İstehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişinin təyini necə həyata keçirilir?
Sual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi hansı qaydada həyata keçirilir.
Cavab: Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq aşağıdakı müddətlərdə ödənilməlidir:
- aylıq sığorta ödənişləri – sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;
- birdəfəlik sığorta ödənişi – sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;
- əlavə sığorta ödənişi – TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.
Sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafiq sığortaçı öhdəlik daşıyır.
Mənbə: nhmt-az.org
Sual: Vergi Məcəlləsinin 207.1.3-ci maddəsinə əsasən istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar torpaq vergisindən azaddır. Göstərilən maddəyə əsasən izahat verməyinizi sizdən xahiş edirəm.
Heç bir şişirtməyə yol vermədən demək olar ki, Yaponiya çox unikal bir ölkədir. Bu ölkədə nanotexnologiyalar qədim ənənələrlə olduqca heyrətamiz bir şəkildə bir-birilə uyuşur, hətta bəzi qədim ənənələr qanunlarla paralel şəkildə fəaliyyət göstərir. İndi isə bu haqda ətraflı məlumat verək:
Bəyannamələrin verilməsi ilə bağlı son tarix ərəfəsində ABŞ Vergi Xidməti vergi ödəyicilərinə kriptovalyuta əməliyyatları nəticəsində əldə etdikləri gəlirlər barədə məlumat verməyin zəruriliyini xatırlatmışdır.