Mənfəət və gəlir müəssisənin təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin əsas göstəriciləridir. Gəliri yaxud mənfəəti müəyyən etmək üçün gəlirdən çıxılan xərclər haqqında ətraflı məlumata malik olmaq lazımdır. Odur ki, vergi ödəyiciləri tərəfindən təsərrüfat əməliyyatlarının sənədləşdirməsi, onların uçotunun fasiləsiz aparması önəmlidir. Bu həmçinin vergi tutulan gəlirlərə (mənfəətə) də aiddir. Vergi Məcəlləsi vergi məqsədləri üçün fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə ayrıca diqqət ayırır.
Gəlirdən çıxılan xərclər, onların tərkibi Məcəllənin X fəsli ilə tənzimlənir. Həmin fəslin maddələri gəlir və mənfəət vergisinin məqsədləri üçün istifadə edilir. Bu bölmədə sizi fiziki şəxslərin gəlir, hüquqi şəxslərin mənfəət vergisinə aid maddələrin tərkibi və tətbiq qaydaları ilə tanış edəcəyik. Bu maddələr həm gəlir, həm də mənfəət vergisi üçün eyni qaydada tətbiq edilə bilər.
İstehsal və satışla bağlı gəlirdən çıxılan xərclər hansılardır?
Gəlirdən çıxılan satışdankənar xərclər hansılardır?
Gəlirdən çıxılmayan xərclər hansılardır?
Gəlirdən çıxılan xərclər üzrə vergi uçotu
Borc faizləri üzrə gəlirdən çıxılan xərclərdə məhdudlaşdırmalar
Gəlirdən çıxılan ümidsiz borclar hansılardır?
Xüsusi ehtiyat fonduna ayırmaların gəlirdən çıxılması
Ehtiyat sığorta fondlarına ayırmaların gəlirdən çıxılması necədir?
Elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması
Amortizasiya olunan aktivlər üzrə gəlirdən çıxılan məbləğlər
Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması
Sığorta haqlarının gəlirdən çıxılması
Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması
Təmir xərclərinin gəlirdən çıxılması
Əmlakın təqdim edilməsindən zərər və zərərin keçirilməsi