Aparıcı mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Aparıcı mühasibİşəgötürən: Dövlət qurumu

Vəzifə: Aparıcı mühasib

Təhsil: Ali təhsil (maliyyə/iqtisadi);

Xüsusi biliklər: Büdcə və maliyyə idarəetməsi prosesləri, Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər, avtomatlaşdırılmış sistemdə iş təcrübəsi.;

Təcrübə: 2 ildən çox analoji iş təcrübəsi.

Dil bacarığı: Səlis azərbaycan dili, rus dili və ya ingilis dili bacarığı (arzu olunandır);

Kompüter bacarığı: MS Office proqramları;

Digər bacarıqlar: Analitik təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, müxtəlif struktur bölmələr çərçivəsində  kolleqalarla əməkdaşlıq etmək bacarığı.

Həmçinin bax: 2000 manat məvaciblə Baş mühasib axtarılır

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə  / info@finstaff.az elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək

posted in: Xəbər | 0

gömrükSənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək.

İyulun 31-də İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – “Yaşıl Dəhliz” mövzusunda “dəyirmi masa” keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə sənaye parkları və sənaye məhəllələri yaradılır, sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur. Bildirilib ki, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Niyazi Səfərov qeyd edib ki, sənaye parklarında rezidentlərin idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi zəruri işlərin təşkilinə başlayıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dövlət Gömrük Komitəsinin idarə rəisi Səməd Qaralov gömrük sistemində aparılan təkmilləşdirmə işləri barədə məlumat verərək, gömrük infrastrukturunun gücləndirildiyini və gömrük prosedurlarının sadələşdirildiyini qeyd edib,” Yaşıl Dəhliz”in idxal-ixrac əməliyyatlarının sadələşdirilməsində və sahibkarların vaxtına qənaət edilməsində önəmini diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, KOS-lara göstərilən xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdiriləcəyini qeyd edib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verib. O, “Yaşıl Dəhliz”in tətbiqinin sahibkarların sənaye parklarına marağını daha da artıracağını qeyd edib.

Tədbirdə “Yaşıl Dəhliz Xidməti” layihəsinin təqdimatı keçirilib və layihənin üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda “Sumqayıt Kimya Sənaye Parkı” MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Təmiz Şəhər” ASC və “Yaşıl Dəhliz Xidməti” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bankomatlar barədə maraqlı məlumatlar

posted in: Məqalə, Xəbər | 0

bankomatMüasir həyatı bankomatsız təsəvvür etmək çətindir. Əslində isə insanlar yaxın vaxtlara  kimi bankomatsız yaşayıblar və “dəmir qutular” peyda olandan sonra da mühafizəsiz pullar verən bu aparatlara şübhə ilə, bəzən isə təhlükəli bir şey kimi yanaşırdılar. Ötən əsrin ən yaddaqalan bir hadisəsi  kimi qəbul edilən bu hadisə 1967-ci ildə baş vermişdi.

Dünyada ilk bankomatlar

Barclays bankı yeni bir ideyanı reallıqda həyata keçirmək qərarına gəldi, inqilabi strateji, təhlükəli  bir addımı həyata keçirdi. Öz ofisi ilə yanaşı elektron kassir quraşdırdı. Bankomatın yanından ötüb keçən insanlar bu qeyri-adi aparata əyri-əyri baxırdılar, lakin hamıdan çox banklar narazı idilər. Onların deyinməsi anlaşılan idi, axı mexaniki maşınlar müştəri ilə danışa bilmir, onlara öz xidmətlərini təqdim edə bilmir və ziyarətçilərin rifahından da xəbərsiz idilər. Həmçinin pulların bu “dəmir qutularda” necə qorunub saxlanılması da bir çoxlarında şübhə doğururdu. Və ən başlıcası, bu yenilik düz 18.000 dollara başa gəlirdi!

Həmçinin bax: PİN kodlar haqqında bilmədiklərimiz (1-ci hissə)

Bankomat istehsalçıları öz icadlarını populyarlaşdırmaqdan ötrü əllərindən gələni edirdilər. Aparılan tədqiqatlar göstərdi ki, aparatlar növbədə dayanan adamları daha tez yola salır, çünki, onlar müştərilərə əlavə xidmət təklif etmirdilər. 1,5 sm qalınlığında polad korpus pulları istənilən mühafizəçidən yaxşı qoruyurdu, hətta 8 saatlıq qaz odluğu belə bankomatı sındırmaq üçün bəs etmirdi. Yuxarıda göstərilən keyfiyyətlər 18 000 dolların bundan ötrü elə də böyük məbləğ olmadığı qənaətinə gəlir. Unutmaq lazım deyil ki, bu, bir neçə kassirin əməkhaqqı belə etmirdi.

Bankomat istehsalçıları öz məhsullarının geniş reklam kampaniyasını həyata keçirirdilər, onların üstünlüklərini izah edirdilər. Ən böyük üstünlük isə təbii ki, müştərinin pulunu günün istənilən saatında ala bilməsi idi. Bir qədər sonra Barclayʼs belə bir şüar yerləşdirmişdi: “Bizim filialımız zabah saat doqquzda öz qapılarını açır və bir daha onu bağlamayacaq!”. Bankomatların populyarlaşması zaman məsələsi idi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

bankomatXidmətlərin tədricən inkişafı

Əhalinin bankomatlara müsbət münasibətinə baxmayaraq, onlar funksiyaları çox məhdud idi, yalnız təqdim edilən vauçerin əvəzində nağd pullar verə bilirdilər.

Amma, çox tezliklə, daha dəqiqi, 1973-cü ildə bankomatların bacarıqları əhəmiyyətli şəkildə genişləndi. Qlobal kompüterləşmə bütün banklar və hesabların, plastik kartlar və elektron yaddaşın bir şəbəkəyə qoşulmasını təmin etdi. “Avtomatik kassirin” funksiyaları hesabların və pul köçürmələrinin aparılmasına kimi genişləndi. Bundan sonra bankomatlar bütün dünyanı zəbt etdi.

1975-ci ildə planetdə artıq 5000 bankomat qurulmuşdu, onlardan 3500-dən çoxu amerikan banklarının mülkiyyətində idi.

Moskvada ilk bankomat 1994-ci ildə “Novoarbatskiy” qastronomunda qurulmuşdu, o aparat Most-banka məxsus idi. Hazırda Rusiyada 202,5 min fəaliyyətdə olan bankomat var. Proqnozlara görə dünyada 2018-ci ildə “elektron kassirlərin” sayı 3,4 milyona çatmalıydı.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Bankomatlar bardə maraqlı faktlar

  • Hər beş dəqiqədən bir dünyada bir bankomat quraşdırılır. Baxmayaraq ki, pul verən maşınlar il ərzində 250 dollar səhvə yol verirlər. Özü də öz xeyirlərinə deyil, müştərilərin xeyrinə.
  • Tədqiqatlara görə, hər bir avtomat ay ərzində 6500-ə yaxın əməliyyat həyata keçirir. Nağd pulların verilməsi – bu bankomatların yeganə əməliyyatı deyil – bəzi bankomatlar sorğuya əsasən qızıl külçələr və sikkələr də verir.
  • Yaponiyadakı bütün bankomatlar sutka ərzində işləmir, mütəxəssislər tərəfindən müəyyən hesablamalar aparıldıqdan sonra məlum olub ki, bankomatlara gecə xidməti və onların mühafizəsi, onlara çəkilən xərcləri ödəmir. O səbəbdən yaponlar bankomatlardan istənilən gün saat 19-00 kimi nağd pul əldə edə bilirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

AMB uçot dərəcəsini dəyişməz saxlayıb

posted in: bank, Xəbər | 0

uçot dərəcəsiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, daha sonra isə 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması, daha sonra 2018-ci il iyunun 14-də uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması barədə qərar qəbul edib.

E. Rüstəmov bildirib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərar oktyabr ayında açıqlanacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.