verilib, eləcə də sabiq mühasibi 2 illik sınaq müddəti gözləyəcək. Bundan əlavə, o, vurduğu zərəri də tam şəkildə ödəməli olacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İqtisadçı – Menecer peşəsi

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

menecerHətta öz karyerasının ilk pilləsində belə o, idarəçidir. Təşkilatçılıq, planlaşdırma, nəzarət – bunlar menecer peşəsinin üç başlıca vəzifəsi hesab olunur.

O, həm də iqtisadçı olduğundan, texniki biliklər bazası olmadan keçinə bilməz. O səbəbdən iqtisadi istiqamətli menecerlər ali məktəblərdə hər şeyi: mühasibat uçotu və təhlillərdən tutmuş, müəssisə və personalın müasir idarəetməsinə qədər hər şeyi öyrənirlər.

Həmçinin bax: İqtisadçı – Mühasib peşəsi

Onlar strateji qərarlar qəbul etmək bacarıqlarını işləyib hazırlayır, biznes-plan tərtib edirlər.

Mühəndislər və mühasiblər məhz, idarəedicilərə işləyirlər.

Menecer profil qanunvericiliyi sahəsində yaxşı bilikli olmalıdır, bazarın dəyişkən nəbzini diqqətdən qaçırmamalıdır, müxtəlif  biliklərə, ünsiyyət bacarıqlarına malik olmalı və risk etməyə hazırlıqlı olmalıdır. Xarici dil bilməsi də arzuolunandır.

Xaricdə uğurlu təcrübə və ya təhsil alma birbaşa iqtisadçı-menecerin gəlirlərinin həcmində özünü göstərir.

Bu peşə yüksək ödənişli peşələr sırasına daxildir.

Bu peşə erudisiya, praktiklik, mahirlik, karyera pillələrində irəliləmək üçün dözümlülük və inadkarlıq tələb edir.

Həmçinin bax: İqtisadçı peşəsi – Tarixi və təsviri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasiblər barədə maraqlı lətifələr

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərSədr ayağa qalxır və deyir:

– Sürücü sərxoş halda avtomobili əzib. Onu necə cəzalandıraq?

Zaldan kolxozun dəmirçisi səsini yüksəldir:

– İcazə verin, onunla mən məşğul olum, meyitini yerə sərim!

– Yoooox, olmaz. Bizim tək bir sürücümüz var, sən onu öldürsən nə edərik. Axı, necə cəzalandıraq onu…

– Yaxşı, onda icazə verin, mühasibi döyüm. Onsuz da bizim kolxozda iki mühasib var!!!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qızıl qumlu sahildir. Çox istidir. Qum üzərində qeyri-sağlam dəri rənginə malik iki nəfər uzanıb. Darıxdırıcı haldır. Biri o birinə deyir:

– Təsəvvür et ki, məzuniyyətdən sonra vergi müfəttişi sənədləri yoxlamağa gəlib!

– Nə olsun ki, bütün sənədləri göstərəcəm…

– Təsəvvür et ki, sən burada günəş altında dərini qaraldarkən, bütün sənədləri naməlum istiqamətə aparıblar!

– Nə olsun ki, müfəttişə elektron bazanı göstərəcəm…

– Təsəvvür et ki, sistem administratoru işdən çıxıb və kompüterlərə də virus salıb, baza yoxa çıxıb!

– Onda, şefə müraciət edəcəm ki, çox pul versin, rüşvət təqdim etmək üçün…

– Təsəvvürünə gətir, şef bütün əmlakı satıb, nağd pulları da alıb, İsrailə qaçıb, orada yaşayış izni alıb!

– Ey, mənə baxsana, sən kimin dostusan? Mənim, yoxsa vergi müfəttişinin?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.