Birbank vasitəsilə sığorta alanlara şad xəbər

posted in: Xəbər | 0

Birbank müştərilərinin tələb və ehtiyaclarını qarşılayan məhsullar təqdim etməyə davam edir. Belə ki, yenilənən “İcbari Avto Sığorta” məhsulu indi Birbanklılara daha böyük üstünlüklər qazandırır. Yeni avtomobil alanlar və avtomobilinin icbari sığortasını yeniləməli olanlar üçün cərimə olunmaq qorxusu, vasitəçi axtarmaq təlaşı, sığortanın son günü həyacanı keçmişdə qaldı. Artıq icbari sığortanı vaxt itirmədən cəmi bir neçə kliklə əldə etmək mümkündür.

Birbank mobil tətbiqində təkmilləşdirilən şəxsi kabinet hissəsinə sığortanın başlama və bitmə funksiyası da əlavə edilib. Nəticədə icbari avtomobil sığortasını əldə etmək daha da asanlaşıb. Artıq istifadəçilər “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək, “İcbari Avto Sığorta” hissəsini seçə və rəqəmsal dünyanın yaratdığı üstünlüklərdən cəmi 3-4 dəqiqəyə  faydalana bilərlər.

Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/compulsory/auto

Birbank-ın daha bir təklifi isə “Səyahət sığortası” ilə bağlıdır. Səyahət sığortası səyahəti sevən hər kəsə dünyanı təhlükəsiz və rahat kəşf etməyi vəd edir. Birbank mobil tətbiqində “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək özünüzə və sevdiklərinizə ürək rahatlığı ilə limitsiz və təhlükəsiz səyahət hədiyyə edə bilərsiniz.

Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/travel

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

Maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydaları yenilənəcək

posted in: Xəbər | 0

Bu yaxınlarda Milli Qəhrəman Hökumə Əliyevanın atasının kart hesabından vəsaitin oğurlanması cəmiyyətdə ciddi rezonans yaratdı. Kiberdələduzların qurbanı olan xeyli sayda vətəndaş şikayətlərini dilə gətirdi. Bəziləri isə hətta bank kartları vasitəsilə nağdsız ödənişlərdən imtina edəcəklərini bildirdilər. Bu isə maliyyə sektoru üçün ciddi siqnal ola bilər.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı Eldəniz Əmirov kiberdələduzluq hallarının artmasının nağdsız ödənişlərə ciddi təhdid yaratdığı qənaətindədir. Onun fikrincə, bu hallar insanların banka və bank kartlarına tədricən artan inamının əhəmiyyətli şəkildə azalması təhlükəsini yaradır.

Banklara inam

İqtisadçının sözlərinə görə, bank kartlarından pulların oğurlanması elə bir hala gəlib çatıb ki, bu, artıq insanların problemi olmaqdan çıxaraq maliyyə sektorunun probleminə çevrilib. Odur ki, nəyin bahasına olursa olsun, məsələnin kökündə dayanan səbəblərin müəyyən edilərək aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə böyük ehtiyac var. Təkcə “ƏDV geri al” layihəsi çərçivəsində insanlara milyonlarla vəsaitin qaytarıldığını xatırladan E.Əmirov həmin xərclərin nağdsız ödənişləri təşviq etmək məqsədi daşıdığını vurğulayıb. O, İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Mərkəzi Bank və digər qurumlar tərəfindən iqtisadiyyatın ağardılmasına kifayət qədər əmək, resurs, zaman sərf olunduğunu bildirib: “Ona görə də cəkilən zəhməti dələduzlara qurban vermək olmaz. Mütləq şəkildə maliyyə sektorunda baş verən kibercinayətlərə qarşı qəti tədbirlərin görülməsinə ehtiyac var. Eyni zamanda, vətəndaşlar arasında da maarifləndirmə işləri genişləndirilməli, xüsusi mühafizə, təhlükəsizlik alətləri daha da gücləndirilməlidir”.

Kibertəhlükəsizlik qaydaları yenilənəcək

Mövzu ilə bağlı “vergiler.az”ın sualına Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov da münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir sıra əlavə tədbirlər həyata keçirməyi planlaşdırır: “Praktiki olaraq, əksər ölkələrdə nağdsız ödənişlərin sayı artdıqca, dələduzluq halları da çoxalır. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bunun əsas səbəbi vətəndaşların özlərinə məxsus olan və paylaşılması məqsədəuyğun olmayan məlumatları paylaşmasından irəli gəlir. Kartlardan vəsaitlərin oğurlanması OTP kodların, digər hallarda kartın CVC məlumatlarının qarşı tərəfə verilməsi ilə birbaşa əlaqədardır”.

Mərkəzi Bank tərəfindən bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutulduğunu deyən V.Xəlilov ilk olaraq bu ilin mart ayından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarının yenilənəcəyini qeyd edib: “Hesab edirik ki, bu qaydaların tətbiqi müəyyən qədər müsbət təsir göstərəcək. Paralel olaraq, maliyyə qurumları ilə birgə mediada maarifləndirici məlumatlar paylaşılır. Əsas hədəf odur ki, biz vətəndaşlara nağdsız ödənişlərdən istifadə ilə bağlı doğru məlumatları təqdim edək. Mərkəzi Bank həm Banklar Assosiasiyası, həm də digər əlaqəli qurumlarla bu sahədə birgə fəaliyyət göstərir”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov müxtəlif yönümlü kiberdələduzluq metodlarından istifadə edilərək insanların itkilərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, kiberdələduzluğa məruz qalan vətəndaşların müdafiəsi, vəsaitlərinin geri qaytarılması ilə bağlı ciddi iş aparılır: “Azərbaycanın güc strukturları, xüsusən polis oqranları bu məsələ ilə kifayət qədər geniş məşğul olurlar. Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq idarəsi də yaradılıb. Dövlət orqanları vətəndaşların oğurlanmış pullarını geri qaytarmağa çalışır, həmçinin kibercinayətkarlıqla məşğul olan şəxsləri həbs edirlər. Hazırda vətəndaş kiberdələduzluğa məruz qaldıqda banka şikayət edir, bank da öz növbəsində onu polis orqanlarına yönləndirir. Polis orqanlarının isə müxtəlif qurumlarla kargüzarlığı var ki, oradan alınan icazələrdən sonra banka müraciət edir və bank da məsələni araşdırmaq üçün lazımi sənədləri təqdim edir”.

Mənbə: vergiler.az

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

Hansı işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır?

posted in: Xəbər | 0

Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə yanaşı, qanunvericiliklə işəgötürənə də belə səlahiyyət verilib. Bəs hansı hallarda işçinin əmək müqaviləsinə xitam verilməsi qadağandır? Suala insan resursları üzrə mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir.

Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar olunduqda;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan digər hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Əmək Məcəlləsinin 79-cu maddəsində isə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısı yer alıb:

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv olunması qadağandır.

Bu maddənin birinci hissəsində nəzərdə tutulan müddəalar Əmək Məcəllənin 70-ci maddəsinin “a” bəndi – müəssisə ləğv edildikdə və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

Əmək Məcəlləsinin 79-cü maddəsinin 3-cü bəndinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Həmin Məcəllənin 255-ci maddəsinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə, bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

Mənbə: vergiler.az

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

Vergi sistemində effektiv xidmətlər şəffaflığı daha da artırır

posted in: Xəbər | 0

İnkişaf etmiş, rəqabətqabiliyyətli və qabaqcıl təcrübələrin tətbiq olunduğu vergi sistemi iqtisadi rifahın təmin olunmasında fəal iştirak edir. Sabit fiskal artım, biznes fəaliyyəti üçün güzəştlər və stimullaşdırıcı mühit iqtisadi aktivliyin təmin edilməsinə, bu isə öz növbəsində dayanıqlı inkişafa təkan verir. Lakin vergi sisteminin effektivliyi yalnız fiskal göstəricilərlə məhdudlaşmır. Vergi orqanları tərəfindən göstərilən xidmətlərin əlçatanlığı, rahatlığı və əlverişliliyi də böyük əhəmiyyət kəsb edir.

Vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi

Azərbaycanda vergi ödəyicilərinə xidmət işinin yüksək səviyyədə təşkili diqqət mərkəzindədir. Bu il 25 illiyini qeyd edən vergi sisteminin müxtəlif inkişaf mərhələlərində xidmət işinin müasir mexanizmlər əsasında təşkilinə xüsusi önəm verilib. Azərbaycanda səmərəli vergi xidmətlərinin təşkili üçün vahid standartlar qəbul edilib və vergi ödəyicilərinə təqdim edilən xidmətlərin standartları qabaqcıl təcrübələrlə uzlaşdırılıb.

Səmərəli vergi xidmətlərinin təşkili üçün vahid standartlar qəbul edilib və vergi ödəyicilərinə təqdim edilən xidmətlərin standartları qabaqcıl təcrübələrlə uzlaşdırılıb

Vergi sistemində xidmət sahəsinin təkmilləşdirilməsi elektronlaşmanın genişləndirilməsi ilə səciyyələnir. 2007-ci ildən ölkəmizdə elektron bəyannamə sistemi tətbiq edilib. Bu məqsədlə 2007-ci ildə İnternet Vergi İdarəsi istifadəyə verilib və bəyannamələrin elektron variantda göndərilməsinə başlanılıb. 2008-ci ildən tətbiq edilən ƏDV-nin vahid depozit hesabı ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatlarına vergi orqanları tərəfindən səmərəli nəzarət edilməsinə imkan yaradıb. 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ildən isə hüquqi şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanıb. E-qeydiyyat sistemi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq olunub və sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinin davamı olaraq həyata keçirildiyi mühüm layihələrdən biri hesab edilir. Sahibkarlıq subyektlərinin böyük əksəriyyətini təşkil edən fiziki şəxslər üçün elektron qeydiyyat imkanlarının yaradılması bu sahədə böyük dəyişikliklərə səbəb olub. Həmin dövrdən başlayaraq sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesində onlayn qeydiyyatın payı sürətlə artmağa başlayıb. 2012-ci ildən vergi və rüsumların internet üzərindən ödənilməsi üçün texniki imkanlar yaradılıb. Vergi ödəyicilərinin vergi öhdəliklərini yerinə yetirməsi üçün onların düzgün və vaxtında məlumatlandırılması çox vacibdir. Bu baxımdan illər keçdikcə İnternet Vergi İdarəsinin imkanları da genişləndirilib. Burada elektron vergi xidmətlərindən yararlanmaqla yanaşı, vergi sistemində baş verən ən son yenilikləri izləmək və şəxsi uçot sistemindəki əməliyyatlar barədə məlumatlar əldə etmək mümkündür. Vergi sistemində tətbiq edilən elektron xidmətlərdən biri olan elektron qaimə-fakturanın tətbiqi isə qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi faktlarının qarşısının alınmasına və vergidən yayınma hallarının azalmasına xidmət edən effektiv mexanizmdir. Ümumiyyətlə, son illər vergi sistemində innovativ əsaslarla vergi nəzarəti mexanizminin formalaşması dövriyyələrin şəffaf izlənilməsinə imkan yaradıb. Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 2007-ci ildən regionlarda, xüsusən, ayrıca vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb. İndi onların sayı 60-dan çoxdur və burada vergi ödəyicilərinə xidmətlər göstərilir. Vergi ödəyiciləri üçün yaradılan xidmət mərkəzləri və elektron xidmətlər sayəsində vergi ödəyiciləri əməliyyatları asanlıqla həyata keçirə bilirlər ki, bu da onların vergi öhdəliklərinə riayət etmələrini asanlaşdırır. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 70-dən çox elektron xidmət göstərilir.

İllər keçdikcə İnternet Vergi İdarəsinin imkanları da genişləndirilib

Rəqəmsal vergi inzibatçılığına keçid

Azərbaycanın vergi sistemində rəqəmsal alətlərin tətbiqi son illər daha da genişlənib və müasir çağırışlara cavab verən rəqəmsal vergi inzibatçılığı formalaşıb. Bu transformasiya elektron xidmətlərin genişləndirilməsi və rəqəmsal həllərin geniş tətbiqi mexanizmləri vasitəsilə reallaşdırılır. Bu müasir inkişaf mərhələsi xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün yeni imkanların yaradılması ilə vergi ödəyicilərinin vaxt itkisinin aradan qaldırılması, biznes prosedurlarının sadələşdirilməsi və vergi əməliyyatlarının səmərəliliyinin artırılması ilə səciyyələnir. Son illər innovasiyaların aktiv tətbiqi ilə vergi sistemində yeni rəqəmsal layihələr reallaşdırılır. Vahid bəyannamənin hazırlanması, avtomatlaşdırılmış formada doldurulmasını və vergi ödəyicisinə təqdim olunmasını həyata keçirən elektron sistemin yaradılması, əməkdaşların təlim ehtiyaclarının fasiləsiz təmin edilməsinə, təlim siyasətinin icrası zamanı meydana çıxa biləcək risklərin qarşısının alınmasına, habelə əməkdaşların illik təlim qrafikləri və iştirak etdikləri təlimlər barədə məlumatların ümumiləşdirilməsinə imkan yaradan “Fərdi İnkişaf Portalı” sistemi, müxtəlif hesabatların və infoqrafikaların formalaşdırılmasına imkan yaradan “TAXESBI” hesabatlılıq sistemi bu baxımdan əhəmiyyətli layihələrdir. Süni intellekt və maşın öyrənməsi alqoritmlərinin tətbiqi üzrə sistem (DeepSage) onlayn-kassa, e-qaimə və digər müvafiq məlumatların emal olunması üçün müxtəlif tipli süni intellekt və maşın öyrənməsi alqoritmlərini özündə ehtiva edir. Qeyd olunan alqoritmlər, əsasən, malların kateqoriyaya bölünməsi, məlumatlarda anomaliyaların və uyğunsuzluqların müəyyən edilməsi üçün istifadə olunur. “CRS Reporting (Common Reporting Standard)” sistemi müvafiq servis vasitəsilə daxil olan şəxslərin kimliyinin identifikasiya edilməsi üçün istifadə olunur. “Təqib və izləmə” (“Track and Trace”) sistemi ölkə ərazisində istehsal olunan və ölkəyə idxal edilən alkoqollu içkilər və tütün məmulatları kateqoriyasına aid olan malların izlənilməsi və onlara nəzarətin təşkil edilməsinə imkan verir. Daxilolmaların şəxsi hesab vərəqələrinə işlənilməsi fəaliyyətinin daha səmərəli və qısa zamanda icrasını təmin etmək üçün isə “Robotics” borc modulu sistemi tətbiq edilir.

Rəqəmsal alətlərin tətbiqi son illər daha da genişlənib və müasir çağırışlara cavab verən rəqəmsal vergi inzibatçılığı formalaşıb

Vergi sistemində xidmət sahəsinin əhəmiyyəti vergi ödəyicilərinin vergi prosesinə olan münasibətini yaxşılaşdırmaq, vergi öhdəliklərini düzgün və vaxtında yerinə yetirmələrini təmin etmək və nəticədə vergi gəlirlərinin artmasına kömək etmək baxımından çox vacibdir. Effektiv xidmətlər vergi mədəniyyətini yüksəldir, vergi ödəyicilərinin hüquqlarını qoruyur və vergi idarəçiliyinin şəffaflığını artırır.

Mənbə: vergiler.az

Heç bir fəaliyyəti olmayan fiziki şəxsə cərimə hesablana bilərmi?

1 220 221 222 223 224 225 226 2. 682