Qeyri-sahibkarlıq fəaliyyəti göstərdikdə, nağd qaydada pul çıxarışında bankın 1% sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiSual: VÖEN olan fiziki şəxs VM-nin 99.3.3-cü maddəsində göstərilən fəaliyyətlə məşğuldur, qeyri-sahibkarlıq fəaliyyəti göstərir. VM-nin 218.5.4-cü maddəsinə əsasən gəlir vergisi ödəyicisidir. Obyekt qanunauyğun olaraq icarəyə verilib. İcarəyə götürən VM-nin 124-cü maddəsinə əsasən icarə haqqından 14 faiz vergi tutaraq, qalan məbləği icarəyə verənin bank hesabına ödəyir. Bank VM-nin 220.12-ci maddəsini əsas gətirərək, pul vəsaitinin nağd çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi tutur. Sual. fiziki şəxs gəlir vergisi ödəyicisi olmaqla, qeyri-sahibkarlıq fəaliyyəti göstərirsə, nağd qaydada pul çıxarışında bankın 1 faiz sadələşdirilmiş vergi tutması qanunauyğundurmu?

Cavab: Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əmlakın icarəyə verilməsindən gəlirlər isə Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aiddir.

Bunlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 99.3.3-cü və 220.12-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İstehsalat üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib üzrə vakansiyaİşəgötürən: Avrora

İstehsalat üzrə mühasib

Vəzifə və öhdəliklər:

• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

Namizədə olan tələblər:

• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
• Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• ERP sistemləri üzrə bilik və təcrübələri olmalı, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
• Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq  ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Okean sahilində mühasiblər günü

posted in: muhasibat, Xəbər | 0

Okean sahilində bayram

12 may San-Diyeqoda mühasiblərin bayramıdır.

ABŞ-da mühasiblərin ümummilli bayramı yoxdur, əvəzində ayrı-ayrı regionlarda bu cür bayramlar qeyd olunur. Meksika yaxınlığında, Atlantik okeanı sahilində yerləşən San-Diyeqoda mühasib gününü mayın 12-də qeyd edirlər. Bu bayramın keçirilməsində əsas məqsəd mühasib peşəsinin müasir iqtisadi və maliyyə şəraitində mühüm və olduqca lazımlı bir peşə olaraq təbliğ edilməsidir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Almaniyalı həkimlər Merkeldən «şəkər vergisi»nin tətbiqini xahiş ediblər

posted in: Vergi, Xəbər | 0

Şəkər vergisiİki mindən artıq həkim Almaniyanın Kansleri Angela Merkelə, onun rəhbərlik etdiyi hökumətin nazirlərinə və ölkədəki aparıcı partiya liderlərinə açıq məktub ünvanlamışdır.  Məktubda bütün ölkə ərazisi üzrə şəkərdən izafi istifadənin federal səviyyədə qarşısının alınması üçün mübarizə tədbirlərinin görülməsi xahiş edilmişdir. Buna oxşar olaraq, həkimlər tütün məhsullarından həddindən artıq istifadənin məhdudlaşdırılması üçün kompleks qanunvericilik aktlarının qəbul olunmasını təklif etmişlər. Təklifdə tütün məhsulları ilə yanaşı, şəkər də daxil olmaqla, bir sıra məhsullara (ilk növbədə, şirin içkilərə) vergilərin və aksizlərin tətbiqinin zəruriliyi, eləcə də uşaqlara ünvanlanmış reklamların qadağan olunması qeyd edilmişdir.  Məktub müəllifləri hesab edirlər ki, Almaniyada piylənmənin və diabet xəstəliyinin yayılmasının qarşısını başqa yollarla almaq mümkün deyil.

Hələlik Almaniya hökuməti həkimlərin açıq məktubuna rəsmi cavab verməmişdir. Merkelin mənsub olduğu Xristian-Demokrat İttifaqı Partiyasından olan bəzi hökumət üzvləri  belə hesab edirlər ki, nəyi yemək lazım olduğunu, nəyi yemək lazım olmadığını əhaliyə hökumətin adından çatdırmaq yolverilməzdir, ancaq sağlam qidaları və bütövlükdə sağlam həyat tərzini güclü şəkildə təbliğ etməyə dəyər. Hökumət koalisiyasına daxil olan sosial-demokratlardan bir qrupu isə hesab edir ki, təklif olunan məhdudiyyətlərin, o cümlədən şəkər istehlakının azaldılması məqsədəuyğundur.

Parlamentin sosial-demokratlar fraksiyasının səhiyyə məsələləri üzrə eksperti xanım Zabine Dittmar əminliklə bildirmişdir ki, Almaniyada «şəkər vergisi», necə olur-olsun, qəbul ediləcək, özü də cari çağırış parlament tərəfindən. Başqa sözlə desək, deputat «şəkər vergisinin» qarşıdakı üç il müddətində qəbul olunacağına inanır.

Təşəbbüskar olaraq Uşaq və Yeniyetmə Həkimlərinin Peşəkar Assosiasiyası, Almaniya Diabetoloqlar Cəmiyyəti və Berlində fəaliyyət göstərən, ərzaq məhsulları sahəsində istehlakçıların hüquqlarını müdaifə edən «Foodwatch» qeyri-hökumət təşkilatı çıxış etmişdir. Aprelin əvvəlində «Foodwatch» Berlində hökumətə 100 səhifədən ibarət «Coca-Cola Report» («Koka-Kola haqqında hesabat») adlı sənəd təqdim etmişdi. Həmin sənəddə təsdiqlənirdi ki, dünyanın alkoqolsuz içkilər istehsal edən ən böyük şirkətlərindən biri  öz «məsuliyyətsiz marketinq və lobbi fəaliyyətləri ilə piylənmə və II tip diabet kimi qidalanma ilə bağlı xəstəlik epidemiyalarının böyük hissəsinə cavabdehdir».

«Foodwatch» Avropa İttifaqlı miqyasında «işıqfor» şəklində işarələnmə tətbiq etmək, yəni tərkibində izafi şəkər, piy və duz olan məhsulları qırmızı rənglə işarələmək təklifini irəli sürmüşdür. Bundan əlavə, təşkilat Almaniya ərazisindəki uşaq bağçalarında və məktəblərdə həkimlərin məsləhət gördükləri minimal qida standartlarını qəbul etməyi təklif etmişdir. Almaniya fəalları digər ölkələrdən nümunə götürməyin tərəfdarı kimi çıxış edirlər: artıq aprelin 6-dan Böyük Britaniyada və İrlandiyada 100 ml hesabına tərkibində 5 qramdan artıq şəkər olan qazlı içkilərə görə vergi tutulur.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.