Belarusiyada vergi məsləhətçiləri fəaliyyətə başlayır

posted in: Vergi, Xəbər | 0

Aprelin 9-10-da Belarus Respublikasında ixtisaslaşmış vergi məsləhətçisi şəhadətnaməsi almaq iddiasında olan fiziki şəxslərin ilk imtahanı keçirilmişdir. İxtisas imtahanından uğurla keçən 7 fiziki şəxs vergi məsləhətçisi şəhadətnaməsi almışdır və onların siyahısı ilə Vergilər və Yığımlar Nazirliyinin saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, Belarusda «Vergi məsləhətçiliyi haqqında» Qanun keçən ilin sonundan qüvvəyə minmişdir. Hökumətin mövqeyinə görə, qanunun tətbiqi biznesin təsadüfi səhvlərdən və vergi qanunvericilyinin pozulmasından qorunmasına xidmət edəcək, eləcə də vergitutma sahəsində korrupsiya risklərini azaldacaq.

Ölkə rəhbərliyinin vədinə görə, Belarusda vergi məsləhətçiləri institutunun qabaqcıl Qərb təcrübəsi əsasında yaradılması nəzərdə tutulur.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ölkədə bloqerlərdən vergi tutulur

posted in: Vergi, Xəbər | 0

Onlayn biznesin, eləcə də sosial şəbəkələrin vergiyə cəlb edilməsi ilə bağlı dünyada münasibətlər hələ tam formalaşmamışdır və bu sahədə axtarışlar davam edir. Atılan bəzi addımlar isə təəccüb doğurur – Tanzaniyada olduğu kimi. İndi bu ölkədə öz onlayn bloqunu yaratmaq istəyənlər büdcəyə 900 dollar məbləğində lisenziya yığımı ödəməlidirlər. Yeni qüvvəyə minmiş qanuna əsasən, bloq yaratmaq məqsədilə ərizə vermək üçün 44, ilkin lisenziya üçün 442, illik yığım kimi isə 442 ABŞ dolları məbləğində vəsait ödənilməlidir.

Onu da qeyd etməyə dəyər ki, adambaşına düşən gəlirin 900 dollar olduğu, əhalisinin hər beş nəfərindən birinin yoxsulluq həddində yaşadığı bir ölkə üçün bu, təbii ki, böyük məbləğdir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1000 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Imperial Ceramic centre

İş barədə məlumat

  • Hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını bilməli
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Gündəlik və aylıq hesabatların hazırlanması
  • İş qrafiki: həftə içi 6 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Yalnız xanımlar
  • Namizədin kollektivlə işləmək bacarığı və nizam-intizam qaydalarına hörmətlə yanaşmaq
  • Ticari mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
  • Müdriyyətin tapşırdığı işləri vaxtında yerinə yetirmək

Əmək haqqı: 700-1000 AZN

Şəkilsiz CV-lərə baxılmır.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi yoxlamalarında yenilik – Elektron xidmətlər sistemi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi keyfiyyətli və geniş spektrli elektron xidmətlər sistemi tətbiq etməklə sahibkarlarla vergi orqanları arasında canlı təmasları minimuma endirəcək.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Elektron audit şöbəsinin rəhbəri Eldəniz Rəhimovun sözlərinə görə, vergi nəzarəti sisteminin əsas hissəsi hesab olunan vergi yoxlamalarının aparılmasında ən səmərəli mexanizm elektron auditin (e-audit) tətbiqidir. E-audit ən yaxşı nəzarət vasitəsi kimi vergiödəyicisinin elektron formatda saxlanılan maliyyə məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradır, vergi orqanı əməkdaşının vergiödəyicisinin işinə müdaxilə etməsini aradan qaldırmaqla vergi nəzarətinin aparılmasında şəffaflığı təmin edir.

Qeyd olunub ki, bu, həm vergi orqanları, həm də vergiödəyiciləri üçün vaxt sərfiyyatını dəfələrlə azaldır. E-audit sayəsində vergi orqanları vergidən yayınan vergi ödəyicilərini vaxtında aşkarlaya və müvafiq tədbirlər görə bilir, nəticədə vergi intizamı güclənir, könüllü əməletmə dərəcəsinin yüksəlməsi və vergi inzibatçılığının cari xərclərinin azalması hesabına büdcə daxilolmalarında artım baş verir. Təhlillərin nəticələrinə görə, e-auditin tətbiq edildiyi təsərrüfat subyektlərində könüllü əməletmə səviyyəsi 90 faizdən yüksəkdir.

Bundan başqa, 2018-ci ildə sahibkarların yoxlama və nəzarət tədbirləri ilə üzləşməməsi üçün onlarla təşviqedici işlər aparılacaq.

Sahibkarlar yoxlamalarla bağlı nazirliyin internet resursları, Çağrı Mərkəzi və digər kanallarla məlumatlandırılacaq. Vergilər Nazirliyinin internet saytındakı “Vergi yoxlamaları: əsaslar və prosedurlar” səhifəsində vergi orqanları tərəfindən aparılan yoxlamaların reqlamenti, eləcə də hüquqi əsasları barədə dolğun məlumatlar yerləşdirilib, həmin resursların isə daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Sahibkarlar həmin məlumat kanalları vasitəsilə öz təsərrüfat subyektlərində aparılan yoxlamaların predmeti, nəticələri haqqında lazımi informasiyalar əldə etmək imkanı qazanırlar. Bütün bu tədbirlərin əsas məqsədi şəffaflığı təmin etməkdir.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.