Bakıda keçiriləcək ümumukrayna mühasiblər konqresinin azərbaycanlı mühasiblər üçün iştirak haqqı məlum oldu

posted in: muhasibat, Xəbər | 0

2018-ci il iyun ayının 21-25-də Bakıda Ümumukrayna Mühasibat Konqresi keçiriləcək. Tədbir belə adlanır: “12-ci Ukrayna-Xəzər Mühasibat Konqresi”  / Bakı 21-25 iyun, 2018-ci il.

Tədbirlə bağlı hazırlanan press-relizdə bildirilir ki,  bu konqres artıq on iki ildir ki, davam edir və ilin tədbiri hesab olunur. Mühasiblərin fikir və düşüncələrini hərəkətə gətirən, birləşdirici bir qüvvə kimi ortalığa çıxır.

İştirak haqqı: 500 AZN ( АPFM üzvləri üçün 380 AZN)

Qeydiyyat üçün: АPFM – Azərbaycanda  əlaqələndirici;

Əlaqə: +99412 564 22 37/57, +99450 205 06 99 (Pərvanə Həsənova)

Email: www.apfm.az

 

 Proqram

Əsas mövzu:

“Mühasib biznesdə: peşənin transformasiyası, beynəlxalq təcrübə”.

23/06/18 ŞƏNBƏ
08:00 – 09:00 Səhər yeməyi
10:00 – 10:30 12-ci Ukrayna-Xəzər mühasibat konqresinin açılışı

 

Spikerlər:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

Vadim Mazur, “Biznesin avtomatlaşdırılması birlikləri”

Lyudmila Qaponenko, Vergi, gömrük siyasəti və mühasibat uçotu metodologiyası Departamentinin direktor müavini – Ukrayna maliyyə nazirliyinin mühasibat uçotu metodologiyası idarəsinin rəisi

10:30 – 11:30 1№li Sessiya. Mühasibat uçotu aparılmasının strategiyası və mühasiblərin sertifikatlaşdırılması

Yeni çağırışlara və tələblərə cavab verən mütəxəssislər əldə etmək məqsədilə və müvafiq olaraq mühasibat uçotunu daha keyfiyyətli qura bilən  mühasiblərin sertifikatlaşdırılması zərurəti, bunun nəticəsində vergi orqanları tərəfindən cərimə sanksiyalarının minimuma endirilməsi və kənar auditorlara çəkilən məsrəflərin azaldılması.

Spiker:

Azərbaycan respublikası peşəkar maliyyə menecerləri assosiasiyasının nümayəndələri

11:30 – 12:00 Kofe-breyk
12:00 – 13:00 2 №li sessiya. Kənar audit və onun maliyyə göstəricilərinə təsiri.

Şirkətlərin kənar auditlərin keçirilməsində təcrübəsi və bunun nəticəsində daha əlverişli kreditlər əldə etmək, yeni bazarlara çıxmaq, məlumatın keyfiyyətinin yaxşılaşdırılması, nəzarətin gücləndirilməsi və s.

Spiker:  

“SOCAR” Azərbaycan Respublikası dövlət neft şirkətinin nümayəndələri.

13:00 – 14:00 Nahar
14:00 – 15:00 3 №li sessiya. Maliyyə hesabatlılığının beynəlxalq standartları (MHBS): ilk tətbiq

Spiker:

BDO Azərbaycan auditorlar şirkətinin nümayəndələri

15:00 – 15:30 4№li sessiya. Ukrayna qanunvericiliyində aktual və mühüm olan. Perspektiv qanunvericilik.

 

Spiker:

Lyudmila Qaponenko, Vergi, gömrük siyasəti və mühasibat uçotu metodologiyası Departamentinin direktor müavini – Ukrayna maliyyə nazirliyinin mühasibat uçotu metodologiyası idarəsinin rəisi

15:30 – 16:00 5№li sessiya.  Substance – real iştirak. Ukrayna şirkətləri üçün risklər.

Spiker:

Nikolay Matyuxa, auditor, müxtəlif iqtisadi sahələrdə konsaltinq üzrə ekspert,  BDO, Price Waterhouse kimi beynəlxalq şirkətlərdə işləyib.

16:00 – 18:00 “Sürətli iqtisadi dəyişikliklər şəraitində mühasib-idarəçinin rolu” Dəyirmi masa.

Öyrənin, bu gün sahibkarlar arasında niyə biznesin dəyərini artıra biləcək mühasiblərə böyük tələbat var, hesabat sahibinin hansı praktiki bilik və bacarıqlara ehtiyacı var, hansı qaydaları bilmək lazımdır.

 

Moderator:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

19:00 – 20:00 Şam yeməyi
24/06/18  Bazar günü
08:00 – 09:00 Səhər yeməyi
10:00 – 16:30 Master-klass «İdarəetmə uçotu: biznes-qərarların qəbulu üçün lazım olan məlumatların toplanılması və təhlili bacarığı»

1.       İdarəetmə uçotu məqsədləri üçün hansı klassik idarəetmə hesabatları və formalarından istifadə edilə bilər.

2.       Şirkətlərin sabit və dəyişkən xərclərinin paylanması anlayışı  pozulma nöqtəsini hesablamağ anecə kömək edir.

3.       Nəyə görə mənfəət marjı analizinə ehtiyac var.

4.       Xərcləmə davranış modelini anlayaraq, bundan məhsuldar xərclərin azaldılması məqsədləri üçün necə istifadə etmək.

5.       Alternativ idarəetmə qərarlarının qəbuledilməsi üsulunu bacarıqla necə tətbiq etmək olar.

6.       Biznesin dəyərləndirilməsi nəyə lazımdır və “Hazırda biznesin dəyəri necədir” və “Ertəsi gün bu neçəyə başa gələcək” suallarına necə cavab verməli?

7.       Müxtəlif maliyyə əmsalları nəyə lazımdır və bunun səmərəsi nədir.

8.       Büdcə nədir və onu nə ilə “həzm-rabedən” keçirirlər?

9.       Biznes-plan nəyə lazımdır və onu necə tərtib edirlər?

10.   Niyə və hansı hallarda uçotun avtomatlaşdırılması lazımdır və prinsipcə bu uçotun təşkili məqsədləri üçün hansı məsələləri həll edir.

Proqramın formatı: yalnız təcrübəyə istinad etməklə çərçivəsiz canlı ünsiyyət.

 

Spiker:

Sergey Polişuk, auditor, Juscutum Auditin idarəedici partnyoru

 

11:30 – 12:00 Kofe-breyk
13:00 – 14:00 Nahar
16:30 – 17:00 Ukrayna-Xəzər 12-ci mühasibat konqresinin bağlanışı

 

Spiker:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

19:00 – 20:00 Şam yeməyi

 

 

 

 

 

Əmək haqqına tətbiq edilən vergi yükünün azaldılması təklif edilib

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə əməkhaqqı üzərinə qoyulan fiskal yükün optimal olmasını istəyir.

Bu fikirləri vergilər naziri Mikayıl Cabbarovla sahibkarların görüşündə AmCham prezidenti Nuran Kərimov səsləndirib.

N.Kərimov deyib ki, optimallaşma regionda səriştəli işçi qüvvəsinin cəlb edilməsində rəqabətli mühitə şərait yarada bilər:

“Ümid edirik ki, yaxın zamanlarda bununla bağlı müəyyən dəyişikliyin şahidi olacağıq”.

AmCham prezidenti həmçinin nazirdən vergi yoxlamaları ilə bağlı məsələlərə diqqət yetirilməsini xahiş edib:

“Vergi ödəyicisi ilə Vergilər Nazirliyinin əməkdaşlarının ən çox təmas yarandığı məsələlərdən biri vergi yoxlamalarıdır. Vergi yoxlamalarının tam qanuna uyğun, obyektiv keçirilməsi ən çox gözlənilən məsələdir. Ümid edirik ki, Nazirliyin yeni komandasının prioritet məsələləri sırasında bu məsələ başda duracaq”.

N.Kərimov qeyd edib ki, AmCham üzvləri, əsasən, qanuna əməl edirlər:

“Azərbaycanda hər bir sahibkar öz üzərinə düşənə əməl etməlidir. Biz dövlətdən, Vergilər Nazirliyindən nələrisə gözlədiyimiz kimi, öz payımıza düşən öhdəlikləri də yerinə yetirməliyik. Vergi ödəyən şirkətlər nəzərə alınsın və vergi yoxlamalarının yükü onların da üzərinə düşməsin”.

AmCham rəsmisi həmçinin M.Cabbarovdan vergi ödəyicilərinə bərabər yanaşılmanın tətbiq edilməsini xahiş edib:

“Vacib gözləntilərdən biri odur ki, vergi ödəyicilərinə bərabər gözlə baxılsın. Mikayıl müəllim də öz çıxışında bildirmişdi ki, vergi ödəyicilərinə mənimki, səninki kimi yanaşılmasın. Hamıya bir gözlə baxılsın. Biz mümkün qədər ən yaxın zamanda bu məsələ ilə bağlı dəyişikliklər gözləyirik. Xüsusilə apellyasiya mexanizminin inkişaf etdirilməsini istəyirik ki, vergi ödəyicilərinin şikayətləri obyektiv surətdə və maksimum bürokratiya olmadan həll edilsin”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, № 11, maddə 1817; 2017, № 2, maddə 177, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində “Vergilər Nazirliyinə,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyinə,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergiler Nazirliyi və sahibkarlar birləşərək yeni şura yaradır

posted in: Vergi, Xəbər | 0

3 aprel tarixində Azərbaycan vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması razılığı əldə edilib.

Bu barədə görüşdə iştirak edən iş adamları məlumat verib.

Məlumata görə, bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

Bundan əlavə, nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.

M. Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.

Qeyd edək ki, 3 aprel tarixində Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.