Aİ yüksək texnologiyalı şirkətlərdən yeni vergi tutmaq niyyətindədir

posted in: Vergi, Xəbər | 0

Avropa İttifaqında yüksək texnologiyalı şirkətlər üçün 1%-dən 5%-ə qədər yeni verginin tətbiqi planlaşdırılır. “Reuters” agentliyinin yaydığı məlumata əsasən, bu vergi bütün dünya üzrə illik dövriyyəsi 579 milyon avrodan artıq olan, Avropada isə minimum 10 milyon təşkil edən korporasiyalar üçün nəzərdə tutulmuşdur.

Hazırda sənədin əhatə dairəsinə “Google”, “Amazon”, “Airbnb” və “Uber” kimi sərhədlər üzərindən fəaliyyət göstərən şirkətlər düşür. Bununla belə, yeni vergi öhdəliyi striminq xidmətləri göstərən şirkətlərə (“Netflix”), eləcə də online oyunlar, “bulud” texnologiyaları və ya informasiya texnologiyası hazırlayan müəssisələrə aid edilməyəcək.

Verginin hesablanması şirkətin ofisinin faktiki yerləşmə məkanında deyil, istifadəçilərin əsas seqmentinin harada yerləşməsindən asılı olacaq. Başqa sözlə desək, vergi reklamın harada göstərilməsinə, eləcə də reklam kontentinin tədarükçülərinin harada yerləşməsinə uyğun olaraq tutulacaq.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ƏDV bəyannaməsi: E-Qaimə yoxsa E-VHF tarixini əsas götürməli?

posted in: Vergi, Xəbər | 0

Sual: Təmsil etdiyim tikinti təşkilatı aprel ayı üçün təsdiq olunmuş aktlara əsasən görülmüş işlərə, göstərilmiş xidmətlərə görə elektron qaiməni 30 aprel 2017-ci il tarixinə təqdim etmişdir. Lakin elektron vergi hesab faktura 3 may 2017-ci il tarixinə təqdim edilmişdir. Belə olan təqdirdə təmsil etdiyim tikinti təşkilatı görülmüş işlərə, göstərilmiş xidmətlərə görə dövriyyəni hansı ay üçün nəzərə almalıdır? (aprel yoxsa may)

Cavab: Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Odur ki, aprel ayında tərəfinizdən görülmüş işlərin, göstərilmiş xidmətlərin dəyəri işlərin (xidmətlərin) təhvil verildiyi gündən 30 gün keçdikdən sonra ödənildikdə işlərin (xidmətlərin) təhvil verildiyi tarixdən (30.04.2017-ci ildən) 5 gün müddətində verilən elektron vergi hesab-fakturanın tarixi (03.05.2017-ci il) ƏDV vergi tutulan əməliyyatın vaxtı hesab olunur.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 166-cı və 176.3-cü maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rəqəmlərin müəmmalı sirləri

posted in: Məqalə, Xəbər | 0

Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. Numerologiya nisbətən son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən biridir. Müəyyən mənada ədədlərin öz dili var, ibtidai qəbilələr bu dili başa düşür və ədədlərin dilində bir-biri ilə əlaqə saxlayırdılar. Qədim əlifbalarda (məsələn, qədim yəhudi əlifbasında) hərflərin də ədədi mənası vardı.

Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1-9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi “Okkult fəlsəfəsi” əsərində həmin rəqəmləri və onların mənasını verdi.

Xatırladaq ki, elm dünyasında Aqrippanı “rəqəmlərin atası” adlandırırlar. Keçək rəqəmlərin sirrinə:

1 – məqsədin rəqəmidir, əlifbanın ilk hərfi olan “A” ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.

2 – gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir, müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır.

3 – dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. İstedad və şən əhval-ruhiyyəni ifadə edir, uyğunlaşmaq rəmzidir.

4 – sabitlik və möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla – kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunub.

5 – son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır.

6 – inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. İdeal rəqəmdir, həm tək, həm də tək rəqəmlərə bölünərək sanki onları birləşdirir.

7 – sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi musiqi qamması deməkdir. O, məqsədi (1) və harmoniyanı (6) birləşdirərək, onu həqiqi psixoloji rəqəmə çevirən öz simmetriyasını yaradır.

8 – maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə bərabər hissələrə ayrılır (4-4). Yenə bölsən, yenə bərabər hissələrə ayrılacaq (2-2-2-2), bu isə dördqat tarazlıq deməkdir.

9 – elementar rəqəmlərin ən böyüyü, uğur rəmzidir. Tam inkişaf etdikdə bütöv bir qrupun cizgilərini birləşdirərək nəzarət faktoruna çevrilir. Doqquz rəqəmi, 3 x 3-ün hasili kimi, dəyişkənliyi irəliyə doğru hərəkətə çevirir.

 

Dinlər rəqəmlər haqqında nə deyir?

İncildə yazılır: “O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb, sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan ruhları görsün deyə, şeytanın rəqəmi yazıldı – 666”.

İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki Allahın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.
Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan…

İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir. İslam inanclarına görə, günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə, ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə, qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.

Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar. Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar. Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.

 

Pifaqor deyir ki, 1 ilahi gücü, 6 soyuğu ifadə edir

Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor “1” rəqəmini İlahi güc kimi qəbul edir, “10” rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 – rəngin, 6 – soyuğun, 7 – sağlığın, 8 – sevginin rəqəmidir.

 

 

 

İngilislər 13-ü o qədər sevmir ki…

Bu arada vacib detal kimi xatırladaq ki, 11 sentyabr terrorundan sonra dünyada 11 rəqəmi ilə bağlı da araşdırma aparılıb və onu heç də xoş olmayan rəqəmlər sırasına qatıblar. Məlum olub ki, bu rəqəmdə həqiqətən də bir çox gizli məqamlar kəsişib. Terror aktlarının törədildiyi gün – 11 sentyabr. Həmin gün ilin 254-cü günüdür, cəmi 11 (Numerologiya qaydalarına əsasən 254=2+5+4=11). “Əgər bu cür arifmetik hərəkəti ayın tarixində də etsək (9-cu ayın 11-i), onda cəm yenə də 11 olar: yəni, 9+11=9+2=11. Onu da qeyd edək ki, sentyabrın 11-dən ilin sonuna kimi 111 gün qalır. Daha sonra hind maqları aviareyslərin nömrələrini öyrəniblər. Dünya ticarət mərkəzinin birinci binasıyla toqquşan təyyarə reysinin nömrəsi 11 idi. Həmin təyyarədə 92 sərnişin olub: 92=9+2=11. İkinci təyyarədə isə 65 nəfər olub: 65=6+5 – yenə 11 rəqəmi alınır”.

Bəzi inanclara görə 13 ölüm rəqəmidir. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərəninin təyyarələrində 13 saylı kreslo olmur. Amma alimlər bu qorxunu xürafat sayır və deyilənlərə inanmır.

Mənbə: milli.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

8 mart münasibəti ilə xanımlar üçün reallaşdırılan ödənişsiz təlim layihəsinin iştirakçılarının nəzərinə!

posted in: Xəbər | 0

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və muhasibat.az tərəfindən 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımlar üçün reallaşdırılan ödənişsiz təlim layihəsinin qalibləri 10 mart 2018-ci il tarixində saat 13.00-da random.org saytı vasitəsilə namizədlərin iştirakı ilə seçiləcəkdir. Tədbir Maliyyə Elm – Tədris Mərkəzinin inzibati binasında keçiriləcəkdir. Namizədlərin hər biri kitab hədiyyəsi və təlimlərə 20 faizlik endirim əldə edəcəklər.

  • Sunay Sole
  • Sürəyya Xəlilova
  • Farida Mammadova
  • Aysel Mammadova
  • Ayşən Mikayılova
  • Tunzala İmanova Asadova
  • Gülşən S-li
  • Leyla Ahmet
  • Aytac Abbaszadə
  • Mida Hacıyeva
  • Lale Amiraslanova
  • Maryam Askerova
  • Гюнель  Бабаева
  • Masma Abbasova
  • Fidan Eyvazzadə
  • Aygun Huseynova
  • Lamiye Abdullazade
  • Gunel Arifli
  • Şəhanə Hacıyeva
  • Samire Qarayeva

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.