Yerli investisiyalı kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması

posted in: Xəbər | 0
birbank biznes

Xidmətin adı: Yerli investisiyalı kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması.

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

  • notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”
  • “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”
  • təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti
  • “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”
  • təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti
  • qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə
  • qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar
  • “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))
  • “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)
  • qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti
  • hüquqi ünvanını təsdiq edən sənəd
  • dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)
  • məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)
  • nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi
  • ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
  • etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)
  • bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

  • AR VM-nin 33-34-cü maddələri
  • Mülki Məcəllənin 43-113-cü maddələri
  • “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun
  • “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri
  • “AR-nın Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14 dekabr 2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi
  • Vergilər nazirinin 06.02.2012-ci il tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”
  • Vergilər nazirinin 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli, 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri  (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), ASAN xidmət mərkəzləri

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti

sənədlər daxil olduğu gündən sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

  • Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə
  • nizamnamənin bir nüsxəsi
  • Kommersiya qurumunun dövlət reyestrindən çıxarış

Elektronlaşdırma səviyyəsi

Yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla MMC-lər üçün tam elektronlaşıb.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email