Gəlirdən çıxılan xərclər
İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan sosial obyektə görə hesablanan amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilirmi?
Vergi Məcəlləsinin (VM) 108-ci maddəsinə əsasən VM-in X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Azərbaycan qanunvericiliyinə görə, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir (VM, maddə 109.3).
Qeyd olunanlara əsasən:
Müəssisənin balansında olan həmin əmlak gəlirin əldə edilməsində iştirak etmədiyinə görə həmin əmlaka görə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılmır.
Mənbə: vergiler.az
Sual: Şirkət müştəri trafikini və müştərilərin loyallığını artırmaq üçün kampaniya keçirərsə, bu kampaniya çərçivəsində şirkət satdığı bir məhsulu/xidməti müştərilərinə 30% endirimlə sata bilərmi? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir. Məsələn: 20 AZN-lik bir məhsulu 30% endirimlə, yəni 14 AZN-ə sata bilərmi?
Vergilər Nazirliyi elektron qaydada müraciət əsasında artıq ödənilmiş vergiləri qaytaracaq.
“1C Azerbaijan” MMC-nin (VÖEN: 1902049381) Ümumi Yığıncağı 26.04.2018-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar iki ay ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Az1042, Bakı şəhəri Suraxanı rayonu, Əmircan ŞTQ, Atamoğlan Rzayev, ev 5, keçid 1849, mənzil 40 ünvanına bildirə bilərlər.