Yerli investisiyalı kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması
Xidmətin adı: Yerli investisiyalı kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması.
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”
- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”
- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti
- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”
- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti
- qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə
- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar
- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))
- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)
- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti
- hüquqi ünvanını təsdiq edən sənəd
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)
- məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)
- nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi
- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)
- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
- AR VM-nin 33-34-cü maddələri
- Mülki Məcəllənin 43-113-cü maddələri
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun
- “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri
- “AR-nın Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14 dekabr 2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi
- Vergilər nazirinin 06.02.2012-ci il tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”
- Vergilər nazirinin 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli, 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), ASAN xidmət mərkəzləri
Müraciəti emal edən struktur vahidi
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)
İcra müddəti
sənədlər daxil olduğu gündən sonra 2 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər
- Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə
- nizamnamənin bir nüsxəsi
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarış
Elektronlaşdırma səviyyəsi
Yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla MMC-lər üçün tam elektronlaşıb.
Mənbə: taxes.gov.az
Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:
Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra cari ödəmələri 15 gündən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Əgər Həmkarlar İttifaqı Təşkilatının nəzdində fərdi əmək mübahisələrinə baxan Komissiya yaradılıbsa, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində bu mübahisəyə baxan komissiyaya müraciət edə bilər.