Vergi cinayəti törədən 3 nəfər həbs edildi

posted in: Vergi, Xəbər | 0

Son zamanlar ölkəmizin paytaxtında və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış malların (əsasən, tütün məmulatları və spirtli içkilər) satışı hallarının artdığı müşahidə edilməkdədir. Bununla əlaqədar, Vergilər Nazirliyi tərəfindən aparılan müşahidələr zamanı belə məhsulların satışının həyata keçirildiyi əsas obyektlərin dislokasiyası müəyyən edilib.

Məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.

Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O.Məmmədov, Ç.Rəfiyev və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunmalıdır ki, eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.

Alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışı ilə məşğul olma hallarının kütləvililiyi onların mütəşəkkil xarakter daşıdığına və həmin sahədə geniş bir cinayətkar şəbəkənin fəaliyyət göstərdiyinə dəlalət edir. Aksiz markası olmadan, həmçinin aksiz markalarının saxtalaşdırılması yolu ilə istehlak bazarına çıxarılan məhsullar vətəndaşların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, qanuni fəaliyyət göstərən digər vergi ödəyicilərinə münasibətdə haqsız rəqabətə səbəb olur. Cinayət şəbəkəsində birləşmiş belə “işbazlar” qeyri-qanuni məhsulların istehsalı, həmçinin qiymətli kağız hesab edilən aksiz markalarının saxtalaşdırılması ilə məşğul olur, dövlətin və cəmiyyətin mənafelərinə ciddi zərər vururlar.

Vergilər Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışı həyata keçirən şəxslərə də şamil edilir. Qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyəti daşıyır və onlara qarşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə azadlıqdan məhrumetmə kimi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Vergilər Nazirliyi aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların) satışı faktlarının aşkar olunması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirəcək və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcəkdir.

Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də onların istehlakının məhdudlaşdırılması ilə yanaşı, sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir.

Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır.

Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

POS-terminalın online qeydiyyatı (yalnız bank ekvayerləri üçün)

posted in: Xəbər | 0

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– NK-nın 04.10.2012-ci il tarixli 219 nömrəli  Qərarı ilə təsdiq edilmiş “AR ərazisində POS- terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “POS-terminalın onlayn qeydiyyatı“ elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer:

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi.

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – POS-terminalın qeydiyyat nömrəsi barədə məlumat

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Səda Şirkətlər Qrupu Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Tələblər:

– Cinsi: xanım və yaxud bəy;
– Yaş: 30 – 55 yaş;
– Ali təhsil (riyazi və iqtisadi sahədə ali təhsilli olması önəmlidir);
– Azərbaycan dilini sərbəst bilməli (seçim zamanı xarici dil biliyi olanlara üstünlük verilir);
– Seçim zamanı mühasib kimi istehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
– MS/office, 1C, Outlook, (word,excel və loqo) proqramlarını bilməsi vacibdir;
– Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı;
– Mühasib kimi 3-5 il bu sahədə təcrübənin olması vacibdir;
– Kollektivə uyğunlaşmalı və şirkətin iş rejimlərinə ciddi riayət etməli;
– Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
– Vergi və Əmək Məcəlləsini bilməli.

Vəzifələr:

– Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;
– Debitor və kreditor hesablaşmalar;
– Əmək haqqı hesablanması.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– İş yeri super marketlər şəbəkəsindədir;
– İş rejimi 10.00-19.00-a kimidir;
– İstirahət günləri bayram və bazar günləridir.

Qrafik: Tam iş günü

Təhsil: Ali

Telefon: (012) 511-73-27,
(055) 940-33-66,
(050) 963-73-27,
(070) 604-73-23.

Mənbə: rabota.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək məzuniyyəti barədə bilmədiklərimiz

posted in: Xəbər | 0
Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.
Əmək məzuniyyətinin az bilinənlərini təqdim edirik.
1) Məzuniyyətin başa çatdığı vaxt əmək müqaviləsinin xitam tarixi ola bilər.
Əmək Məcəlləsinin 69.6-cı maddəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.
Bu isə o deməkdir ki, işçi yazılı ərizə ilə işəgötürənə müraciət edərək həm iş ilinə görə istifadə etmədiyi əmək məzuniyyətini götürə, həm də məzuniyyətin qurtardığı günün onunla bağlanmış müqavilənin xitam günü kimi olmasını qeyd edə bilər. Buna baxmayaraq işəgötürən tərəfindən işçinin məzuniyyətdə olduğu vaxt əmək müqaviləsinə xitam verilə bilməz.
2) İşçinin əsas iş yerində məzuniyyətlərdən istifadə etmək hüququ olduğu halda, əlavə iş yerində də eyni hüquq keçərlidir mi?
Bu suala Əmək Məcəlləsinin 110-cu maddəsi ətraflı cavab verir. Belə ki, 110.2-ci maddəyə görə əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3) Uşaqlı qadınların bonuslu məzuniyyət hüququ. 
Belə ki, Məcəllənin 117.1-ci maddəsinə görə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Onu da xatırladaq ki, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də bu hüquq verilir.
Bu mövzu ilə bağlı əlavə araşdırmaları növbəti yazıda izləyə bilərsiniz.