Əldə edilmiş malın ancaq Vergi Hesab Fakturası varsa, xərcə silinə bilərmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Əldə edilmiş malın ancaq vergi hesab-fakturası var. Digər sənədlər mövcud deyil. Malların dəyərini xərcə sala bilərəm?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

“Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının “Əsas” rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

Göründüyü kimi, ƏDV ödəyicisi tərəfindən elektron vergi hesab-fakturasının verilməsi yalnız elektron qaimə-faktura faktura əsasında aparılmalıdır və bu baxımdan sorğunuzda qeyd olunan hal qanunvericiliyin tələblərinə uyğun deyil. Verilməli olan elektron qaimə-faktura isə xərclərin rəsmiləşdirilməsinə əsas verən sənəd kimi qəbul edilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 4.5-ci maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik təsdiq edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasiblərin peşəkarlığını müəyyənləşdirən meyarlar hazırlanır.

Bu, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin edir.

Bundan başqa, qanun layihəsi ilə kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib.

Layihəyə əsasən, Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərdə tutulduğu üçün həmin layihədə Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənəsi ilə bağlı maddələr ləğv edilib.

Qeyd edək ki, qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu

posted in: Audit, Xəbər | 0

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit kafedrasının müəllimlərinin, maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirakı ilə elmi seminar keçirilib.

Seminarda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov “Şəffaflığın təmin olunmasında hesabatlılığın və auditin rolu” mövzusunda məruzə ilə çıxış edib. Professor müasir şəraitdə auditin vəzifələrini daha dolğun və cəmiyyətin maraqlarını təmin edə biləcək bir səviyyədə reallaşdıra bilməsi üçün peşəkarlıq, peşə biliklərinin davamlı yüksəldilməsi, peşə xidmətlərinin lazımi səviyyədə təmin edilməsi, qanunvericiliyə və peşə standartlarına tam riayət olunması kimi bir sıra vacib tələblərə cavab verməli olduğunu bildirib. Vurğulanıb ki, yalnız bu şərtlər daxilində audit özünün təkcə iqtisadi rolunu yox, həm də sosial öhdəliklərini yerinə yetirmək hüququ qazana bilər.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İyun ayında olan qeyri-iş günlərinin sayı

posted in: Xəbər | 0

İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq. İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.