İl ərzində daxil olan və eyni zamanda silinən əsas vəsaitə əmlak vergisi hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Sual: Hüquqi şəxs 2017-ci ildə yaradılmışdır. 2017-ci ilin 1 iyul tarixində balansa əsas vəsait qəbul etmişdir (dəyəri 150.000 manat). Lakin 30 sentyabrda digər şirkətə satılmışdır. 2017-ci il dövr üçün əmlak vergisi hesablanmalıdır?

Cavab: Bildiririk ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanan zaman müəssisənin əmlakının hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, hesabat ilində əldə olunan əsas vəsaitin dəyəri istər hesabat ilinin əvvəlinə, istərsə də sonuna daxil olmadığından həmin məbləğə əmlak verigisi də hesablanmır.

Bax: Vergi Məcəlləsinin 114.6-cı və 202-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. İlqar
    |

    Salam!
    Bu sualın cavabı Vergi məcəlləsinin 202.0.2 və 202.0.3 maddələrinə əsasən tənzimlənir və əmlak vergisinə cəlb edilir