Ən məşhur vergidən yayınanlar

posted in: Məqalə, Vergi, Xəbər | 0

Bütün dünyada vergidən yayınanlarla mübarizə gedir və bu mübarizənin sonu görünmür. Hamı başa düşür: nə qədər ki, vergilər mövcud olacaq, heç nəyə baxmayaraq onları ödəmək istəməyənlər də həmişə olacaq. Bu yazıda sizə vergidən yayınan məşhurlar haqqında məlumat verəcəyik.

 

 

Amerikan aktyor Wesley Snipes, 2008-ci ildə vergi orqanlarına 15 milyon dollar ödəmədiyi üzə çıxdıqdan sonra ittiham olunaraq həbs edilib. O, həmin məbləğin üçdə birini ödəsə də, məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum edib və o, Pensilvaniya ştatındakı Lewis Run islah düşərgəsində cəza çəkib.

 

 

 

Biznesmen və lobbiçi Jack Abramoff vergilərdən yayınma, maliyyə fırıldaqları, müştəriləri aldatma və vəzifəli şəxsləri pulla ələ almaqda ittiham olunub. O, 5 il 10 ay müddətinə həbs cəzasına və 21 milyon cərimə ödəməyə məhkum edilib. Hələ cəza çəkərkən, təkrar ittihamla üzləşib və daha 4 il cəza alıb. Eyni zamanda həmin istintaqla bağlı daha bir nəfər,  ABŞ nümayəndələr palatasında respublikaçılar çoxluğunun lideri Bob Ney də həbsxana barmaqlıqları arxasına düşdü.

 

 

İtaliyanın sabiq baş naziri Silvio Berlusconi məhkəmələrə sanki iş yerinə gedirmiş kimi baş çəkir. Siyasətçinin rəngarəng günahları arasında vergidən yayınma halları da az olmayıb. Belə ki, o, özünün mediaimperiyası olan Mediaset üçün televiziya hüququ əldə edərkən, vergidən yayınıb. Düzdür, oktyabr ayında bu ittihamlar onun üzərindən götürüldü. Lakin, həmin ittihamlar onun oğlu Pier Silvio Berlusconi və Mediaset mediaimperiyasının rəhbəri Fedele Confalonieri və bu iş üzrə daha 9 nəfərə yönəldildi.

 

 

Almaniyanın məşhur biznesmenlərindən biri, hökumət dairələrinə yaxınlığı ilə seçilən Klaus Tsuvvinkel səs-küylü vergi qalmaqalına görə 2 il şərti cəza və 1 milyon avro cərimə ödəmək kimi cəza aldı. İş ondadır ki, Almaniyanın maliyyə orqanları vergidən yayınanlarla bağlı məlumat əldə etmək üçün gizli əməliyyat həyata keçirmişdilər. Onlar Lixtenşteyndəki LGT bankının keçmiş əməkdaşından 5 milyon avroya bu bankın müştərilərinə aid məlumat bazasını satın almışdılar. Düzdür, bu sövdələşmə bəlli olduqdan sonra böyük hay-küy qopdu. Xüsusi xidmət orqanlarını çirkli işlərə bulaşmaqda ittiham etdilər. Amma, bu qalmaqallı hadisədən sonra vergi ödəməkdən yayınan bir çox iş adamları və digər insanlar öz günahlarını yumaq qərarına gəldilər və maliyyə orqanları ilə könüllü olaraq əməkdaşlıq etməyə başladılar.

 

 

Macarıstanda K&H Equities broker şirkətinin əməkdaşı A. Kulçar vergidən yayınmaya görə, 130 min dollarlıq mülkiyyəti müsadirə edilməklə 8 il müddətinə həbsə məhkum olunub.

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə məsuliyyət tədbirləri

posted in: Müqavilələr, Xəbər | 0

İşəgötürənlər tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşağıda qeyd edilən qanunvericiliklərlə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki,

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə hər bir belə işçi üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu qeyddə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

İşəgötürən öz fəaliyyəti ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə, cərimə və sanksiyalara məruz qalmaması üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməli, müəyyən edilmiş qaydada əmək müqavilələrinin rəsmiləşdirilməsini təmin etməlidir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ƏDV bəyannaməsinin 307-ci kodlu sətrində hansı məbləğ əks etdirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Sual: ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ yoxsa alınmış avanslar əks etdirilir?

Cavab: Bildiririk ki, ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında hansı formada daxil olmasından asılı olmayaraq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ və alınmış avanslar əks etdirilməlidir.

Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları” ilə tanış ola bilərsiniz (http://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang=).

Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Baş mühasib üzrə vakansiyaAyan MMC
Vəzifə: Baş mühasib
Namizədə dair tələblər:

– Tələb olunan yaş həddi: 28-45;
– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta;
– Ali təhsil – Mühasibat uçotu sahəsində təhsil mütləqdir;
– Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Mühasibat uçotunun Milli və Beynəlxalq standartları haqqında bilgilərə sahib olmaq;
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
– İFRS, ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
– ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice,1C) üstünlük verilir;
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı.

Həmçinin bax: 500 manat məvaciblə mühasib köməkçisi tələb olunur
Vəzifə öhdəlikləri:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək,aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi
– Əmək haqqı və məzuniyyətlərin hesablanması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Mal-material ehtiyatlarının , əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
– Debitor və kreditorlarla bağlı  hesablaşmaların aparılması və üzləşmə aktlarının tərtib edilməsi
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkili və nəzarətin təmini;
– İstehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarətin təmini
– Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin təmini
– Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Mənfəət/Zərər, Kapitalda dəyişiklik, Pul Vəsaitlərinin Hərəkəti haqqında hesabat).

Əmək haqqı: Yüksəkdir. Razılaşma əsasında
• Şirkət tərəfindən naharla, korporativ nömrə ilə təmin edilmə;
İş qrafiki: 08:00 – 17:00

CV-lərinizi   ünvanına “Baş Mühasib” başlığı ilə göndərə bilərsiniz.

Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: 055 444 23 11/ 012-342-99-36

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.