Cəmi 50 manata maliyyə hesabatları və audit mövzusunda təlim

posted in: Audit, Maliyyə, Xəbər | 0

“Maliyyə hesabatları və audit” mövzusunda təlim

Dəyərli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2018-ci il 05 – 08 fevral tarixlərində saat 10:00-da “Maliyyə hesabatları və audit” mövzusunda təlimin keçirilməsi planlaşdırılır. Təlim ACCA-nın üzvü Davud Məmmədov, Ernst &Young Azerbaijan nümayəndələri Ziya F. Mikayılov və Kamran Səfərəliyev tərəfindən keçiriləcək.

Təlimdə iştirak qaydaları:

Təlim ASK üzvləri üçün ödənişsizdir. Qeyri üzvlər üçün ödəniş 50 (əlli) manat məbləğində olacaqdır. ASK üzvləri təlimdə iştirak haqqında təsdiq maili ilə məlumatlandırılacaqlar. Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır.

 https://ask10.typeform.com/to/kzBmBP

Təlimin sonunda kursu tam bitirmiş iştirakçılara sertifikat təqdim olunacaq.

Təlimin keçirildiyi ünvan: ASK ofisi, Ak. Həsən Əliyev küç., 57, 3-cü mərtəbə

Qeyri üzvlər ödənişi təsdiq edən sənədi mail olaraq öncədən təqdim etməlidirlər, əks halda təlimdə iştirak təmin edilmir.

Ödəniş aşağıda qeyd olunan hesaba köçürülməlidir:

«Turanbank»  ASC

Kodu: 507462  

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 

“ASK Biznes Konsaltinq” MMC 

Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761                                                                                                                 

 

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Azərbaycan Sahibkarlar Konfederasiyası

Dövlər orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsi

Tel: (994 12) 465 72 42

Mənbə: ask.org.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” qanun layihəsi müzakirə edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) “Kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” qanun layihəsi müzakirə edilib.

Bu barədə ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müzakirələrdə qurumun  məsul şəxsləri ilə yanaşı, Auditorlar Palatasının, Azad İstehlakçılar Birliyi, bır sıra assosiasiyaların rəhbərləri iştirak ediblər.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, qeyd edilən qanunun müzakirəsinə ehtiyac var və assosiasiya rəhbərlərinin təklifləri ASK üçün olduqca əhəmiyyətlidir: “Yanaşmalar fərqli ola bilər, hər hansı sistemliliyin olması isə təqdirəlayiq haldır”.

ASK-nın Hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə isə qeyd edib ki, hazırlanmış qanun layihəsində sahəvi assosiasiyaların təmsilçilik kriteriyaları da öz əksini tapmalıdır. Belə ki, bu kriteryalar yaradılacaq təşkilatların daha geniş üzvlük əhatəsinə malik olmasına və dayanıqlı mövcudluğuna səbəb olacaq.

Daha sonra assosiasiya rəhbərləri bir sıra təkliflər səsləndiriblər və bildiriblər ki, fəaliyyətlər sahələrinə uyğun onlara səlahiyyətlər versələr daha səmərəli fəaliyyət göstərmiş olarlar. Hal-hazırda mövcud olan sahəvi assosiasiyaların fəaliyyəti də nəzərə alınsın. Həmçinin sahibkarlar (hüquqi şəxs) tərəfindən assosiasiyalara ödənilən üzvlük haqqının gəlirdən çıxılan xərclərə daxil edilməsi təklif olunub.

ASK-nın açıqlamasına görə, bu tipli müzakirələr davamlı xarakter daşıyacaq, təkliflər toplanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Orta məktəbin Baş mühasibinə il yarım həbs

posted in: muhasibat, Xəbər | 0

Şaxta şəhər məktəbinin baş mühasibi il yarımlıq həbsə məhkum edildi.

2018-ci il yanvarın 30-da Şaxta şəhər (Rusiya Federasiyası) prokurorluğunun vəsatəti əsasında xüsusilə külli miqdarda dələduzluğa görə ittiham olunan orta məktəbin baş mühasibi ilə bağlı məhkəmə prosesi keçirilib.

Vilayət prokurorluğundan KİV-ə bildirilib ki, məktəbin baş mühasibi Olqa Puzeryeva vergi müfəttişliyinə və federal xəzinə idarəsinə təqdim olunan sənədlərə saxta məlumatlar daxil edib. Bu maxinasiyalar sayəsində məktəbin baş mühasibi öz hesabına 2 milyon rubldan çox vəsait köçürüb. Yol verdiyi cinayət əməlində Olqa Puzeryavanın təqsiri tam sübuta yetirilib. Məhkəmə qadına cəzasını islah əmək düşərgəsində çəkməklə il yarımlıq həbs cəzası verilib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sahibkarlıq 4 bölgü üzrə olacaq-Sahibkarlıq fəaliyyəti haqqında qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156; 2016, № 12, maddə 2014; 2017, № 6, maddə 1057) aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

1. Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasının birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun preambulasının birinci hissəsində “qurumlar” dedikdə, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələrində sahibkarlıq fəaliyyətinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada nəzarəti həyata keçirmək hüququ olan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur;

2.3. həmin Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinin beşinci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

2.5. həmin Qanunun 9-cu maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

Mənbə: president.az