Read More9
Read More9

Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir

posted in: Xəbər | 0

2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajların göndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsi təmin olunub.

Vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7.008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci maddəsinin müddəalarına əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib, 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

Qeyd edək ki, vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsini təmin edən vasitələrdən biri də Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçılığı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT). TADAT Metodologiyasına əsasən, vergi borclarının məbləği və hərəkət göstəricisi büdcə ilinin sonunda ümumi vergi borclarının həmin tarixə olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Bu metodologiyaya əsasən, Dövlət Vergi Xidməti tərəfindən 2024-cü il üzrə borcun alınması sahəsində həyata keçirilmiş inzibatçılıq “lazımi səviyyədə təşkil olunmuş” kimi qiymətləndirilib.

Mənbə: vergiler.az

Hansı hallarda mallar aksiz vergisindən azad edilir?

Hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması qaydası

posted in: Xəbər | 0

Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və orta əməkhaqqını saxlamalıdır. Bu, Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov hərbi toplanışa çağırılan işçinin hüquqlarını  şərh edir. 

Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə iş yeri saxlanılan və əməkhaqqı ödənilən hallar sadalanır. Onlardan biri də (g bəndi) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaqdır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 52-ci maddəsində toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı aşağıdakı kimi qeyd edilib: Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.

Misal 1

Fərz edək ki, özəl təşkilatda mühasib vəzifəsində çalışan Fərid sentyabr ayında hərbi toplanışla əlaqədar 14 günlük hərbi təlimlərə çağırılıb. Beləliklə, sentyabr ayı üçün ona verilməli əməkhaqqının necə hesablanacağına baxaq:

Qeyd edək ki, Fərid iyul ayında 22 iş günü çalışıb və 900 manat əməkhaqqı alıb. Avqust ayında isə 23 iş günü çalışıb və 1.000 manat əməkhaqqı alıb. Onun tarif maaşı isə 750 manatdır.
Sentyabr ayında 22 iş günü vardır və Fərid həmin günlərin 10 iş gününü (14 təqvim günü) hərbi təlimlə əlaqədar işdə olmayıb. Bu zaman onun sentyabr ayında alacağı əməkhaqqının məbləği belə hesablanacaq:

(900 + 1.000) : (22 + 23 ) = 42.22 manat (1 günlük orta əməkhaqqı məbləği);
10 x 42.22 = 422.22 manat (hərbi təlimdə olduğu dövrə düşən orta əməkhaqqı məbləği);
750 : 22 = 34.09 manat (sentyabr ayında bir iş gününə düşən əməkhaqqı məbləği).

Fərid 22 iş gününün 10 iş gününü təlimdə, 12 iş gününü isə işdə olub. Deməli, işlədiyi günlərə görə hesablama belə olacaq:
12 x 34.09 = 409.08 manat;
422.22 + 409.08 = 831.3 manat.

Beləliklə, sentyabr ayı üçün onun alacağı ümumi əməkhaqqı 831.3 manat təşkil edəcək. İyul və avqust aylarında tarif maaşından əlavə bonuslar da aldığı halda, Fəridin sentyabr ayında alacağı əməkhaqqı 750 manatdan yüksək olacaq.

Mənbə: vergiler.az

Hansı hallarda mallar aksiz vergisindən azad edilir?

Ölkədaxili nağdsız əməliyyatların həcmi açıqlanıb

posted in: Xəbər | 0

Ötən ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nisbətən 436 min ədəd artaraq 19,89 milyonu ötüb.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,9 faiz, kredit kartları üzrə 1,8 faiz təşkil edib.

Dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.

2024-cü ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 milyon manatı POS-terminallar, 3,7 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64,2 faizini təşkil edib.

Mənbə: vergiler.az

Hansı hallarda mallar aksiz vergisindən azad edilir?

Hansı hallarda mallar aksiz vergisindən azad edilir?

posted in: Xəbər | 0

Aksiz vergisinin tətbiqinin həm iqtisadi, həm də sosial əhəmiyyəti vardır. Belə ki, aksiz vergisi iqtisadi baxımdan yüksək rentabelli məhsulların satış qiymətinə daxil edilməklə əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə alınması məqsədi daşıyır. Sosial baxımdan isə aksiz vergisinin tətbiqi satış qiymətini artırmaqla istehlakı faydalı olmayan, ətrafdakılara və ətraf mühitə mənfi təsir göstərən malların istehlakının məhdudlaşdırılmasından ibarətdir.

Bəzi hallarda həmin mallar aksiz vergisindən azad edilib. Bu azadolmaları vergi eksperti İsmayıl Bağırov şərh edir: 

Vergi Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, aşağıdakılar aksizdən azad edilir:

fiziki şəxsin şəxsi istifadəsi üçün aşağıdakı miqdarda aksizli malların idxalı:

  • 1,5 litr alkoqollu içki;
  • 2 litr energetik içki;
  • 200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar;
  • 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
  • 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;
  • 100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
  • 50 millilitr elektron siqaretlər üçün maye;
  • 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları;
  • 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
  • Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq.

Misal 1

Azərbaycan Respublikası vətəndaşı fərdi istehlakı üçün Rusiyadan Azərbaycana gələrkən özü ilə Rusiya istehsalı olan 2 litr, Polşa istehsalı olan 1,5 litr alkoqollu içki, Rusiya istehsalı olan 200 ədəd, ABŞ istehsalı olan 400 ədəd siqaret idxal edib. İdxal edilmiş həmin mallara görə aksiz vergisi üzrə azadolma necə tətbiq ediləcək? Bu halda 1,5 litr alkoqollu içkiyə və 200 ədəd siqaretə azalolma tətbiq ediləcək.

Misal 2

Fiziki şəxs Türkiyə Respublikasından fərdi istehlakı üçün 30 qram platin, əyarı 750 olan 70 qram qızıl və 2,4 karatlıq almaz idxal edib. Bu halda 30 qram platin, əyarı 750 olan 50 qram (70-20) qızıl və 1,9 karat (2,4-0,5) almaz aksiz vergisinə cəlb olunacaq.

Vergi Məcəlləsinin 188.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar da aksiz vergisindən azad edilib.

Misal 3

Türkiyə Respublikasından Rusiyaya içməli spirt yola salınıb. Həmin spirtin yükləndiyi avtomobil Azərbaycandan keçməklə Rusiya Federasiyasına gedir. Bu halda avtomobil Azərbaycan Respublikasının ərazisindən transit keçdiyi üçün gömrük sərhədini keçərkən ondan həmin mala görə aksiz vergisi tutulmur. Çünki Vergi Məcəlləsinin 188.1.3-cü maddəsinəd göstərilib ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı da aksiz vergisindən azaddır.

Misal 4

А şirkəti təkrar ixrac məqsədilə Rusiyaya satmaq üçün Gürcüstandan spirt alıb. Mal Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən şirkət ödəməli olduğu aksizin məbləği həcmində bank zəmanətini gömrük orqanına təqdim edib. Bu halda А şirkətindən həmin mala görə aksiz vergisi tutulmur.

Vergi Məcəlləsinin 188.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl da aksiz vergisindən azad edilib.

Misal 5

Azərbaycan Mərkəzi Bankı aktivlərində yerləşdirilmək üçün Fransadan 2 ton platin, 5 ton qızıl idxal edib. Bu zaman Mərkəzi Bank idxal etdiyi həmin mallara görə aksiz vergisi ödəməyəcək.

Vergi Məcəlləsinin 188.1.7-ci maddəsində göstərilib ki, bu Məcəlləsinin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz – 2021-ci il yanvarın 1-dən 6 il müddətinə aksiz vergisindən azaddır.

Qeyd edək ki, Vergi Məcəlləsinin 190.4.2-ci maddəsində nəzərdə tutulan idxal olunan platin, 190.4.3-cü maddəsində nəzərdə tutulan qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, 190.4.4-ci maddəsində nəzərdə tutulan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 2021-ci il yanvarın 1-dən 6 il müddətinə aksiz vergisindən azad edilib.

Məcəllənin 188.1.8-ci maddəsinə əsasən, mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı da 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad edilib.
Vergi Məcəlləsinin 188.2-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Gömrük Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, sərbəst dövriyyəyə buraxılışından 1 il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər geri qaytarılır. Əgər idxal olunan mallar rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə, bu zaman həmin mallar aksiz vergisindən azad olur. Mallara gömrük rüsumunun ödənilməsi tələb edilirsə, onlardan aksiz vergisi də tutulacaq.

Gömrük Məcəlləsinin 28.4-cü maddəsində göstərilib ki, malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Mənbə: vergiler.az

Məcburi dövlət sosial sığorta haqqından azadolmalar

1 224 225 226 227 228 229 230 2. 682
error: Content is protected !!