Sərgidə nümayiş olunmaq üçün gətirilən mallara gömrük vergi və rüsumu ödənilirmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Şirkətimiz Azərbaycana sərgidə nümayiş olunmaq üçün mal gətirmək istəyir. Bunun üçün gomrük vergi və rüsumu ödəməliyikmi?

Cavab: Hüquqi şəxslər tərəfindən sərgilərdə, yarmarkalarda, beynəlxalq simpoziumlarda və bu kimi digər tədbirlərdə (istehsal və ya malın satışı nəzərdə tutulmuş kommersiya fəaliyyəti üçün təşkil olunan sərgilər istisna olmaqla) yalnız nümayiş etdirilməsi üçün Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilən mallara müvəqqəti idxal müddəti gömrük orqanları tərəfindən bir ilədək müəyyən olunduqda və həmin müddət başa çatdıqdan sonra malların geri aparılacağı barədə öhdəlik gömrük orqanına təqdim olunduqda, gömrük rüsumları və vergiləri tətbiq olunmur.

Mənbə: customs.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Özbəkistanda fərdi sahibkarların fəaliyyət sahələri məhdudlaşdırılır

posted in: Xəbər | 0

Hazırda ölkədə fərdi sahibkarların məşğul ola biləcəkləri fəaliyyət növlərinin siyahısı 80 müxtəlif istiqaməti əhatə edir. 2020-ci ilə qədər olan dövrü əhatə edən vergi islahatı konsepsiyasının təhlili zamanı maliyyə nazirinin müavini Vyaçeslav Pak bu barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, sənəd fərdi sahibkarlar üçün icazə verilən bir çox fəaliyyət növlərinə tənqidi yanaşılmasını təklif edir: fərdi sahibkarların əksəriyyətinə həm də muzdlu işçi götürməyə icazə verilir.

Bundan əlavə, sadələşdirilmiş vergi sisteminin ləğv edilməsi planlaşdırılır. Müstəqil vergilər kimi vahid torpaq vergisi və hüquqi şəxs yaratmadan fiziki şəxslər tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləri üzrə sabit vergi saxlanılacaq.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ukrayna korporativ qanunvericilikdə dəyişiklik edəcək

posted in: Vergi, Xəbər | 0

Ukrayna hökuməti korporativ vergidə islahat aparılması və vergi yükünün şirkətin mənfəəti üzərinə keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan əvvəl – martın 12-də dövlət başçısı Pyotr Poroşenko ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərin təmsilçiləri ilə görüş zamanı bu təklifləri  vergitutma sahəsində «yeni fəlsəfə» adlandırmışdı. Prezidentin mövqeyinə görə, belə bir addımın atılması kiçik biznes üçün vergi rejimini sadələşdirə və investisiya qoyuluşlarının daha yüksək temp qazanmasını təşviq edə bilər. «Biz bu qanun layihəsi ilə kiçik və orta biznesi müdafiə edirik, bu isə mühasibat uçotunun əsaslı şəkildə sadələşdirilməsi deməkdir: dövriyyədən çıxarılan məbləğə görə vergi veriləcək, qalan məbləğ isə biznesə sərmayə qoyulmasına yönəldiləcək», – Prezident demişdir.

Prezident Poroşenko qeyd etmişdir ki, islahatlar mərhələli şəkildə aparılmalıdır, ona görə də iri şirkətlərdən əvvəl kiçik firmalara tətbiq edilməlidir. «Bu sxemi birinci mərhələdə xarici investorlar ilə bir araya gələ bilmək üçün kiçik və orta biznesə tətbiq etməliyik, – Prezident vurğulamışdır. – Bu cür vergi islahatı bir çox ölkələrdə, o cümlədən Gürcüstanda və Estoniyada özünü doğrultmuşdur».

Avropa Biznes Assosiasiyasının tövsiyəsinə əsasən,  dəyişikliklər şirkətlərin vergi yükünü azaltmalı, digər tədbirlərin görülməsi ilə kompensasiya edilməməlidir. Ən azından ilkin mərhələdə iri şirkətlərə yeni vergi sistemindən istifadə edib-etməmək üçün seçim imkanı verilməlidir.

Assosisasiya sistemin sınaq qaydasında, başqa sözlə, pilot layihə formasında tətbiq edilməsi ideyasını dəstəkləmişdir. Qeyd edilmişdir ki, yeni sistemin nə dərəcədə uğurla həyata keçirildiyini, eləcə də vergi qanunvericiliyinə könüllü əməletmə normalarına necə təsir etdiyini hökumətin təhlil etməsi mühümdür.

Assosiasiya bəyan etmişdir ki, vergi sisteminin islahatına yönəldilmiş səylər işçi qüvvəsindən tutulan vergilərin azaldılması ilə uyğunlaşdırılmalıdır. Assosiasiyanın bəyanatında qeyd edilmişdir ki, işçi qüvvəsindən tutulan vergi yükünün yüngülləşdirilməsi könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə və kölgə iqtisadiyyatının əhatə dairəsini daraltmağa imkan yaradacaq.

«Biz dövlət başçısının iqtisadi artımın daha yüksək templərlə baş verməsi üçün göstərdiyi səylərə tərəfdarıq. Ümid edirik ki, bu hədəflərə nail olmaq üçün tarazlaşdırılmış  vergi sistemi mühüm faktor olacaq», – Assosiasiyanın bəyanatında bildirilmişdir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Pullar haqqında bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Pul müxtəlif insanlarda fərqli emosiyalar doğurur. Kimi də sevinc, kimidə qürur və rahatlıq, kimidə paxıllıq, bəzilərində  isə xəyal qırıqlığı. Müxtəlif dövrlərdə pul vahidi kimi fərqli əşyalardan istifadə olunub ki, onlar bu ya digər tarixi dövrlərdə insanlar üçün dəyər kəsb edib. Fishki.net nəşri pullarla bağlı qeyri-adi və inanılmaz məlumatlar toplayıb. Bu silsilədən növbəti yazını sizin  diqqətinizə çatdırırıq.

“Moneta”

“Moneta” sözü bizlərə Qədim Romadan gəlib çatıb. Roma ilahəsi Yunona Moneta titulunu daşıyırdı ki, bu da latıncadan tərcümədə “qoruyucu” və ya “məsləhətçi” mənasını verir. Metal pulların zərbi ilə məşğul olan zərbxana, məhz, həmin ilahənin məbədi yaxınlığında yerləşirdi. Bundan sonra həmin emalatxanaların məhsullarını moneta adlandırmağa başladılar, ingilis dilində isə bu söz money adlanırdı.

Pul əvəzinə dəmir çubuqlar

Baxmayaraq ki, qədim Yunanıstanda “normal” pullar mövcud idi, Spartada bilərəkdən pul əvəzinə ağır və parktiki olmayan dəmir çubuqlardan istifadə olunurdu. Bunu o məqsədlə etmişdilər ki, spartalılar var-dövlətə can atmasınlar, oğurluq və rüşvətdən imtina etsinlər.

Ən ağır çəkili pul

Perta (Avstraliya) pul sarayının buraxdığı qızıl sikkə bu gün dünyada ən ağır pul hesab olunur. Onun çəkisi düz bir tondur. Həmin qızıl sikkə 999 əyarlı qızıldan hazırlanıb, diametri 80 sm, qalınlığı isə 12 sm təşkil edir. Nəhəngin nominal dəyəri – 1 milyon dollar təşkil edir, lakin mütəxəssislər hesablamışlar ki, o, qızıl külçələr halına salınsa, həmin sikkə təqribən 55 milyon dollara satıla bilər.

İsaak Nyuton və pul

İsaak Nyutonun adı əksəriyyətimiz üçün əfsanəvi almanın onun başına düşməsi və ümumdünya cazibə qanununun kəşfi ilə yadda qalıb. Lakin bəşəriyyət dahi alimə təkcə buna görə minnətdar olmamalıdır. Yəqin çox az adam xəbərdardır ki, Böyük Britaniya krallığının pul sarayına rəhbərlik etdiyi dönəmdə metal sikkələrin dairəsi boyunca cızıqların yaradılmasını, məhz, o təklif edib. Bu üsul həmin pulların saxtalaşdırılmasının qarşısını alıb. Yeri gəlmişkən, o dövrdə sikkələr əsasən qiymətli metallardan hazırlanırdı.

Kağız pullar

Kağız əskinaslar, bu cür adlandırılmasına baxmayaraq, onlar heç də kağızda çap edilmir. Həmin pullar xüsusi olaraq aşınmaya davamlı olan pambıq və kətandan ibarət materialdan hazırlanır. Bundan əlavə, hazırda bir çox ölkələrdə əskinasların davamlılığını bir qədər də artıran, daha möhkəm materiallar üzərində eksperimentlər aparılır. Məsələn,  Avstraliya, Çin, Braziliya, Şimali İrlandiya, Rumıniya və bir sıra başqa ölkələrdə artıq pulları xüsusi nazik plastikdən hazırlamağa başlayıblar.

 

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.