İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi ilə bağlı fərmanda kiçik dəyişiklik edildi
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 806-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025,1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1837, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1780 nömrəli, 20 fevral tarixli 1834 və 1837 nömrəli fərmanları) 5.70-ci bəndinə “lombardlara” sözündən sonra “, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il.
Mənbə: president.az
Sual: Xahiş edirəm ki, müddətin axımı ilə bağlı aşağıdakı suallara öz münasibətinizi bildirəsiniz. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 68.2-ci maddəsində bildirilmişdir ki, müddətin axımının son günü qeyri-iş gününə təsadüf etdikdə növbəti ilk iş günü müddətin son günü hesab edilir. O cümlədən, Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmənin 30 gündən sonra olacağı təqdirdə E-VHF-nın Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq mal təqdim edildikdən (iş görüldükdən, xidmət göstərildikdən) sonra 5 gün ərzində göndərilibsə əməliyyatın vaxtı E-VHF-nın vaxtı hesab edildiyi qeyd edilmişdir. Lakin 5-ci günün qeyri-iş gününə təsadüf etməsinə görə E-VHF növbəti ilk iş günü, yəni malın təqdim edilməsindən sonrakı 6-cı gün təqdim edilməsini Məcəllənin 68.2-ci maddəsinə əsasllanaraq məhz E-VHF-nın qanunla göstərilmiş müddət daxilində göndərildiyi hesab edilirmi? Misal: 26.11.2017-ci il tarixində e-qaimə təqdim edilmişdir. 31.11.2017 tarixində (5-ci gündə) e-qaimə sistem tərəfindən təsdiqlənmişdir və bu səbəbdəndə e-qaimənin (yəni malın təqdim edilməsinin) tarixi 26.11.2017 olmuşdur. 31.11.2017-ci il tarixi qeyri-iş günü olduğundan malı təqdim edən şəxs növbəti iş günündə, 01.12.2017 tarixində, yəni e-qaimədən (malın təqdim edilməsindən) 6 gün sonra E-VHF-nı alıcıya təqdim etmişdir. Alıcı tərəfindən isə malın dəyəri malın təqdim edilməsindən 30 gün keçməsinə baxmayaraq ödənilməmişdir. Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsaslanaraq vergi tutulan əməliyyatın dövrü dekabr ayıdırmı, yoxsa noyabr ayıdırmı? O cümlədən ikinci sualım ondan ibarətdir ki, Məcəllənin 166.1-ci maddəsində ödəmənin malın təqdim edilməsindən sonra 30 gündən sonra olacağı təqdirdə əməliyyatın vaxtının malın təqdim edilməsinin və ya E-VHF-nın göndəriləcəyi vaxt ola biləcəyi bildirilir. Sualım ondan ibarətdir ki, ödəmənin 30-cu günü qeyri-iş gününə təsadüf etdikdə və alıcı tərəfindən növbəti ilk iş günü ödəmə həyata keçirildikdə Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsaslanaraq ödəmənin məhz göstərilən müddətin son günü həyata keçirildiyi kimi qəbul oluna və ödəmənin gününün əməliyyatın günü olduğu qəbul edilməlidirmi? Misal: 31.03.2017 mal təqdim edilmiş (e-qaimə göndərilmiş) və 5-ci gündə, 05.04.2017 E-VHF təqdim edilmişdir. Malın təqdim edilməsindən sonrakı 30-cu gün, yəni 30.04.2017-ci il tarixi qeyri-iş günüdür və ödəmə növbəti ilk iş günü, 01.05.2017-də həyata keçirilmişdir. Zəhmət olmasa göstərilən bu halda əməliyyatın gününün hansı gün olduğunu bildirə və izah edəsiniz.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunaraq II oxunuşda təsdiqlənib.