400 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib

  • İşəgötürən: “Refinance Kİ” MMC
  • Şəhər: Bakı
  • Yaş: 22 – 33 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Günay
Həmçinin bax: 800 manat məvaciblə Mühasib axtarılır
İş barədə məlumat
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: saat 09:00-dan 18:00-dək , şənbə günləri saat 10:00-dan 15:00-dək
Namizədə tələblər
– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– Səlist danışıq qabiliyyəti, Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq
– Yüksək qavrama və öyrənmə qabiliyyəti
– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İsveçrə vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

İsveçrəİsveçrədə mürəkkəb vergi sistemi mövcuddur: vergilər dərhal üç səviyyədə təyin edilir – federal, kanton (İsveçrə ərazi cəhətdən kantonlara bölünüb) vergisiyerli bələdiyyə vergiləri.

Bundan əlavə İsveçrədə çoxsaylı zəruri ödəniş növləri var. Gəlir, kapital artımı, əmlaka görə və ƏDV kimi “ənənəvi” vergilərlə yanaşı, tütün, pivə və digər məhsullara olan bir sıra ekzotik vergilər də mövcuddur. Ümumi olaraq həmin vergilər əldə edilən gəlirlərin təxminən 20%-ni təşkil edir.

İsveçrənin rezidentləri bütün dünya boyunca gələn gəlirlərindən vergi ödəyirlər. Bununla yanaşı, İsveçrənin vergi rezidentləri olaraq İsveçrədə yaşayan və “uzun müddət burada qalmaq niyyətində olanlar” və ya “vergi rezidenti” meyarına uyğun gələnlər tanınır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi rezidentinin meyarları:

a) fasiləsiz olaraq İsveçrə ərazisində 30 gün ərzində və daha çox qalanlar – İsveçrədə işləyənlər və ya kommersiya fəaliyyəti göstərən şəxslər;

b) ölkə ərazisində 90 gün və ya daha çox qalanlar – bu ölkədə işləməyənlər və kommersiya fəaliyyəti ilə məşğul olmayan şəxslər.

Daşınmaz əmlak alışı

İsveçrədə daşınmaz əmlak alınarkən, mülkiyyət hüququ əldə etmək üçün (Le droit de mutation) kanton vergisi ödəmək lazım gəlir, hansı ki, bu verginin həcmi kantonların qanunvericiliyindən asılı olaraq əmlakın dəyərinin 0%-dən 3,3%-dək  təşkil edə bilər. Məsələn, Arqau, Tsuq və Sürixdə belə bir ödəniş nəzərdə tutulmayıb. Lütsern kantonunda bu ödəniş əmlakın dəyərinin 1,5%, Bern və Valedə 1,8%, Cenevrə və Bazeldə isə 3% təşkil edir. Əgər sövdələşmə tərəfləri olaraq ər-arvad və ya onların valideynləri və uşaqları, nəvələri və digər yaxın qohumları çıxış edirsə, adətən bu vergi tutulmur.

İsveçrədə daşınmaz əmlak alınarkən, həmçinin notarial xərclər də ödənilir ki, bu da əmlakın dəyərinin 0,5% təşkil edir. Eyni zamanda, mülkiyytəçi hüquqü ilə bağlı reyestrdə edilən dəyişikliyə görə də 0,5% ödəniş olunur.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Daşınmaz əmlak sahibi kimi İsveçrə kantonunda daşınmaz əmlak obyektinin kadastr qiymətindən asılı olaraq, 0,05%-dən (Turqauda) 0,3%-dək (Fribur, Tiçino) illik vergi (İʼimpot foncier) ödənilir. Bəzi kantonlarda, məs, Sürix, Tsuq, Zoloturne və Şvitsdə sözügedən vergi, ümumiyyətlə, tutulmur.

Mənzilin icarəyə verilməsi zamanı mütləq şəkildə gəlir vergisi (Iʼimpot sur le revenu) ödənilir. Gəlir vergisi federal, kantonal və bələdiyyə səviyyələrində tutulur. Federal vergi stavkası proqressiv şkala üzrə təyin olunur və 1%-dən 11%-dək civarında tərəddüd edir. Kantonların vergi stavkaları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bələdiyyə vergi daxilolmaları çox vaxt kanton qanunvericiliyi ilə tənzimlənir və bələdiyyələr vergi stavkalarını kantonların qanunvericiliyinə uyğun olaraq sərbəst şəkildə özləri təyin edirlər.

Gəlirdən toplanan fedaral, kontonal və bələdiyyə vergiləri bir-biri ilə uyğun gəlir. Müvafiq kanton ərazisində olan daşınmaz əmlakın istismarından əldə edilən bütün gəlirdən vergi tutulur. Məsələn, Tsuq kantonunda rezidentlər üçün maksimal vergi stavkası 22,9%, Tiçina kantonunda 40,9%, Sürixdə 40%, berndə 41,4%, Cenevrədə isə 45% təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zodiak bürclərinin ən varlıları (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

zodiakUlduzlar kimə daha çox maliyyə firavanlığı vəd edirlər? Və öz qoroskopunuzda necə qazana bilərsiniz?

XƏRÇƏNG

Xərçənglər pul yığmağa meyillidirlər. Söhbət kosmik məbləğlərdən getmir, sabahkı günə ümid yaradan məbləğlər də bəs edir. Adamlar var ki, hər gün özlərinin də inanmadığı işlərlə məşğul olurlar. Xərçənglər belələrinə aid deyil. Çalışdıqları yerdə işlədikləri əməyin onlara nə qədər qazanc gətirəcəyini qəti şəkildə bilməlidirlər. Bir qayda olaraq, onlar belə bir nəticəyə 30 yaşından sonra gəlirlər. Xərçənglərin digər bir mənfi tərəfi, hansı ki, fərdi maliyyə rifahlarına mane olur – onlar təmənna güdmədən işləyirlər: “ideya xatirinə” və ya xeyriyyəçilik məqsədlər ilə. Əgər bu hissiyyatlı işarənin nümayəndələri pul məsələsində müstəqilliyə nail ola bilirsə, bir qayda olaraq bu, xidmət, hüquqi sahə, uşaqlar və heyvanlarla bağlı işlərdə baş verir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ŞİR

Şir – zodiak işarələri arasında “kraldır”. Belə bir statusda necə kasıb ola biləsən! Şirlər ən varlı zodiak işarələri siyahısında liderlik edirlər. Onların ambisiyaları və qarşısıalınmaz arzuları o qədər böyükdür ki, bu hiss onları günbəgün öz sərvətlərini artırmağa təhrik edir. Onlar daim fərqlənmək zərurəti duyurlar – kor-korənə izləmək onlar üçün deyil. İş yerində onlar dayaq axtarmırlar, hədəfə doğru təkbaşına, məqsədyönlü şəkildə gedirlər. Onları tələsdirmək olmaz – Şirlər öz ritmlərində işləyirlər. Pula gəldikdə, öz tələbat hisslərini ödəmək üçün onlara çoxlu miqdarda sıfırlar olan məbləğlər lazımdır. Sərvət üçün daha bir stimul – ailədir: evə qazanc gətirmək onlar üçün çox mühümdür, bununla şirlər öz ikinci yarılarına əldə etməyi yaxşı bacardıqlarını təsdiq etmiş olurlar. Şirlər pullarını çox ehtiyatla xərcləyirlər: hər dəfə bundan ötrü onlara əsaslandırılmış dəlilər lazım gəlir.

Şirlər – rəhbərliyin sevimliləri olurlar. Bu heç də təəccüblü deyil: cəsurdurlar, səmimidirlər, yaradıcıdırlar və ruhlandırıcıdırlar – onlar şirkətlərə uğur və yüksək qazanc gətirirlər. Diqqət mərkəzində olanda daha yaxşı işləyirlər. (Onların cəlbediciliyinə qarşı müqavimət göstərmək faydasızdır!). Status və hakimiyyətə doğru can atırlar. Baş direktor, bələdçi, daşınmaz əmlak üzrə agent, notarius, dizayner (dəb – onların elmentidir) rollarının öhdəsindən əla gəlirlər. Dövlət xidmətində yüksək vəzifələr tuturlar.

Həmçinin bax: Temperament tipinə görə peşə seçimi

QIZ

Qızlar zəhməti sevirlər. Astrologiyada bu işarə Altıncı evlə əlaqəlidir, onun səlahiyyətlərinə sağlamlıq, iş və xidmət daxildir. Qızlar zamanla gələn peşə və sərvət yüksəlişi ilə tam şəkildə məmnun qalırlar. 20 və 30 yaş arasında onlar qəti şəkildə fəaliyyət növünü müəyyən edənə qədər bir neçə istiqamətli fəaliyyət arasında seçim etməkdə tərəddüd edirlər. Karyera pilləsi ilə addım-addım yox, sıçrayışla hərəkət edirlər. Onlar nəşriyyat işi, redaktə, tibb, mühasibat uçotu, linqvistika və iaşə sahəsində gözəl nəticələr əldə edirlər. Rəis kimi xeyirxah və ədalətli olurlar.  Öz mükəmməllikləri və təmizkarlıqları ilə məşhurdurlar. Qızlar üçün qazanc gətirən iş sahəsi statistika və tədqiqatlardır.

Digər bürclər haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bankların təşəkkülü və inkişafı (1-ci hissə)

posted in: bank, Məqalə, Xəbər | 0

Bankların təşəkkülüBank fəaliyyəti öz başlanğıcını Qədim Babilistandan götürüb, o zaman məbədlər girov və ya yazılı öhdəlik məktubları müqabilində müştərilərə faizlə ssuda verirdilər. Analoji əməliyyatlar, eləcə də pul ödənişləri Qədim Yunanıstanda kahinlər, məbədlər və pul “dəyişdiriciləri” tərəfindən, Qədim Romada isə mensariyalar tərəfindən həyata keçirilirdi. Roma imperiyasının süqutu ilə bank sənətkarlığı da süquta uğradı.

Orta əsrlərdə istehsalın və ticarətin inkişafı bank işlərinin də intibahına gətirib çıxardı. 1171-ci ildə Venesiya bankı təsis olundu, XIV-XV əsrlərdə isə bankirlər çox qüvvətli ictimai gücə çevrildilər. Bir çox Avropa ölkələrində banklar ticarətin inkişafı sayəsində təşəkkül tapdılar. Onlar iri tacirlər tərəfindən hesablaşmaları həyata keçirmək məqsədilə yaradılırdı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sonrakı dövrlərdə bank işi daha intensiv inkişaf yolu tutur və təkmilləşməyə başlayır. Bank əməliyyatlarında pulları tədricən borc öhdəlikləri sıxışdırıb aradan çıxarmağa başlayır. Həmin öhdəliklərdən, adlı veksellərdən banknotlar yaranır, çeklərin tətbiq dairəsi genişlənir, nağdsız hesablaşmalar təcrübəsi genişlənirdi ki, bu da bankların inkişafına təkan verirdi. Kredit verilməsi əhəmiyyətli şəkildə şəxsi bankir-sələmçilərin əlində cəmləşmişdi.

Bank biznesinin aktivləşməsində və bank işinin təkmilləşdirilməsində kapitalist istehsalının inkişafı güclü bir təkan rolu oynadı. Məlum olduğu kimi, klassik kapitalizmin vətəni İngiltərə hesab olunur, o səbəbdən bank işinin müasir anlamda əsasları və prinsipləri məhz, həmin ölkədə meydana gəlib. Kommersiya kreditləşdirməsini həyata keçirən ilk iri səhmdar bank İngiltərə bankı oldu, onun ardınca isə digər banklar yarandı.

İlk növbədə banknotların verilməsi, öz vəsaitlərindən kreditlərin ayrılması, bu gün bizə “depozit” adı altında məlum olan müştəri depoziti şəklində qoyulan əmanətlər hesabına kreditləşdirməyə əsaslanan fəaliyyətlər, bank əməliyyatlarının inkişafında keyfiyyətcə yeni bir mərhələ açmış oldu. Ödəmə və kreditləşdirmədə vasitəçilik prioritet təşkil etməyə başladı. Passiv əməliyyatlar sürətlə inkişaf edir – əhalidən, sahibkardan, tacirlərdən yığımlar, sərbəst vəsaitlərin cəlb olunması, ilk növbədə mənfəət əldə etmək məqsədi ilə fəal əməliyyatların genişləndirilməsini və əsasən “pul ticarətini” (mənfəətli yerləşdirməni) müəyyən edir.

Bankların öz kapitalı fəal əməliyyatlar mənbəyi kimi ilkin funksiyasını itirir və müştərilərin depozitlərini və bank təşkilatının ödəmə qabiliyyətini təmin edən əsas kimi xidmət edir.

Bu funksiyaların inkişafı ilə banklar da xüsusi kapitalist müəssisələri kimi inkişaf etməyə başlayır. XVII əsrdə səhmdar cəmiyyət formasında olan banklar meydana gəlir, XIX əsrin sonlarından isə inkişaf etmiş kapitalist ölkələrində səhmdar banklar aparıcı mövqeyə sahiblənirlər. Sənayedə istehsalın cəmləşməsi təsiri altında bankların təmərküzləşməsi güclənirdi. Bu, iri bankların intensiv inkişafı, digər banklarla birləşməsi, eləcə də zəif bankların güclü banklar tərəfindən udulması yolları ilə baş verirdi. XX əsrin başlanğıcında əksər kapitalist ölkələrində kredit sistemində bir neçə nəhəng bank aparıcı mövqeyə malik idilər, hansı ki, yüzlərlə filialları (şöbələri) var idi və sənaye monopoliyaları ilə sıx əlaqədə idilər. Elə indinin özündə də inkişaf etmiş bazar münasibətlərinə malik ölkələrdə  bankların cəmləşməsi çox yüksəkdir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.