Vergilər Nazirliyinin Tədris Mərkəzinə yeni rəis təyin olunub

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Fərhad Əmirbəyov təyin edilib.

Qeyd edək ki, Fərhad Əmirbəyov UNEC-in Tədqiqat Fondunun, Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri olub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0
Aprelin 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.  Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxildir. Birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.
“Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, 5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Birinci oxunuşdan sonra deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 7-ci, 21-ci və 25-ci maddələrə düzəlişlər edilib.
Sonra çıxış edən komitə üzvləri Jalə Əliyeva, Musa Quliyev, Rauf Əliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olundu.
İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik də müzakirəyə çıxarıldı. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik müsbət qarşılandı  və Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.
Mənbə: meclis.gov.az

Əcnəbilərin yaşamaq icazəsinin və iş icazəsinin verilməsi üçün ərizə-anket nümunələrində dəyişikliklər edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 176
Bakı şəhəri, 27 aprel 2018-ci il
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti olma müddətinin
uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin,
ocümlədən iş icazəsinin verilməsi (və ya müddətinin
uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 195; 2015, № 10, maddə 1222; 2016, № 8, maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket” üzrə:

1.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılsın;

 1.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğu- nuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi

(Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration)

bəli / yes  xeyr /no

13-1.1. nə vaxt

(when)

13-1.2. səbəbi

(reason)

13-1.3.       hansı       orqan tərəfindən

(name of authority)

  1. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” üzrə:

2.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğu- nuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi

(Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration)

bəli  / yes     xeyr / no

13-1.1. nə vaxt

(when)

13-1.2. səbəbi

(reason)

13-1.3.    hansı    orqan tərəfindən

(name of authority)

  1. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” üzrə:

3.1. 13-cü hissədən “və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri çıxarılsın;

3.2. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:

13-1. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi

bəli     xeyr

13-1.1. nə vaxt 13-1.2. səbəbi 13-1.3.    hansı     orqan tərəfindən

Azərbaycan Respublikasının

Baş naziri                                   Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotu sahəsində təhsil alan tələbələr üçün ödənişsiz təcrübə proqramı

posted in: Audit, Maliyyə, muhasibat, Xəbər | 0

Ali təhsil müəssisələrinin maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələrin nəzərinə!

Maliyyə Elm-Tədris Mərkəz, ali təhsil müəssisələrinin maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələrini praktiki təcrübəyə dəvət edir.

Kimlər müraciət edə bilər:

1. Ali təhsil müəssisələrinin maliyyə və mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələr;

2. Azərbaycan Respublikasının vətəndaşları.

Tələblər:

1. Qeyd olunan ixtisaslar üzrə 3 nəfər dostunuzu qrupumuza əlavə etmək; (Maliyyə-Elm Tədris Mərkəzi)

2. 01 iyun 2018-ci il tarixinə qədər özü haqqında məlumatları və tələbə biletinin foto surətini tedrismaliyye@ gmail.com ünvanına göndərmək.

Praktiki təcrübə ödənişsizdir və cəmi 5 nəfər seçiləcəkdir.

Mənbə: tedris-maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.