Avstraliyada yeni vergi islahatı paketi

posted in: Vergi, Xəbər | 0
vergi islahatıAvstraliya yeni vergi islahatı paketinin qəbul edilməsində israrlıdır

Avstraliya hökuməti senat qarşısında iyun ayında vergi islahatları ilə bağlı məsələyə baxılmasını qaldırmışdır. Məqsəd təklifin iyunun 28-də səsə qoyulmasına nail olmaqdır. Maliyyə naziri Matias Kormann jurnalistlərlə söhbətində bildirmişdir ki, hökumət iqtisadi maraqların təmin olunmasına tərəfdardır və islahatlara tamamilə sadiqdir. O, mülahizələrini belə izah etmişdir ki, hökumət iyun ayının sonunda həm irəli sürülmüş ümumi vergi islahatlarına, həm də qarşıdakı seçkilərin tələbindən irəli gələn gəlir vergisi islahatına baxılması niyyətindədir.

Hökumət kiçik biznes üçün aşağı vergi dərəcələrinin tətbiqinə şərait yaradan dövriyyə hüdudunu 2023-2024-cü maliyyə ilinə qədər hər il  artırmaq və 2026-cı ilə qədər bütün müəssisələr üçün maksimal vergi dərəcəsini 25 faizə qədər azaltmaq istəyir. Bu təklifin keçməsi üçün hökumət parlamentdə 30 səsə malikdir, lakin təklifin qəbul edilməsinə 39 səs tələb olunur.

Senatda danışıqlara rəhbərlik edən Matias Kormann bildirmişdir ki, «hökumət bütün senatorlarla işini davam etdirəcək, hökumətə daxil olmayan bütün senatorlar, o cümlədən leyboristlər və yaşıllar partiyalarından olan senatorlar üçün qapılar açıqdır. Dünyanın hər yerində işləyən ailələrin maraqlarını qoruyan ölkələr inanırlar ki, vətəndaşların biznesi əlverişsiz rəqabət şəraitində olmamalıdır. Avstraliya da bunu etməlidir. Biz Avstraliya müəssisələrini özümüz bilə-bilə uyğunsuz vəziyyətə sala bilmərik».

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibləri harada daha çox qiymətləndirirlər?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasibMühasibləri harada daha çox qiymətləndirirlər?


Başqa ölkələrdə mühasiblər necə yaşayır? Ən başlıcası, uçot işi ilə məşğul olan mütəxəssislərin məvacibləri nə qədərdir?

Mühasiblərin ən yüksək aylıq əməkhaqqı aldığı ölkələrin siyahısı:

  • ABŞ – 4687 dollar
  • İsveçrə – 4256 dollar
  • Norveç – 2911 dollar
  • İngiltərə – 2371 dollar
  • Almaniya – 2274 dollar
  • Kanada – 2170 dollar
  • Sinqapur – 2170 dollar
  • Yaponiya – 2083 dollar
  • Avstraliya – 2080 dollar
  • Yeni Zelandiya – 1770 dollar.

Yeri gəlmişkən, yuxarıda siyahıda göstərilən ölkələrdəki əmakhaqları bütün vergi və digər tutulmalardan sonra işçinin bilavasitə özünə çatan puldur. Digər bir məsələni də diqqətdən qaçırmaq olmaz. Belə ki, işinin peşəkarı olan mühasiblərin məvacibi burada göstərilən əməkhaqqından xeyli çoxdur. Məsələn, ABŞ-da elə peşəkar mühasiblər var ki, onların illik qazancı 250 min dollar təşkil edir ki, bunu da aya böləndə 20833 dollar edir. Yəni, hər peşədə olduğu kimi, mühasiblikdə də gərək öz işinin mahir ustası olasan.

Bəs mühasiblərə ən az əməkhaqqı verən ölkə hansıdır? Bu sırada Hindistan birinci yerdə durur. Bu ölkədə mühasiblərin əməkhaqqı cəmi 260 ABŞ dolları təşkil edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qoca mühasibin nağılı

posted in: Məqalə, Xəbər | 0

Qoca mühasibin nağılıQoca mühasibin nağılı


Biri var idi, biri yox idi, bir mühasib var idi. O, sıravi mühasiblikdən baş mühasibliyə kimi bir əmək yol keçmişdi. Hər gün həmin mühasib öz işinə oturduğu yazı stolunun çəkməcəsini açmaqla başlayarmış. Bu adam işə gələn kimi stolun gözünü çəkib içinə baxarmış və sonra da bağlayarmış. Harada işləməsindən asılı olmayaraq, bunu hər yerdə təkrarlayarmış. Nəhayət bir gün həmin mühasib gözlərini əbədi yumur. Onunla birlikdə çalışan əməkdaşları maraq götürərmiş ki, görəsən bu şəxs hər gün çəkməcədə nəyə baxırmış. Mühasib ölən kimi iş yoldaşları qaçıb, onun stolunun çəkməcəsini açırlar və oradan üzərində bu sözlər yazılan kiçik bir yazı parçası tapırlar: “Debet solda, Kredit sağdadır”.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib köməkçisi tələb olunur
Mühasib köməkçisi tələb olunur

İşəgötürən: Minox MMC

Həmçinin bax: Vergi üzrə mühasib tələb olunur.
İş barədə məlumat

– Vergi və digər hesabatların sərbəst hazırlanması
– Əlavə Dəyər Vergisi, Sadələşmiş Verginin hazırlanması və təqdim edilməsi
– ƏDV Depozit hesabı əməliyyatlarının icrası
– Anbar, İdxal, YGB – nəzarəti və işlənilməsi
– Banking sistemində əməliyyatların aparılması
– Bazar ertəsi – Cümə, 10:00-dan 19:00-dək, şənbə qısa iş günü
– Qidalanma şirkət hesabına

Namizədə tələblər

– Müvafiq sahə üzrə ali təhsil
– Azərbaycan, Rus və İngilis dillərini səlis bilməli
– Ofis proqramları platformasında təcrübə mütləqdir
– Bank ödəniş tapşırıqlarının hazırlanması.
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Vergi və Əmək Məcəlləsi üzrə biliklər
– e-gov.az, e-taxes.gov.az, internet bankçılıq və digər portallardan istifadə etmək bacarığı

Həmçinin bax: “Yay Təcrübə Proqramı”

Göstərilən tələblərə cavab verən kişi namizədlər öz şəkilli CV-lərini  elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib köməkçisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.