Grow Audit & Consulting Mühasib axtarır

posted in: Audit, İş elanı, muhasibat, Xəbər | 0

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Əmək haqqının hesablanması
– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək
– İstirahət günləri şənbə-bazar

Namizədə tələblər

– Ali təhsili
– Cins – kişi/qadın
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office və muhasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı

Əmək haqqı: 400-600 AZN

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci ildə 27 dövlət qurumu audit üçün müraciət edib

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatasının şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq əlaqələri dövlət sifarişləri formasında 2017-ci ildə də davam etdirilib.

Bu barədə məlumat Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatda öz əksini tapıb.

Belə ki, həmin orqanlardan daxil olmuş 27 müraciət əsasında yoxlamaların aparılmasına sərbəst auditorlar və auditor təşkilatlarının nümayəndələri cəlb olunub, başa çatmış yoxlamaların nəticələrinə dair tərtib olunmuş materialların aidiyyatı orqanlara təqdim edilməsi təmin olunub.

Bu müraciətlər Baş Prokurorluqdan, Dövlət Təhlükəsizliyi Xidmətindən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən, Bakı Apelyasiya Məhkəməsindən, Sumqayıt Apelyasiya Məhkəməsindən, Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra şöbəsindən, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsindən, Şəki Ağır Cinayətlər Məhkəməsindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsindən daxil olub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyində yeni kadr təyinatı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam ilə gömrük xidməti polkovniki  Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ötən il 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə müvafiq olaraq 2017-ci ildə Auditorlar Palatası əsas vəzifəsi olan mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işinin təşkili və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirləri həyata keçirməkdə davam edib.

Bu barədə məlumat  Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, əsasnamədə göstərilən funksiyalar üzrə sərbəst auditorların və auditor təşkilatlarının uçotu aparılıb, yeni icazə almış auditorlar müvafiq reyestrə daxil edilib.

“2017-ci ilin 31 dekabr tarixinə 45 sərbəst auditor və 77 auditor təşkilatı fəaliyyət göstərir. Həmçinin ötən il ərzində 36 sərbəst auditora və 30 auditor təşkilatına, o cümlədən 18 sərbəst auditorun və 10 auditor təşkilatının icazəsinin müddəti başa çatdığından, onlara yenidən icazə verilib. 7 sərbəst auditorun və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb, 2 təşkilatın və 1 auditorun icazəsi ləğv edilib”, – deyə məlumatda vurğulanıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.