Qadın mühasib 194.000 manat pulu necə mənimsədi???

posted in: muhasibat, Xəbər | 0

Primorskiy diyarında mühasib dələduzluq yolu ilə 6,5 milyon rublu (194.000 manat) mənimsəyib.

Primorskiy diyarı üzrə Rusiya DİN-nin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kənd təsərrüfatı müəssisəsinin mühasibi tərəfindən pulların mənimsənilməsi faktını aşkar ediblər.

Sözügedən cinayət hadisəsi ilə bağlı PRİMPRESS agentliyi məlumat yayıb.

“2015-ci ilin yanvar ayından, 2017-ci ilin oktyabr ayına kimi qadın mühasib öz xidməti vəzifəsindən sui-istifadə edərək məhsulların realizəsi ilə bağlı tərtib olunan mal fakturalarını saxtalaşdırmaq yolu ilə külli miqdarda pul oğurlamağa nail olub”.

Hesabatlarda mühasib müxtəlif məbləğlər göstərib. Belə ki, birinci növ kimi satılan xiyar məhsulunu sənədlərdə üçüncü növ kimi göstərib və bu zaman yaranan fərqi öz cibinə qoyub. Bu minvalla qadın müəssisəyə 6,5 milyon rubl məbləğində maddi ziyan vurub.

Axtarış Rusiya milli qvardiyasının dəstəyi ilə həyata keçirilib. Axtarış zamanı elektron daşıyıcılar və mühasibatlıq sənədləri müsadirə edilib.

Sözügedən fakt üzrə müvafiq maddə ilə cinayət işi qaldırılıb ki, həmin maddənin sanksiyasında on ilədək həbs müddəti nəzərdə tutulub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

8 martla bağlı mükafat və bayram təbriki

posted in: Xəbər | 0

Çöldə artıq bahardır və küçədə əlində çiçəklər tutmuş, gülümsəyən qadınlarla rastlaşırıq, axı bu gün 8 Mart Beynəlxalq qadınlar günüdür, onu bayram edirik. 8 Martla bağlı kollektivin gözəl yarısını təkcə güllərlə sevindirməzlər ki… Yəqin siz başa düşdünüz, maddi həvəsləndirmədən – bu bayramla bağlı pul mükafatından söhbət gedir. Bu günkü yazıda biz dövlət bayramları zamanı kimlərin mükafatlandırıla biləcəyi ilə bağlı ümumi qaydalara diqqət yetirəcəyik.

Öz işçilərinin mükafatlandırılması məsələsini həll edərkən, büdcə müəssisələrinin rəhbərliyi mükafatların verilməsi zamanı onların smetada, kollektiv müqavilədə, mükafatlandırma ilə bağlı qaydalarda nəzərdə tutulub-tutulmaması ilə maraqlanmalıdırlar.

Qaydalarla bağlı sənədə xüsusi diqqət yetirilməlidir, çünki ayrı-ayrı kateqoriyadan olan işçilərə mükafatların verilməsi ilə bağlı imkanlar və incəliklər, məhz, həmin sənəddə öz əksini tapıb. İndi isə biz bu qaydalardan “mükafat” normaları ilə bağlı formulları nümunə gətirəcəyik.

Beləliklə, dövlət bayramları ilə bağlı mükafat verilməsi kollektiv müqavilədə və ya mükafatlandırma ilə bağlı Qaydalarda hökmən öz əksini tapmalıdır. Bundan ötrü vəsaitlər isə smetada öz əksini tapmalıdır.  Lakin, hətta bu şərtlərə əməl etmək belə heç də həmişə mükafat verilməsindən ötrü yetərli sayılmır. Bəzi hallarda qanunvericilik bu cür mükafatların verilməsini məhdudlaşdırır. Və o səbəbdən bayramlarla bağlı mükafatlar da qadağa altına düşə bilər.

Amma, bütün hallarda zərif cinsin nümayəndələrini 8 Mart bayramında sevindirməyə dəyər. Onlara çiçək və şirniyyat ərmağan etmək olar ki, bundan ötrü elə də böyük məsrəflər lazım gəlmir. Deməli, burada əsas məsələ diqqətdir.

Əziz qadınlar, 8 Mart bayramınız mübarək!

Sizlərə möhkəm can sağlığı, bahar kimi gənclik təravəti, sevgi və harmoniya arzu edirik! Qoy həmişə sizin zərif qəlbiniz bahar kimi təravət saçsın, ailənizdə daim əmin-amanlıq və rahatlıq olsun.

Və qoy həmişə möhkəm cinsin nümayəndələrindən olan əzizləriniz və yaxınlarınız təkcə bu gün yox, ilboyu sizlərin qayğısına qalsınlar.

Sizlərə gözəl əhvali-ruhiyyə arzu edirik!

Mühasib qadınlara və mühasibatda çalışan qadın əməkdaşlara:

Saydınız, hesabladınız – Əlbəttə, yoruldunuz.

Diqqəti yayındırıb -Təbriki də oxudunuz.

Qoy bu gözəl qadınlar bayramında – Mart ayı Sizə ərmağan etsin

Özü ilə birlikdə hazır hesabat gətirsin – Əhvalınız il boyu yüksəldikcə yüksəlsin!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi bölgələrdə görüşlərə start verdi

posted in: Vergi, Xəbər | 0

Vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, ilə bağlı Qubada tədbir keçirilib.

Vergilər Nazirinin müşaviri İlham Əmirəliyev bildirib ki, görüşdə məqsəd ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşdırılması, eləcə də vergi sahəsində aparılan islahatlar barədə vergi ödəyicilərini məlumatlandırmaq, bu sahədə sahibkarların qarşılaşdıqları problem və çətinliklərlə yerində tanış olaraq onları həll etməkdir. Tədbirdə sahibkarların müraciət və təklifləri dinlənilib, onların sualları cavablandırılıb. Qeyd edək ki, mart ayının 5-dən 9-dək Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: news.atv.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımlar üçün daha bir ödənişsiz təlim layihəsi!

posted in: muhasibat, Xəbər | 0

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və muhasibat.az 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımlar üçün daha bir ödənişsiz təlim layihəsini reallaşdırır.

Layihə haqqında ətraflı məlumat:

Namizədlərdən müsabiqə əsasında 3 nəfər seçilərək:

  • “Maliyyə uçotu” üzrə 1 nəfər
  • “Əmək qanunvericiliyi və kadr işinin təşkili” üzrə 1 nəfər
  • “Kommersiya təşkilatlarında mühasibat uçotunun təşkili” üzrə 1 nəfər

ödənişsiz olaraq təlim keçmək imkanı əldə edəcəklər.

Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

Müsabiqə şərtləri:

  • Səhifənipostu bəyənmək;
  • Mühasibat uçotunu öyrənmək istəyən dostunuzu posta tag etmək;
  • Postu paylaşmaq.

Əlaqə vasitələri:

Telefon: +994124048159;

E-mail:

Web: www.tedris-maliyye.gov.az

Namizədlər random.org saytından təsadüfi yolla seçiləcək.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.