500 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasibatİşəgötürən: Pera Plastik Qrup MMC

İş barədə məlumat

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Elektron portal proqramı ilə işləmək bacarığının olması
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Bank əməliyyatlarının aparılması
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
  • İş qrafiki: 09:00-dan 18:00-dək
  • İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)

Namizədə tələblər

  • 1C,(mütləqdi) MS Office proqramlarını bilməli
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • Ali iqtisadi təhsil
  • Yaş həddi: 25-45 yaş arası/ Xanım namizəd

Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uygun olmayan CV-ə baxilmayacaq)

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir

posted in: Vergi, Xəbər | 0
KriptovalyutaKriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir.

Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq.

Nazirliyin mövqeyini qurumun Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov açıqlayıb.

“Azərbaycanda kriptovalyuta əməliyyatlarını əsasən fiziki şəxslər həyata keçirir. Hesab edirik ki, bu insanların apardığı əməliyyatlar qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməli, həmin şəxslər vergi orqanlarında uçota durmalıdır, qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər”, – deyə o, qeyd edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci il üçün Azərbaycanda əmək miqrasiya kvotası müəyyən olunub

posted in: Xəbər | 1

Əmək miqrasiya kvotası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti  yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.

Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Abbasova Xəyalə və baş inspektoru Süleymanzadə Lalə  tərəfindən keçirilən iki günlük təlimdə  iştirakçılara Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması  prosedurları haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı  il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir.

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu işəgötürən tərəfindən ödənilir. Bu məbləğ  3 ayadək 350 manat, 6 ayadək – 600 manat, 1 ilədək isə 1000 manat təşkil edir. İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy üçün sorğu göndərilir.

Diqqətə çatdırılıb ki, təqvim ili ərzində əmək miqrasiyası kvotası dolduğu təqdirdə iş icazəsi verilmir. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilir.

Xəyalə Abbasova bildirib ki, 2018-ci təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası – yəni əmək fəaliyyətini həyata keçirmək üçün bir il ərzində Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının son həddi – 7300 nəfər müəyyən olunub.

Bundan başqa vurğulanıb ki, hər il, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 50 minə qədər müraciət daxil olur.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və digər faydalı, işgüzar mövzuların müzakirəsi məqsədilə DMX-nin rəisi cənab Vüsal Hüseynovun rəhbərliyi ilə may ayının 18-də yerli və xarici iş adamları ilə görüş keçiriləcək.

Mənbə: ask.org.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödəmə mənbəyində vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0

Ödəmə mənbəyində vergiİcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu?

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 106.1.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla) mənfəət vergisindən azaddır.

Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (VM, maddə 124.3).

Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 772-İQ nömrəli «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanununun 7-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər yerli büdcənin gəlirlərinə aid  edilir.

Qeyd olunanlara əsasən:

İcarəyə götürülmüş bələdiyyə mülkiyyətində olan torpaqlara görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur və bu torpaqlara görə alınan icarə haqqı bələdiyyə tərəfindən mənfəət vergisinə cəlb edilmir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.