Vergilər Nazirliyi: Bəzi sahibkarlar POS-terminal işlətməkdən imtina edir

posted in: Xəbər | 0

“Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var”.

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir: “Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əsas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilik baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır”.

Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib: “Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə, yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik və getməyəcəyik”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi işə qəbulla bağlı xüsusi strategiya qəbul edib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi 2017-2019-cu illərdə işə qəbulla bağlı xüsusi strategiya qəbul edib.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, nazirlik innovativ fikirli əməkdaşlara ehtiyac duyur.

Bundan başqa, nazir müavini deyib ki, indiyə qədər Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 1 356 nəfərdən çox şəxs işə qəbul olunub ki, onlar da nazirlik əməkdaşlarının yarısından çoxunu təşkil edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycan və Qırğızıstanın audit qurumları arasında əməkdaşlıq sazişi imzalana bilər

posted in: Audit, Xəbər | 0

Azərbaycan Qırğızıstana audit qurumları arasında əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədi ilə ikitərəfli əməkdaşlıq üzrə sazişin imzalanmasını təklif edib.

Belə bir təkliflə Qırğızıstanda və Rusiyada səfərdə olan Azərbaycanın Hesablama Palatasının nümayəndə heyəti çıxış edib.

Qırğızıstana səfərin məqsədi ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də iki qurum arasında müvafiq sahələr üzrə bilik və təcrübə mübadiləsinin gələcək istiqamətlərini müəyyən etməkdən ibarət olub.

Nümayəndə heyətinin səfərinin növbəti hissəsi Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatası tərəfindən keçirilmiş büdcə prosesi, metodologiya və ictimaiyyətlə əlaqələr və informasiya mövzusunda keçirilmiş seminarda iştirakla bağlı olub.

Seminarın sonunda Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında gələcək əməkdaşlıq əlaqələri gücləndirilməsi və inkişafı məsələləri ətraflı şəkildə müzakirə edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə və ya mühasibat üzrə karyera qurmaq istəyənlər üçün ÖDƏNİŞSİZ seminar!

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Headstart International maliyyə və mühasibatlıq sahəsində təhsil alan, çalışan və ya karyerasını məhz bu iki istiqamətdə qurmaq istəyən şəxslər üçün növbəti ödənişsiz seminarını təqdim edir.

Maliyyə sahəsində uğurlu karyeranın bünövrəsi hesab olunan ACCA seminarında iştirak etmək üçün aşağıdakı keçidə daxil olub qeydiyyatdan keçin:
https://bit.ly/2pIEh2D

🔸Maliyyə və mühasibatlıq sahəsində uğurlu karyera üçün önəmli olanlar nədir?

🔸ACCA beynəlxalq sertifikatını almaq karyeranız üçün sizə necə kömək edəcək?

🔸ACCA beynəlxalq imtahanına necə hazırlaşmaq və yüksək nəticə toplamaq olar?

🔸Əmək bazarında rəqiblərdən necə fərqlənməli?

Yuxarıdakı və iştirakçıları maraqlandıran digər məsələləri əhatə edəcək interaktiv ödənişsiz seminar Headstart International təlim mərkəzinin peşəkar təlimçisi Emin Əfəndiyev ( CFA level I, ACCA member candidate) tərəfindən aparılacaq.

Tarix: 12 Aprel 2018

Saat: 19:00

E-mail: zahid@headstart-international.com

Mob: +994 55 333 77 13

Ünvan: Headstart International, World Business Center (7-ci mərtəbə), Heydər Əliyev Sarayının yaxınlığında

Mənbə: Free Workshop on ACCA

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.