“Vahid büdcə təsnifatı barədə” Qərarda kiçik dəyişiklik edildi
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 257
Bakı şəhəri, 8 iyun 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli
qərarında dəyişiklik edilməsi haqqında
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 mart tarixli 3837 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 aprel tarixli 128 nömrəli və 30 aprel tarixli 186 nömrəli qərarları) ilə təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı”na Əlavə”nin “273100. “Müavinətlər üzrə ödənişlər” paraqrafında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Mənbə: cabmin.gov.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir.
Mühasibatlığın müasir mənada başlanğıcı iki hesablı mühasibatlığın təşəkkülündən hesablanır. İki hesablı sistemdə qeydlərə həsr olunmuş ilk əsər və Benedetto Kotrulyi tərəfindən 1458-ci ildə əllə yazılmış və yalnız 1573-cü ildə çap edilmiş “Ticarət və müasir tacirlər barədə” kitab hesab olunur. İlk çap nəşri isə Leonardo da Vinçinin dostu, fransiskan rahibi, riyaziyyatçı Luki Paçolinin yazdığı “Arifmetik və həndəsi cəm, nisbətlər və münasibətlər elmi haqqında” 1494-cü ildə Venetsiyada çapdan çıxmış kitabı oldu. Bu kitabın 11-ci traktatı “Hesablar və qeydlər haqda” adlanırdı, orada Luka Paçoli iki hesablı qeydləri nəzəri cəhətdən əsaslandırmış və buna qədər uçotla bağlı mövcud olanları ümumiləşdirmişdi.
Sabah, iyunun 12-də Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.