Vergilər Nazirliyində kadr dəyişikliyi

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiVergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazir Mikayıl Cabbarov Nazim Səmədovu aparat rəhbəri təyin edib.

O, indiyə qədər mədəniyyət nazirinin müavini olub və yeni vəzifəsində Nigar Alimovanı əvəz edib. Keçmiş aparat rəhbərinin isə nazirlikdə yeni yaradılmış Sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması (katiblik) Departamentinə rəhbər təyin edildiyi bildirilir.

Xatırladaq ki, N. Alimova 2015-ci fevralın 9-da ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sosial sığorta haqqında Qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

Sosial sığorta“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279, Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 976-VQD nömrəli və 6 mart tarixli 1029-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin ikinci hissəsinin onuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və on birinci abzası ləğv edilsin;

2. 6-cı maddənin birinci hissəsinin doqquzuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və onuncu abzası ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

800 manat məvaciblə HR-Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

HR-Mühasibİşəgötürən: “Partnyor MMC”

Əmək haqqı: 600-800 AZN

İş barədə məlumat:

  • Cəmiyyətimiz “Land Mark” biznes mərkəzdə yerləşir
  • İş rejimi 2 istirahət günü olan 5 günlükdür
  • İş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • İngilis və rus dillərini bilməlidir
  • Kadr işləri üzrə mütəxəssisin əmək funksiyasına daxil olan (əmək müqaviləsi bildirişlərini EİS-nə yükləməyi, tabellərin tərtibatı, bütün xarakterli əmrlərin verilməsi və s.) işləri görməyi bacarmalıdır
  • DSMF-na vahid rüblük hesabatları və işsizlik sığortası hesabatlarını təqdim etməyi bilməlidir
  • Xəstəlik vərəqəsi, analıq məzuniyyəti ilə əlaqədar müavinətlərin ödənilməsi üçün onlayn qaydasında DSMF-yə göndərməyi bacarmalıdır
  • Word və Excel proqramlarını yaxşı bilməlidir
  • Yazılmış invoysları şirkətlərə çatdırmalıdır
  • Ezamiyyətə hazır olmalıdır

Namizəd yalnız CV (şəkillə) əsasında seçilir və onlarla müsahibə aparılır. CV-ni bu elektron ünvana () göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

4 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

Şirkət ləğvi

  • “SHİKUN AND BİNUİ-S.B.İ. İNFRASTRUCTURE LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1001840381) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Demirçi Tower 16-cı mərtəbə ünvanına bildirə bilərlər.
  • “MAMMOET KASPİAN B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1300008311) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2,1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilər.
  • “Polpharma Səhmdar Cəmiyyətinin” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1301844261) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2,1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilər.
  • “MOTT MACDONALD CZ, SPOL. S.R.O ŞİRKƏTİ” nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1303389411) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.