Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 445,752 mln. manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% çoxdur.
Son ildə gömrük rüsumları üzrə daxilolmalar 20,2% artaraq 118,454 mln. manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 21,3% artaraq 308,71 mln. manata, aksizlər üzrə daxilolmalar 19,3% artaraq 13,171 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 10,3% artaraq 5,417 mln. manata çatıb.
Mənbə: report.az