“Tüfeylilik vergisi” ləğv olundu

Belarusun ölkə başçısı Aleksandr Lukaşenko “Tüfeylilik vergisi” adlandırılan yığımın ləğvi ilə bağlı sərəncam imzalamışdır. Sənədə əsasən, işləməyən vətəndaşlar dövlət xərclərinin maliyyələşdirilməsi üçün yığımdan azad edilmişlər.
Sərəncamda bildirilir, Belarusda daimi fəaliyyət göstərən komissiyalar ölkənin işsiz vətəndaşlarının işə düzəlməsinə yardım edəcək. Komissiyalara parlamentin deputatları, yerli hakimiyyət orqanlarının ekspertləri və ictimai birliklərin nümayəndələri daxil ediləcək və onlara geniş səlahiyyətlər veriləcək.
Xatırladaq ki, Belarus Prezidentinin tüfeylilik əleyhinə yönəldilmiş dekreti 2015-ci ilin aprelində imzalanmışdır. Həmin sənədə əsasən, işləməyən və vergi ödəməyən əməkqabiliyyətli vətəndaşlar hər il dövlət büdcəsinə 200 ABŞ dolları məbləğində vəsait ödəməli idilər. 2017-ci ilin fevralında bu dekretlə bağlı ölkədə etiraz nümayişləri keçirilmiş, martda isə Prezident Lukaşenko bu yığımın bir illiyə dayandırılması ilə bağlı sərəncam imzalamışdır.
Mənbə: www.vergiler.az


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində ilk mərhələdə ortahəcmli müəssisələrdə bu standartların tətbiqinin təşviq edilməsi nəzərdə tutulmuşdur.