Akkreditivlərlə hesablaşma barədə

posted in: bank, Xəbər | 0

Akkreditivə əsasən, ödənişçinin bankda açılmış cari hesabından müəyyən məbləğdə pul benefisiar (alıcı bank) banka köçürülür. Amma, bu məbləğ alıcının ödəniş hesabına köçürülmür.

Akkreditivdə pulun benefisiarın hesablaşma hesabına köçürülə biləcəyi şərtlər göstərilir. Məsələn, alıcı öz bankına pulun malların ödəyicisi tərəfindən və ya göstərilən xidmətlərlə bağlı alındığını təsdiqləyən və ödəyici ilə bağlı hər hansı bir iddianın qalmaması ilə əlaqədar dəqiq bir faktura və ya təslim sənədini təqdim etməlidir.

Akkreditivin istifadə müddəti olur. Əgər, həmin istifadə müddəti ərzində akkreditivin fəaliyyət şərtləri yerinə yetirilməyibsə, onda alıcı bank həmin məbləği ödəyici banka qaytarır və ödəyici bank da həmin məbləği ödəyicinin bankdakı cari hesabına geri qaytarır.

Akkreditivlər üzrə qismən ödənişə də icazə verilir. Akkredetivlər geri qaytarıla biləngeri qaytarıla bilməyən ola bilər. Geri qaytarıla bilən akkreditivi ödəyici heç bir səbəb göstərmədən onun müddəti bitənə kimi istənilən vaxt ərzində geri qaytara bilər. Geri qaytarıla bilməyən akkredetivi isə ödəyici yalnız onun müddəti bitdikdən sonra geri ala bilər.

Ödəniş şərtlərinə əsasən akkredetivlər akseptli (pul sənədinin ödənməsinə razılıq haqqında qeyd) və ya akseptsiz ola bilər. Akseptlərlə ödəniş şərtləri bunları nəzərdə tutur: pulun benefisiarın hesablaşma hesabına köçürülməsi üçün, akkreditiv şərtlərinin yerinə yetirilməsinə əlavə olaraq, ödəyicinin və ya ödəyicinin səlahiyyətli şəxsinin aksepti tələb olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İl ərzində daxil olan və eyni zamanda silinən əsas vəsaitə əmlak vergisi hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 1

Sual: Hüquqi şəxs 2017-ci ildə yaradılmışdır. 2017-ci ilin 1 iyul tarixində balansa əsas vəsait qəbul etmişdir (dəyəri 150.000 manat). Lakin 30 sentyabrda digər şirkətə satılmışdır. 2017-ci il dövr üçün əmlak vergisi hesablanmalıdır?

Cavab: Bildiririk ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanan zaman müəssisənin əmlakının hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, hesabat ilində əldə olunan əsas vəsaitin dəyəri istər hesabat ilinin əvvəlinə, istərsə də sonuna daxil olmadığından həmin məbləğə əmlak verigisi də hesablanmır.

Bax: Vergi Məcəlləsinin 114.6-cı və 202-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 40%-ə yaxın artıb

posted in: Xəbər | 0

2017-ci ildə Azərbaycanda qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı artıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat ili ərzində qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 148990 (11860 hüquqi şəxs, 137130 fiziki şəxs) olmaqla, 2016-cı ildə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayına (145874 ümumi, 7923 hüquqi şəxs, 137951 fiziki şəxs) nisbətən 2,1% çox olub.

Hesabatda qeyd olub ki, 2017-ci il ərzində Azərbaycanda 972 xarici investisiyalı şirkət qeydiyyata alınıb. Əvvəlki illə müqayisədə qeydiyyata alınmış xarici investisiyalı şirkətlərin sayında (697) 275 və ya 39,5% artım olub.

Dövr ərzində qeydiyyatdan keçmiş 31782 təsərrüfat subyektinin (obyektinin) sayı 2016-cı ildə qeydiyyatdan keçmiş 32741 təsərrüfat subyektinin sayına nisbətən 959 və ya 2,9% azalıb.

2017-ci il ərzində qeydiyyatdan keçmiş Pos-terminalların sayı (6803) 2016-ci ildə qeydiyyatdan keçmiş Pos-terminalların sayına (9184) nisbətən 25,9% az olub.

Vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin tətbiqi nəticəsində 2017-ci il ərzində 255,2 mln. manat vəsait dövlət büdcəsinə elektron qaydada ödənilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergidən yayınma faktı üzrə 614 cinayət işi

posted in: Vergi, Xəbər | 0

2017-ci ildə Azərbaycanda ümumilikdə 5878 vergi ödəyicisinə, o cümlədən 4351 hüquqi şəxsdə və 1527 fiziki şəxsdə səyyar vergi yoxlaması həyata keçirilib.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, səyyar vergi yoxlamaları zamanı 5778 vergi ödəyicisində və ya səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,3%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib: “Səyyar vergi yoxlamaları nəticəsində ümumilikdə 864 milyon 910,95 min manat əlavə vəsait hesablanıb ki, bunun da 555 milyon 412,97 min manatını və ya 64,2 faizini əlavə hesablanmış vergi, 309 milyon 497,98 min manatını və ya 35,8 faizini isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlərlə birlikdə) təşkil edib”.

Vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ilə vergidən yayınma halı ehtimal edilən 18352 sayda operativ vergi nəzarəti tədbiri və 2783 sayda xronometraj metodu ilə müşahidənin təyin edilməsi üzrə risklər təsdiq edilib: “Həmin risklər üzrə operativ vergi nəzarəti tədbirləri nəticəsində 14942 akt tərtib edilib ki, onlardan 12965 sayda akt üzrə qanun pozuntusu aşkar edilib, 10377 sayda məsuliyyət qərarı çıxarılmaqla vergi ödəyicilərinə 21 milyon 793,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub”.

Sənəddə bildirilib ki, hesabat dövründə vergi ödəməkdən yayınma faktları üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə 493, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma faktları üzrə 192-ci və 213-cü maddələri ilə 2, qanunsuz sahibkarlıq faktları üzrə 192-ci maddəsi ilə 1, saxta aksiz markalarının dövriyyəsi faktı üzrə 205-1-ci maddəsi ilə 7, aksiz markaları ilə markalanmalı olan məsulları (malları), belə marka olmadan satma, satış məqsədi ilə saxlama, idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı faktları üzrə 213-1-ci maddəsi ilə 19, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları), belə məhsulların (malların) nağd qaydada alğı-satqısı və məhkəmənin aktını icra etməmə faktları üzrə 213-1-ci və 306-cı maddələri ilə 1, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları üzrə 162-1-ci maddəsi ilə 91, cəmi 614 sayda cinayət işi bağlanıb.

Hesabatda qeyd olub ki, vergi borcunun, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının təmin etmək məqsədi ilə Vergi Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq 150 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib. 2017-ci il və əvvəlki hesabat dövrləri üzrə verilmiş iddia ərizələrdən 45 məhkəmə qətnaməsi daxil olub ki, bunlardan da 44-ü məhkəmələr tərəfindən təmin edilib.

Sənəddə qeyd olunub ki, Nazirliyin Apelyasiya Şurasının icraatında 2017-ci il ərzində ümumilikdə 55 şikayət olub ki, bunlardan 9-u səyyar vergi yoxlamaları, 22-si kameral vergi yoxlamaları, 13-ü operativ vergi nəzarəti tədbirləri, 11-i isə digər məsələlər (artıq ödənilmiş vergilərin qaytarılması, bank hesablarına qoyulmuş sərəncamların qanunsuz hesab edilməsi və s.) ilə bağlı olub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.