Vergi hesabatlarını hazırlamadan əvvəl BTP-nin 3.7.8 versiyasını yükləməyi unutmayın

posted in: Xəbər | 0

BTPBTP – Bəyannamə Tərtibatı Proqramının yeni versiyasında aşağıdadakı yeniliklər edilmişdir.

BTP-Bəyannamə Tərtibatı Proqramı Versiya 3.7.8 Yeniliklər :

  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 iyun 2018-ci il tarixli 1817040100368600 nömrəli “Bir sıra bəyannamələrin, hesabatın, onların əlavələrinin və tərtib edilməsi qaydalarının yenidən təsdiq edilməsi barədə” Əmrinə əsasən dəyişiklik edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, “Əmlak vergisinin bəyannaməsi”nin, “Əmlak vergisinin bəyannaməsinə Əlavə”nin forması və“Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4 və 5 №-li Əlavələrinin yeni formalarının yaradılması.
  2. Dövlət rüsumu haqqında” hesabatın Əlavə 1-də yeni 1125-ci sətir kodunun əlavə edilməsi və həmin sətrə maddələr əlavə edilməsi; 1103-cü kodlu sətirdə yeni 14.1-1, 14.3-1 və 14.3-2 maddələr əlavə edilməsi.
  3. Aksiz vergisinin bəyannaməsinin” 403.1-ci “siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar)” və 403.2-ci “tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri” sətirləri üzrə aksiz dərəcələrinə dəyişiklik
Bu linkə daxil olaraq proqramı yükləyə bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-rezidentdən proqramdan istifadə üçün lisenziya və ya proqram təminatı alındıqda hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

proqram təminatı Sual: Qeyri-rezidentdən proqramdan istifadə üçün lisenziya və ya proqram təminatı alındıqda hansı vergi öhdəlikləri yaranır?

Cavab: Qeyri-rezident şirkətdən alınmış lisenziya və ya proqram təminatına görə ona aparılan ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

İstinad: Vergi Məcəlləsinin 125-ci, 159-cu, 168-ci və 169-cu maddələri

Müəllif: Dilqəm Göyüşov / Vergilər üzrə mütəxəssis

Həmçinin bax: Qeyri-rezidentə bu xidmətlərin göstərilməsi ƏDV-yə cəlb edilirmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1200 manat məvaciblə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib axtarılırMühasib (Sumqayıt)

Vəzifə öhdəlikləri:

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi xərclərinin hesablanması;
– Mal-materialların uçotunun aparılması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Həmçinin bax: 1000 manat məvaciblə Mühasib axtarılır

Tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– Yaş həddi: 25-40 yaş
– Azərbaycan, rus və ingilis dili biliyi
– MS Office və 1C proqramları üzrə biliklər
– Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
– 1C (8.3) proqramında işləmək bacarığı
– İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
– Fərdi və komandada işləmək bacarığı
– Dəqiq və sürətli işləmək bacarığı
– Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir

Həmçinin bax: Optimal Electronics “Aparıcı Mühasib” axtarır

İş şəraiti:

– İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
– İstirahət günü: şənbə, bazar günləri
– İş yeri Sumqayıt şəhərində yerləşir
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
– İşçi korporativ nömrə və naharla təmin edilir
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır

Əmək haqqı: 1000-1200 AZN

Maraqlananlar öz şəkilli CV formalarını  / info@finstaff.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Mənbə: jobsearch.az

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

posted in: Xəbər | 0

büdcə daxilolmalarıBu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 941,159 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,95% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 30,15% artaraq 498,119 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,4% artaraq 1 328,808 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 93,504 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11,8% artaraq 20,728 milyon manat olub.

Mənbə: report.az

Həmçinin bax: Azərbaycanda orta aylıq əmək haqqı artıb

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.