570-ə yaxın müqaviləsiz işçi aşkar olundu

posted in: Xəbər | 0

“Əgər 2017-ci ildə bir tikinti şirkətində orta hesabla 30 işçi əmək müqaviləsi ilə işləyirdisə, hazırda bu rəqəm 48-ə yaxınlaşır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq tikinti şirkətləri aktiv şəkildə əmək müqavilələr bağlayır: “Sentyabrın 19-dan bu günə qədər tikinti şirkətlərində 43 monitorinq keçirilib. Məqsədimiz öncədən şirkətlərdə nə qədər işçinin olduğunu müəyyənləşdirmək, yalnız şübhə yarandığı zaman şirkətlərə gedib orada səyyar monitorinq keçirməkdən ibarətdir. Bu günə qədər 1600 işçi monitorinq olunub, 570-ə yaxın işçinin müqaviləsiz işlədiyi aşkar olunub. Bu rəqəm artıq get-gedə azalmaqdadır”.

F.Cəfərov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsi 1 nəfərdən 9 nəfərə qədər müqaviləsiz işçi işlətməyə görə hüquqi şəxslərin 20 mindən 25 min manata qədər, fiziki şəxlərin 3 min manata qədər, vəzifəli şəxslərin 5 min manata qədər cərimələnməsini nəzərdə tutur: “10 nəfər və daha artıq şəxsi qanunsuz işlətmək isə Cinayət Məcəlləsi ilə tənzimlənir. Burda 2 il azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, ishal işlərinə cəlb etmə və 7 mindən 10 min manata qədər cərimə tətbiq olunur. Materiallarda cinayət tərkibi olduqda Baş Prokurorluğa göndərilir”.

Direktor qeyd edib ki, mərkəzin yaradılması məqsədi Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında əmək münasibətlərinin tənzimlənməsidir: “Biz qarşılıqlı olaraq tikinti şirkətləri ilə əməkdaşlıq edirik, onların təkliflərini dinləyirik. Fəaliyyətimizdə sahibkarların təkliflərindən istifadə edirik. Eyni zamanda gördüyümüz işlərə dair bu sahədə işləyən adamlara hesabat veririk”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yeni vergi fırıldağı barədə xəbərdarlıq

posted in: Vergi, Xəbər | 0

ABŞ-ın Daxili Gəlirlər Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq səciyyəli məktubla müraciət etmişdir. Məktubda vergi fırıldağının hansı mexanizmlə həyata keçirildiyinə aydınlıq gətirilir. Oğrular vergi orqanlarından vergi ödəyicilərinin məlumatlarını əldə etmək üçün “fişinq” və digər sxemlərdən istifadə edirlər və sonra isə saxta vergi bəyannamələri tərtib etməklə orada vergi ödəyicilərinin həqiqi bank hesablarını göstərirlər. Daxili Gəlirlər Xidməti qaytarılmalı olan vergi məbləğlərini bu bank hesablarına köçürür. Bu baş verdikdən sonra fırıldaqçılar aldadılmış vergi ödəyiciləri ilə əlaqə yaradaraq özlərini vergi orqanı əməkdaşları kimi təqdim edilər və onların hesabına pulun daxil olmasını hesablama zamanı buraxılmış səhv kimi qələmə verərək, onu qaytarmağı xahiş edirlər.

Bu, həyata keçirilməsi üçün aylarla vaxt lazım gələn mürəkkəb sxemdir: vergi bəyannaməsində vergi ödəyicisinin həqiqi məlumatlarının göndərildiyi saxta qeydi aşkara çıxarmaq isə daha çətindir. Bundan əlavə, son nəticədə fırıldaqçılar pulu vergi ödəyicilərindən alırlar ki, onları aldatmaq vergi əməkdaşlarını aldatmaqdan qat-qat asandır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uşaq pulu: Məbləğ və tənzimlənmə

posted in: Müavinət, Xəbər | 0

Uşaq pulu: Məbləğ və tənzimlənmə


Uşaq pulu və ya 3 yaşınadək uşağa qulluğa görə müavinət Azərbaycan Respublikası qanunvericiliyi ilə tam həcmdə tənzimlənmiş və sosial təminata aid edilən ödəniş kimi çıxış edir.

Xatırladaq ki, bu növ müavinət uşağın doğumuna görə ödənilən birdəfəlik müavinətdən çox fərqli bir ödənişdir. Uşağın anadan olmasına görə müavinət bu faktın təsdiq edilməsini özündə əks etdirən arayış təqdim edildikdən sonra birdəfəlik (yalnız bir dəfə) ödənilir. Hazırda bu müavinətin məbləği 90 Azn təşkil edir. Ölkə başçısının 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğ 1 mart 2018-dən etibarən 10% artırılmışdır.

Uşağa 3 yaşınadək qulluğa görə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilmişdir. Qeyd edək ki, Prezidentimizin 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğlər də 1 mart 2018-dən etibarən 10% artırılmışdır.

Bu müavinət kimə ödənilir?

Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşaq 3 yaşına çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır. Daha ətraflı desək DSMF-nə əmək müqaviləsinə əsasən 3% və ya sadələşdirilmiş vergi ödəyicisi olaraq sosial öhdəliyinə əsasən ayda 26 AZN ödəyən və fərdi sahibkarlıqla məşğul olan şəxslər, hərbi qulluqçular kimi şəxslər qismən ödənişli sosial məzuniyyətə çıxdıqda bu müavinəti almaq hüququ əldə edirlər.

Xatırladaq ki, uşağa bilavasitə qulluq edən əmək müqaviləsinə əsasən çalışan valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Bu hüququndan yazılı ərizəsinə əsasən tam və ya hissə-hissə istifadə edə bilərlər.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.Mühüm bir məsələni də diqqətinizə çatdıraq ki, əgər uşaq məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir. Qeyd etmək lazımdır ki, bu məbləğin təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir və bu müavinətlərin məbləğinə heç bir vergi və ya sosial sığorta haqqı tətbiq edilmir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ümidsiz borclar necə xərcə silinir?

posted in: Vergi, Xəbər | 0

Sual: Sualım ümidsiz borclara aiddir. Müəssisənin uzun illər ərzində ödənilməmiş (mühasibat balansında, mənfəət vergi bəyannaməsində hər il göstərilir) debitor borcları yığılıb qalır. Debitor borclar əsasən 2000- 2003-cü ilədək olan borclardan ibarətdir. Müəssisə həmin ümidsiz borc olan debitor borclarını vergi ilində xərclərinə salaraq silmək istəyir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən “Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir”. Müəssisə debitor borc məbləğini mühasibat kitablarında silmək istəyir. Çünki debitor borcu olan müəssisələr ya ləğv edilib, ləğv edilməyənlər də işlərinin olmaması,və s. bəhanələrlə ödəməyiblər. Borcların iddia müddəti keçdiyinə görə məhkəməyə də müraciət etmək olmur. Xahiş edirəm Vergi Məcəlləsinin Maddə 111. “Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması” maddəsi mənə misallarla izah edərdiniz. Ümidsiz debitor borcların xərcə salınaraq silinməsinin müddəti varmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 111-ci maddəsi malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar əvvələr gəlir kimi vergiyə cəlb olunmuş, lakin sonrakı dövrlərdə ödənilməmiş debitor borclarının ümidsiz borc hesab olunması və müvafiq məbləğin gəlirdən çıxılmasını tənzimləyir.

Göründüyü kimi, maddənin tətbiqi bir neçə şərtlə şərtləndirilir:

– verg ödəyicisi uçotu hesablama metodu ilə aparmalı idi;

– debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməli idi;

– ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalı idi.

Qeyd olunan şərtlər yerinə yetirildikdə vergi ödəyicisi ümidsiz bor kimi təsnifləşdirilən debitor borcu ümidsiz borc kimi təsdiqləndiyi və mühasibat kitablarında sildiyi halda gəlir (mənfəət) vergisinin məqsədləri üçün xərc kimi nəzərə ala bilər.

Əlavə olaraq qeyd edək ki, kreditor tərəfindən ümidsiz borc kimi silinən məbləğ əks tərəfin gəliri hesab olunmaqla vergiyə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.16.5-ci və 111-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.