Əmək pensiyası və əmək pensiyasına əlavə necə ödənilir?

posted in: Xəbər | 0

Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir.

Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. İşləyən əmək pensiyaçılarına: Yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək təyin olunmuş əlilliyə görə əmək pensiyası himayədə olanlara verilən əlavə nəzərə alınmadan tam məbləğdə ödənilir; ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci – 20.1.10-cu və 20.1.14-cü – 20.1.19-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci və 20.1.14-cü və 20.1.18-ci maddələrində göstərilən şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

Əmək pensiyaçısının müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə onun əmək pensiyası tam məbləğdə ödənilir. Qocalar və əlillər üçün internat evlərində (pansionatlarda) yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası məhkəmənin fərqli qərarı yoxdursa tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

Mənbə: sspf.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə mayın 16-da baş tutacaq.

İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılan zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat mayın 16-sı saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCo…keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kapital Bankda təcrübə imkanı

posted in: İş elanı, Xəbər | 0

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ünsiyyətcil, çalışqan, iddialı və təcrübə qazanmağa həvəslisiniz?

Kapital Bank potensiallı gənclərə dəstək olmaq məqsədi ilə Telefon mərkəzində TƏCRÜBƏ PROQRAMI elan edir!

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda təhsil alan və gələcək karyerasını bank sektorunda qurmaq istəyən gənclər;
  • Əla səviyyədə Azərbaycan və Rus, yaxşı səviyyədə İngilis dili biliyi önəmlidir.

Necə müraciət etməli?

CV formanızı mövzu bölməsində “Telefon mərkəzi – Təcrübə proqramı” qeyd etməklə  ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi: 25.05.2018

Mənbə: kapitalbank.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssislər

 

  • 2018-ci il üzrə Torpaq vergisinin bəyannaməsini cari ilin may ayının 15-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.
  • 2018-ci ilin 2-ci rübü üzrə əmlak vergisinin cari ödəmələrini cari ilin may ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

 

2018-ci ilin aprel ayına görəvergi ödəyiciləri  tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisinin bəyannaməsini,
  • Mədən vergisinin bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

 

cari ilin may ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin may ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin aprel ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin may ayının 21-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən cari ilin 2-ci rübü üzrə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Xüsusi notariusların 2018-ci ilin aprel ayı üzrə hesabladığı gəlir vergisi cari ilin may ayının 21-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2-ci rüb üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.