2-ci hissə
ƏDV ödəməkdən aşağıdakı fəaliyyət növləri azad olunur:
- Mal və xidmətlərin ixracı
- Qarşılıqlı prinsiplər əsasında rouminqlə bağlı beynəlxalq sazişlərə uyğun olaraq Türkiyə sərhədlərindən kənarda olan türk istehlakçılara göstərilən rouminq xidmətləri
- Rüsumsuz zonalarda fəaliyyət göstərən, sifarişçilərlə bağlanmış müqavilələr əsasında istehsal
- Neft axtarışları ilə bağlı fəaliyyət
- Limanlar və aeroportlarda dəniz və hava nəqliyyatına aid nəqliyyat vasitələrinə göstərilən xidmətlər
- İnvestisiya sertifikatına uyğun olaraq maşın və digər qurğuların tədarükü
- Tranzit daşımaları
- Qarşılıqlı prinsiplər əsasında beynəlxalq sazişlərə uyğun olaraq diplomatik nümayəndəliklər və konsulluqlar üçün tədarük və xidmətlər
- Bankçılıq və sığorta əməliyyatları üzrə vergiyə cəlb olunan bank və sığorta əməliyyatlar
Xüsusi istehlak vergisi
Müxtəlif vergi dərəcələrində xüsusi istehlak vergisi tətbiq olunan dörd əsas məhsul qrupu mövcuddur:
- neft məhsulları, təbii qaz, sürtkü yağları, həlledicilər və onların törəmələri
- avtomobillər və digər nəqliyyat vasitələri – motosikletlər, təyyarələr, vertalyotlar, yaxtalar
- tütün və tütün məhsullar, alkoqollu içkilər
- zinət əşyaları
Hər bir tədarük zamanı vergiyə cəlb edilən ƏDV-dən fərqli olaraq xüsusi istehlak vergisi bir dəfə tutulur.
Bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergi
Bank və sığorta fəaliyyəti ilə sahəsi məşğul olan şirkətlər ƏDV-yə cəlb olunmurlar, onlar bank fəaliyyəti və sığorta əməliyyatları ilə bağlı vergiyə cəlb olunurlar. Bu vergi bankın gəlirindən tutulur, misal üçün ssudaların faizindən. Bu verginin ümumi tarifi 5% təşkil edir. Bəzi əməliyyatlar, məs. banklarda olan əmanətlərin faizləri ilə bağlı əməliyyatlar isə 1% həcmində vergiyə cəlb olunur. 2008-ci ildən başlayaraq, xarici valyuta satışı vergiyə cəlb olunmur.
Dövlət rüsumu
Dövlət rüsumu bir çox sənədlərə, o cümlədən müqavilələrə, ödəniş veksellərinə, sərmayə yatırımlarına, akkreditivlərə, zəmanətli məktublara, maliyyə-hesabat sənədlərinə və ödəniş cədvəllərinə tətbiq olunur. Bu rüsum özlüyündə sənədin qiyməti ilə əlaqəli faizi nəzərdə tutur ki, bu da 0,189-dan 0,948% arasında tərəddüd edir.
Mülkiyyət vergisi
Mülkiyyət vergisinin üç növü mövcuddur:
- daşınmaz əmlaka görə vergi
- avtomobil nəqliyyatı vasitələrinə görə vergi
- miras və vərəsəliyə görə vergi
Türkiyədə yerləşən və mülkiyyətdə olan binalar, yaşayış sahələri və torpaqlar 01%-dən 0,6% tarifi arasında daşınmaz vergiyə cəlb olunur, mədəni irsə aid edilən daşınmaz obyektlərin saxlanılması üçün isə 10% tarifi ilə vergi tətbiq olunur. Nəqliyyat vasitələrinə görə illik fiksasiya olunmuş vergi həmin vasitələrin istehsal tarixi və mühərrikinin həcmindən asılı olaraq müəyyən edilir. Mirasa və vərəsəliyə görə vergi tarifi isə 1%-30% təşkil edir.