Fransa vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Fransa I hissə

Fransada vergilər dünyada ən yüksək vergilərdən biri hesab olunur. Buna baxmayaraq, fransızlar vergiləri ödəməyə vərdiş ediblər və hər il vergi deklarasiyasının doldurulmasına böyük məsuliyyətlə yanaşırlar.

Fransada ölkə büdcəsinin 90%-ni məhz, vergi daxilolmaları təşkil edir. Bütün vergi və yığımların ümumi sayı 200-dən çoxdur.

ƏDV. Fransada ƏDV dövlət büdcəsinə daxil olan əsas istehlak vergilərindən biridir. Ölkə ərazisində istehsal və istifadə olunan məhsullar və xidmətlər bu vergiyə cəlb olunur. ƏDV-nin standart həcmi 20% təşkil edir. Daha yüksək həcmdə 33,3%-ə kimi ƏDV isə alkoqollu içkilər, tütün məhsulları, avtomobillər və digər dəbdəbəli mallara (məsələn, kürklər)  tətbiq olunur. Daha aşağı həcmdə 10- 5,5 və 2,1%-lik ƏDV isə kitablara, zəruri məhsullara və həkim resepti ilə buraxılan bir sıra dərmanlara tətbiq edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gəlir vergisi fransız vergi sisteminin ən mühüm elementlərindən biridir. Bu vergi Fransa ərazisində və onun hüdudlarından kənarda əldə edilən bütün gəlirləri əhatə edir. Hesablama zamanı vergiyə cəlb olunan əmək haqqı, pensiya, icarə, mükafat, depozit qoyuluşlarına faizlər və digər gəlirlər də nəzərə alınır. Bundan əlavə, vergini təkcə Fransa sakinləri deyil, həm də ölkə ərazisində rəsmi şəkildə gəlir əldə edən əcnəbilər də ödəyirlər.

Gəlirə görə vergi tutulmasının başlıca xüsusiyyəti ondan ibarətdir ki, onun hesablanması zamanı konkret fiziki şəxs deyil, vergi ödəyicisinin ailəsi (həyat yoldaşı, uşaqları və himayəsində olanlar) nəzərə alınır. Tək insanlar bir nəfərdən ibarət ailə hesab olunur.

Proqressiv vergi şkalası illik gəlir məbləğindən asılı olaraq, 0-dan 45%-ə kimi diapazonda beş qrup vergi ödəyicisini əhatə edir.  Fransa “sərvətə görə vergi” tətbiqi təcrübəsi ilə artıq neqativ təcrübəyə malikdir, bu verginin mahiyyəti ondan ibarətdir ki, 1 milyon avrodan çox gəliri olanlar 75%-lik gəlir vergisinə cəlb olunurlar. Nəticədə milyonerlərə  tətbiq edilən bu yenilik özünü doğrultmadığından hazırda ləğv edilib.

Həmçinin bax: Norveçlə bağlı maraqlı və əsrarəngiz faktlar (1-ci hissə)

Mülkiyyət və qiymətli kağızlarla bağlı əməliyyatlar zamanı tətbiq edilən vergilər. Fransada belə əməliyyatlar zamanı vergi, alış və satış zamanı yaranan məbləğ arasındakı fərqdən tutulur və bu zaman bəzi xərclər də nəzərə alınır.

2015-ci ilin avqustundan mülkiyyət əməliyyatları ilə bağlı bu verginin vahid stavkası 40,5% təşkil edir və özündə bunları ehtiva edir:

. kapital artımına görə vergi – 19%

. sosial yığım – 15,5%

. əlavə vergi – 6%-ə qədər.

2012-ci ildən Fransada qiymətli kağızlarla əməliyyatlar zamanı 0,2% -lik yeni vergi tətbiq olunub. Bu vergi yalnız bazar səhmlərinin qiyməti 1 milyard avronu keçən iri fransız şirkətlərinə aiddir.

Daşınan əmlakla bağlı əməliyyatlar zamanı isə vergiyə yalnız qiyməti 20 min avronu keçən əmlaklar cəlb edilir. İncəsənət əsərləri 4,5 və 7%-lik, qiymətli metallar üçün isə 7,5%-lik vergi tətbiq olunur.

Əmək haqqından tutulan vergi. Fransada sosial ödənişləri işə götürən özü ödəyir, bu ödənişlər isə təbii ki, əmək haqqından ödənilir. Səhiyyə, pensiya və sosial sığorta fondlarına aylıq ödənişlər 15% təşkil edir. Bu vəsaitlər isə sonradan xəstəlik vərəqələri, səhiyyə sığortaları və işsizliklə bağlı müavinətlərin ödənilməsindən ötrü dövlət büdcəsinə köçürülür. Yuxarıda dediyimiz gəlirdən vergilər isə indi söz açdığımız müavinətlər ödənildikdən sonra yerdə qalan məbləğdən çıxılır.

Peşə təhsili ilə bağlı vergi. Bütün fransız şirkətlərinə peşəkar təhsilə görə ümumi əmək haqqı fondunun 0,5%-lik həcmində məcburi vergi və üstəgəl daha 0,1% tətbiq edilir. Burada dövlət orqanları, sahə assosiasiyaları və təhsil sahəsinə aid təşkilatlar istisna təşkil edir.

Aksiz yığımı. Aksiz yığımları Fransada vergi yığımının az hissəsini təşkil etmir. Bu vergi alkoqol, tütün məhsulları, qənd, duz və digər kütləvi tələbat mallarının satış qiymətinə əlavə olunur. Aksiz yığımları təkcə dövlət büdcəsinə deyil, həm də yerli büdcələrə istiqamətlənir.

Həmçinin bax: Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşdən ötrü canından keçən Yaponlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

YaponYaponlar işdən ötrü özlərini öldürürlər. İşdən çıxmaq olmaz

II hissə

Bir çox tələbələr yalnız bir ümidlə işə çıxırlar – pensiya yaşına kimi eyni müəssisədə çalışmaq arzusuyla. Rəhbərlik gənc əməkdaşlardan yaxşı nəticələr gözləyir, karyerada irəliləyiş etmək  məhz, həmin nəticələrdən asılı olur. Yaponiya sakinləri iş yerini çox nadir halda dəyişirlər, axı, bu adətən sıfırdan başlamaq deməkdir.

Son illər gənclər digər bir taktikaya əl atırlar: hər hansı bir iş yerində yarı gün çalışırlar, ya da işə müvəqqəti olaraq düzəlirlər. Bir tərəfdən onlar bununla özlərini sınayırlar və bir iş yerinə bağlı olmadıqlarını bir növ təsdiq etmək istəyirlər. Digər tərəfdən, belə hallarda onlara ciddi iş etibar olunmur, əmək haqqı tarifi də çox aşağı olur. Nəticədə gənclər bütün hallarda hardasa əlavə vaxtlarda da çalışmalı olurlar ki, normal pul qazana bilsinlər.

Həmçinin bax: Kim nə qədər işləyir?

Sorğulara görə, 2016-cı ildə yapon şirkətlərinin demək olar ki, dörddə birində  ay ərzində iş saatından 80 saat artıq və hər on şirkətdən birində isə 100 və daha çox saat işləmək qeydə alınıb. 80 saat yol verilən bir hədd sayılır ki, bu həddi ötüb keçən saatlar isə ölüm riskini xeyli artırır.

Gənclər hədsiz dərəcədə özlərini işə həsr etdiklərindən, çox az hallarda evlənirlər, o səbəbdən indi qızlar da tez-tez işə qəbul olunurlar. Bir qapalı dairə yaranır: iş çalışmaları üzündən münasibətlər üçün də vaxt qalmır, ailə olmadıqda isə – daha çox çalışmaq mümkündür. Gənclər bu sistemi qırmaq istəyirlər, lakin həmin sistem tədricən onları öz daxilinə çəkməkdədir.

Kansay universitetinin fəxri professoru Kodzi Morioka hesab edir ki, Yaponiya üçün şərin kökü elə məhz, iş gününün uzunluğudur: “İnsanlar o qədər məşğuldurlar ki, hətta şikayət etməyə belə vaxtları yoxdur”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

YaponUşaqlar qəfəsdə

Yaponlar uşaqlıqdan belə bir stressdə yaşayırlar. Onlar təhsildə uğurlara böyük diqqət yetirirlər, axı, yaxşı qiymətlər və təhsil əla iş yeri tapmaqdan ötrü ən zəruri şərtdir. Tətil dövründə velosiped sürmək və ya çimərlikdə əylənmək əvəzinə, məktəblərin yuxarı sinif şagirdləri günlərini kitabı qucaqlayaraq, imtahanlara hazırlaşmaqla keçirirlər. Məktəblərdə də yüklənmə səviyyəsi bütün hədləri aşıb keçir.

Qrup mədəniyyəti çox ciddi problemlərə və münaqişələrə  gətirib çıxarır: Yaponiyada belə hesab edirlər ki, adamlar ümumi qaydalara əməl etməlidirlər. Belə ki, yaşıdlarından təhsilə görə bir az fərqlənən məktəbli gülüş hədəfinə çevrilir, o səbəbdən bir çoxları belə halla qarşılaşmasınlar deyə, yaxşı oxumağa çalışırlar. Müəlimlər də həmin şagirdlərə eyni münasibət bəsləyirlər: kimsə savad cəhətdən bir qədər axsayanda, onun gözümçıxdıya salındığını bilsələr də, buna göz yumurlar, bəzən isə özləri də baş verənlərdə iştirak edirlər.

Bəzən bu xikikomori problemi ilə əlaqələndirilir, hansı ki, gənc insan özünü otağa salıb, qapını bağlayır, məktəbə getmir, sonra isə işləməkdən imtina edir və valideynlərinin himayəsində yaşayır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiİşəgötürən: Caspi Marine Technologies MMC

Tələblər:

-Mühasibat uçotunun əsaslarını bilmək;
-Bəy namizədlər
-1C mühasibat proqramını bilmək
-Azərbaycan, rus dillərini bilmək
-Məsuliyyətli və operativ
-Verilən tapşırıqların vaxtında və dəqiq icrası
-Universiteti yeni bitirən namizədlər də müraciət edə bilər

Həmçinin bax: 600 manat məvaciblə Xəzinədar axtarılır

Vəzifələr:

-1C üzrə əməliyyatların həyata keçirilməsi
-Müdiriyyətin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
-Mühasibin göstərişi ilə lazım olan elektron qaimələrin yazılması
-Hesabatların hazırlanması
-Qaimələrin sistemə əlavə olunması

İş şəraiti:

-AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
-Nahar və nəqliyyat şirkət tərəfindən qarşılanır.
-Əmək haqqı namizədin bilik və bacarığına əsasən dəyərləndiriləcək.

Qrafik: Tam iş günü
Əlaqələndirici şəxs: HR / +994(012) 502-45-50
Əmək haqqı: 350-400 AZN
Mənbə: rabota.az

Azərbaycanda 23 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

şirkət

  • “GÜLAY” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1300172841) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, İnşaatçılar pr. 31 ünvanına bildirə bilərlər.
  •  “VAHİD” ASC (VÖEN: 1600151231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, ev 116 ünvanına bildirə bilərlər.
  • “ADVENTURE” MMC (VÖEN: 1902991701) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs.), ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “DREAM 2017” MMC (VÖEN: 2004152971) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 15, mənzil 0 ünvanına bildirə bilərlər.
Həmçinin bax: 3 xarici şirkət Azərbaycandan getdi
  • “EVENT COMPANY” MMC (VÖEN: 1803265711) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Vidadi (Maştağa qəs.), ev 24 A, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “STAR 2017” MMC (VÖEN: 1902997091) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs.), ev 18, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “İLAYDA MAKE UP ACADEMY” MMC (VÖEN: 1004389441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mikrorayon, ev 16, mənzil 69 ünvanına bildirə bilərlər.
  • “EVROSTROY-SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1303056301) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “AL-ARZ” MMC (VÖEN: 1504003731) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Nərimanov r., M.Əhmədzadə, ev 13A, m. 33 ünvanına bildirə bilərlər.
  • “EVRO 5 STANDART” MMC (VÖEN: 1402227501) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 198, M3, mənzil 6 ünvanına bildirə bilərlər.
  • “ZİRƏ EEB” MMC (VÖEN: 1503777451) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 114, mənzil 56 ünvanına bildirə bilərlər.
  • “ORBİTA-SALON” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1600035961) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini 61 gün ərzində  yazılı şəkildə, təsdiqedici sənədləri əlavə etməklə AZ1118,.Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39/47 ünvanına – təsviyəçiyə bildirə bilərlər.
  • “INTRADE” MMC (VÖEN: 1004651441)  ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 11, mənzil 89 ünvanına bildirə bilərlər.
  • “BORİS” MMC (VÖEN: 1005131761) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Yəhya Hüseynov küçəsi, 9-cu mkr, ev 7, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “QOLDEN VOLET” MMC (VÖEN: 1303161771) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, məhəllə 494, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “QOLDEN İNVESTMENT END MENECMENT QRUP” MMC (VÖEN: 1302979791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, məhəllə 494, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “SİLVERKİ TEXNOLOCİS” MMC (VÖEN: 2000832391) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 40, mənzil 84 ünvanına bildirə bilərlər.
  • “QOLDEN TEXNOLOCİS” MMC (VÖEN: 1302871011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
  • “ABSHERON TECHNİCAL TRANSLATİON LTD”  (VÖEN: 1300462831) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 232, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “NEOS” MMC (VÖEN: 1403440911) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı ş., Nəsimi r., Mir Cəlal 4 mkr., ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.
  • “ART İNTERNATİONAL” MMC (VÖEN: 1300039351) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan, ev 23, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “ART LTD” MMC (VÖEN: 1300813271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan, ev 23, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “PRİZMA İNŞAAT” MMC (VÖEN: 2002674841) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 1V, mənzil 29 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.