600 manat maaşla Mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Mühasib köməkçisi axtarılır İşəgötürən: AZStarNet
Vəzifə: Mühasib Köməkçisi
Həmçinin bax: Böyük dördlük audit şirkəti Mühasib axtarır
İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
– Əmək haqqı 500-600

Həmçinin bax: Buta Group Mühasib axtarır
Namizədə tələblər

– Ali təhsil
– Mühasibat və vergi qanunvericiliyi sahəsində nəzəri biliklər
– Ofis proqramları ilə işləyə bilmək
– 1C proqramında iş təcrübəsi
– Məsuliyyətli, diqqətli

Göstərilən tələblərə cavab verən kişi namizədlər öz şəkilli CV-lərini  / elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib köməkçisi” şəklində göstərilməsi xahiş edilir.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

kanadaMaraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Kanadanın vergi sistemindən söz açacağıq.

Ölkənin vergi sistemi özlüyündə dövlətin ərazisində vergi və yığımların səmərəli toplanışını təmin edən məcmu alətlərdən və metodlardan ibarətdir.

Kanada vergi sistemi üç səviyyəyə bölünür: yerli, əyalət və federal. Son iki səviyyə dövlət xəzinəsinə bütün vergi daxilolmalarının 90% təşkil edir. Gəlirdən vergilər isə dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Əyalət səviyyəsində gəlirlər bir neçə hissədən ibarətdir. Bunlar satış, aksiz, icarədən gələn vergilər, lisenziya verilməsi zamanı yığımlar, gəlirlər və kapitaldan tutulan vergilərdən ibarətdir.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Dolayısı vergilər və gəlir vergisi ən mühüm rol oynayır. Ölkədə vergilərin toplanılması ilə dövlət  məşğul olur. Vəsaitlər axınına və onların sonrakı paylaşdırılmasına görə məsuliyyəti də məhz, dövlət daşıyır. Bələdiyyələrin gəlirləri müxtəlif tariflərdən, həmçinin mülkiyyətdən daxil olan vergilərdən ibarətdir.

Kanadada vergi yığımlarına görə agentlik, vergi və yığım nazirliyi məsuliyyət daşıyır. Agentlik bütün Kanada üzrə yığımlarla məşğul olur. Ontario əyaləti ayrıca diqqətə layiqdir, hansı ki, orada gəlirlərdən vergiləri gəlirlər nazirliyi toplayır. Bu əyalətdə aşağıdakı növ vergilər toplanır:

  • Sığorta haqları və digər tutulmalar
  • Royaltilər
  • Yanacağa görə vergilər
  • Torpağa görə vergilər
  • Satışdan vergilər
  • Torpağa görə əyalət vergisi
  • Gəlirdən vergi

Kanadada yerli səviyyədə vergi daxilolmaları  çox sadə hesab olunur. Yerli vergilər iki növə bölünür:

  • Daşınmaz əmlakdan vergilər.
  • Sahibkarlıqdan vergilər.

Federal vergilərdən söz açmalı olsaq, ilk növbədə əyalət vergisilə bir ümumiliyi qeyd etmək olar. Bu, gəlir vergisi, royalti, həmçinin fərdi və korporativ gəlirlərdən tutulan vergilərdir. Bundan başqa, federal səviyyədə ƏDV, aksiz və gömrük rüsumları da var.

Ölkənin vergi sistemi müxtəlif səviyyələrdə vergi bazasından eyni zamanda istifadə olunmasını nəzərdə tutur. Bu həm federasiyaya və həm də əyalətlərə aiddir. Yerli səviyyədə birtipli vergi ödənişi paralel sistemindən istifadə olunmur.

Həmçinin bax: İtaliyada absurd vergilər

KanadaKanada qanunlarında vergilərin təbiətinə və mənbəyinə görə dəqiq bölüşdürülməsi mövcuddur. Dövlətdə vergiyə cəlb olunan gəlirlər əmək haqqına, mülkiyyətdən gəlirlərə, həmçinin kapitalın artımından daxil olan gəlirlərə bölünür. Ölkə qanunlarına görə, müəyyən məbləğlər bu və ya digər gəlirlərə daxil edilə bilər. Həmçinin elə növ gəlirlər də mövcuddur ki, onlar yuxarıda göstərilən heç bir növə aid etmək olmur. Bu növ gəlirlərdən vergi tutulumur. Buna misal kimi, lotoreya uduşunu göstərmək olar.

Kapitala vergilərdən danışsaq, onda qeyd etmək lazımdır ki, kapital artımının  yalnız yarısı vergi ödənişinə cəlb olunur. İşləməklə bağlı gəlirlər özündə yalnız əmək haqqını deyil, həm də ölkə sakinlərindən yerinə yetirdiyi işlə bağlı əldə etdiyi bonusları da özündə ehtiva edir.

Mülkiyyətdən daxil olan gəlirlər də, Kanadada gəlir hesab olunur. Bu sıraya icarə, faizlər və dividendləri daxil etmək olar. Lakin, əgər həmin gəlirlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əldə olunubsa, onda bu sahibkarlıq fəaliyyəti kimi təsnifləşdirilir. Ödəyici öz fəaliyyəti zamanı zərərə düşdüyü hallarda isə, o, bu ödənişi başqa bir vaxta qədər ertələyə bilər. Bu halda zərər gəlirlərdən çıxılır.

Kanada qanunvericiliyinə görə “gəlir”“vergiyə cəlb olunan gəlir” fərqli əhəmiyyət daşıyır. Vergiyə cəlb olunan gəlir, təmiz gəlirə bərabər olur, öz növbəsində, oradan müəyyən məbləğ çıxılan ümumi gəlirlər əsasında hesablanır. Və ödəniş etmək üçün təmiz gəlir bazasından verginin məbləği hesablanır.

Kanadada ən yüksək vergilər hansılardır?

Kandada ən yüksək vergi gəlir vergisidir. Onun məbləği gəlirlərin həcmindən asılıdır. Daşınmaz əmlakdan tutulan vergi, əldə olunan əmlakın dəyərinin 1 faizindən 2 faizinədək təşkil edir. Bu vergi ildə bir dəfə ödənilir. Həmin vergi təkcə mülkiyyət sahibləri tərəfindən deyil, həm də daşınmaz mülkiyyət icarəçiləri tərəfindən də ödənilir.

Həmçinin bax: Ən qeyri-adi 3 vergi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib üzrə vakansiyaİşəgötürən: Kercom MMC
Tələblər: 
  • Ali iqtisadi təhsil (Maliyyə, mühasibatlıq uçotu və ya iqtisadiyyat ixtisası üzrə)
  • 20-35 yaş həddi,
  • İxtisası üzrə ən azı 1 il iş təcrübəsi,
  • Qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar haqqında məlumatlı olmalı
  • Günəş mühasibatlıq proqramında işləmək bacarığına üstünlük veriləcək.
Həmçinin bax: Buta Group Mühasib axtarır
Vəzifə öhdəlikləri:
  • Müəssisənin mühasibat əməliyyatlarını icra etmək,
  • Dövlət büdcəsinə ödənişləri, sosial sığorta ayırmaları, kreditorlara ödənişləri həyata keçirmək,
  • Qaimələri, xərc sənədləri, alış fakturalarını proqrama (Günəş) işləmək,
  • Kreditor və debitorlarla üzləşmələri həyata keçirtmək,
  • Müəssisənin fəaliyyəti ilə bağlı maliyyə hesabatlarını hazırlamaq.
  • Digər cari işlər.
Həmçinin bax: Böyük dördlük audit şirkəti mühasib axtarır

Namizədlər CV-ni / ünvanına mövzu hissəsində “Muhasib” qeyd edərək göndərsinlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Borc pulun müqavilə əsasında verilməsinə dair yeni prosedur müəyyənləşib

posted in: Xəbər | 0

borc pulPul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.

Həmçinin oxu: Ümidsiz borclar barədə bilmədiklərimiz.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bank tərəfindən müəyyən edilmiş xidmət haqqını vəsaiti qəbul edəcək şəxs və ya onun nümayəndəsi ödəməlidir.

Mənbə: apa.az

Həmçinin oxu: Təsisçisi eyni olan şirkətlər bir-birinə faizsiz borc verə bilər?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.