Müraciətə nə vaxt baxılmalıdır??? (2-ci hissə)

posted in: Xəbər | 0
müraciətII hissə.
Müraciətlərin növləri və formaları hansılardır?
Qanunvericilik müraciətləri bir neçə növə ayırmışdır. Daha dəqiq desək müraciət anlayışına təklif, ərizəşikayət məzmununda sorğular təşkil edir. Bu növ müraciətlərin məzmunu barədə də ətraflı izah vermək zərurəti əmələ gəlmişdir.
Qanunvericiliyə görə təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətdir. Anlayışdan da məlum olduğu kimi vətəndaş əgər müraciətə baxan subyektlərin hansısa faəliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürsə, bu halda həmin quruma təklif şəklində müraciət ünvanlaya bilər.
Ərizə dedikdə, hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Dəqiq desək, vətəndaşın hüququnun və ya azadlığının həyata keçirilməsini tələb etmək məqsədilə müraciətə baxan subyektə ünvanladığı müraciət ərizə şəklində olmalıdır, yəni vətəndaş müraciətə baxan subyektdən öz hüququnun və ya azadlığını tələb edirsə, bu halda ərizə şəklində müraciət ünvanlamalıdır.
Şikayət dedikdə isə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Ətraflı qaydada demək mümkündür ki, vətəndaş müraciətə baxan subyektə öz hüquq və azadlıqlarının pozulduğunu bildirir və pozulmuş hüquq və azadlıqlarının bərpasını yaxud müdafiəsini tələb edirsə, bu müraciət şikayət hesab edilir.
Qanunvericiliyə görə müraciət yazılı (kağız daşıyıcıda, elektron sənəd qaydasında) və şifahi (telefon, həmin qurumda qəbul) formada ola bilər.
Bununla yanaşı xatırladaq ki, vətəndaşlar həm də iki və daha çox şəxsin birgə iştirakçılığı ilə kollektiv müraciət də edə bilər.
Müraciət hansı qaydada edilməldir ki, mütləq baxılsın?
Xatırladaq ki, heç də vətəndaşın bütün yazdıqlarına baxılmalıdır deyə məcburi bir şərt yoxdur. Qanunvericilik yalnız konkret tələblərə uyğun olan müraciətlərə mütləq baxılmalı olmasını tələb edir.
Vətəndaşın müraciətlərlə bağlı bilməli olduğu başlıca şərt odur ki, onun müraciəti anonim olduğu halda heç vaxt baxılmayacaqdır. Anonim müraciət dedikdə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət başa düşülür.
Müraciətlərdə mütləq qaydada aşağıdakılar qeyd olunmalı və bu şərtlərə cavab verməlidir:
– vətəndaşın soyadı, adı, atasının adı,
– ünvanı, şəxsi və ya elektron imzası
– müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı
– nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti
– müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı
– müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməli, müraciətin mətnində təhqir və böhtana yol verilməməli
– müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı
– təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilməmiş olmalı
– təkrar müraciətdə məsələnin həlli üçün yalnız yeni məlumatlar olmalı
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının 1-ci hissəsi üçün linkə daxil olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş ofisdən nümayəndəliyə olan ödəmələr hansı halda nümayəndəliyin gəliri sayılır?

posted in: Xəbər | 0

NümayəndəlikSual: Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş qeyri-rezidentin daimi nümayəndəliyi Azərbaycan Respublikasında qeyri-rezidenti təmsil edir və daimi nümayəndəliyin hesablaşma hesabına qeyri-rezident tərəfindən ödənilən pul vəsaitləri yalnız Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin xərclərinin (əmək haqqı xərcləri, icarə xərcləri, kommunal xərclər və s.) qarşılanması üçündür və bundan başqa hesablaşma hesabına heç bir pul vəsaitləri daxil olmur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda verilən sualı cavablandırmağınızı xahiş edirik: Qeyri rezident tərəfindən Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin xərclərinin (əmək haqqı xərcləri, icarə xərcləri, kommunal xərclər və s.) qarşılanması üçün ödənilən pul vəsaitləri bilavasitə daimi nümayəndəliyin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi qiymətləndirilirmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Müraciətinizdən göründüyü kimi, nümayəndəlik Azərbaycanda fəaliyyət göstərməklə qeyri-rezidentin maraqlarını təmsil edir, müəyyən xidmətlər göstərir və bununla əlaqədar olaraq ona baş ofis tərəfindən vəsait köçürülür ki, bu da Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti sayılır. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin fəaliyyəti üzrə əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin, əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq konkret halda Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği, Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği və ya Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı meyarlarından biri qəbul edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış şərti üsulla müəyyən edilir.

Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır. Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 14-cü, 83.9-cu, 104.2-ci, 108-ci, 130.1-ci, 155.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu’nda təcrübəsi OLMAYANLARIN da müraciət edə biləcəyi vakansiya

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Veysəloğlu Şirkətlər QrupuVəzifənin adı: Maddi vəsaitlər üzrə Mütəxəssis

İş yeri: Bakı
İş təcrübəsi: İş təcrübəsinin olması üstünlükdür (təcrübəsi olmayan namizədlər müraciət edə bilərlər)
Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar:

– Mühasibatlıq, iqtisadiyyat üzrə anlayışlar üstünlükdür
– Rus dili (orta), İngilis (orta)
– Şəxsi avtomobil tələb edilir

Kompüter Bilikləri:

– MS Excel proqramı bilməli

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifə funksiyaları:

– Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək
– “Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək,
vəsaitlər haqqında məlumatları sistemə daxil etmək”
– “Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul
şəxslərə akt şəklində təhvil vermək”
– Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq
– Təchizatçıların birbaşa filiallara aldığı maddi vəsaitlərə görə təqdim etdiyi sənədlərə əsasən sistemə daxil etmək və bu zaman sənədlərin doğruluğunu və tamlığını yoxlamaq, uyğunsuzluqlar aşkar etdiyi hallarda təchizatçıya düzəlişlər edilməsi üçün geri qaytarmaq
– Yeni icarəyə götürülən məkanları sahibkarla təhvil-təslim etmək
– İnventarizasiya aktında müvafiq qeydlər apardıqdan sonra aktı aparıcı mütəxəssisə təqdim etmək
– Maddi vəsaitlər deposuna getmədən birbaşa mağazalarda quraşdırılan əsas vəsaitlərin təhvil-təslimində iştirak etmək və yerində barkodlaşdırmaq
– Bağlanan mağazaların sistem üzrə stokunun sıfırlanmasını icra etmək, əsas vəsait qalıqlarını müvafiq struktura yönləndirmək
– Ehtiyac olduqda regionlara ezamiyyətə gedərək vəzifə funksiyalarını icra etmək
– Bağlanmış mağazaların sahibkara geri təhvil vermək, kənarlaşmalar olduqda bu barədə aparıcı mütəxəssisə məlumat vermək
– Alış sənədlərini, aylıq anbar qalıqları sənədlərini və illik inventarizasiya nəticələrini mühasibatlıq şöbəsinə təqdim etmək
– Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək
– İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək

Həmçinin bax: Satınalmalar üzrə mühasib tələb olunur

İş qrafiki: 5 günlük
Yaş həddi: 22 – 32
Digər təminatlar:  Avtomobilin yanacaq ödənişi və nahar şirkət tərəfindən qarşılanır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini  /info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Maddi vəsaitlər üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.

Mənbə: jobsearch.az


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Satınalmalar üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Satınalmalar üzrə mühasibSatınalmalar üzrə mühasib tələb olunur


İşəgötürən: Delta Group

Təcrübə müddəti: 1-3 il
Təhsil: Ali təhsil
İxtisas Bilikləri və Bacarıqlar: Mühasibatlıq üzrə baza məlumatlar
Dil Bilikləri: Azərbaycan dili, İngilis dili
Kompyuter Bilikləri: Mc Office

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifə funksiyaları:

– Yolda olan sifarişlərin izlənilməsi
– Verilmiş sifarişlərin düzgünlüyünün yoxlanılması
– İdxalat paketinin proqrama giriş edilməsi (və sənədlərin arxivləşdirilməsi)
– Bütün təminatçıların hesablarının müntəzəm olaraq yoxlanılması və üzləşdirilməsi
– Ticari malların idxalat və alışı ilə bağlı digər əməliyyatlar

Həmçinin bax: Satış üzrə mühasib tələb olunur

Əmək haqqı: 500-700 Net
İş qrafiki: 5 gün
Yaş həddi: 23-35 yaş
İş yeri: Sumqayıt şəh. (Nəqliyyat və nahar şirkət tərəfindən qarşılanır)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini  / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satınalmalar üzrə mühasib” qeyd edilməsi xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.