“Kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” qanun layihəsi müzakirə edilib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) “Kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” qanun layihəsi müzakirə edilib.

Bu barədə ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müzakirələrdə qurumun  məsul şəxsləri ilə yanaşı, Auditorlar Palatasının, Azad İstehlakçılar Birliyi, bır sıra assosiasiyaların rəhbərləri iştirak ediblər.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, qeyd edilən qanunun müzakirəsinə ehtiyac var və assosiasiya rəhbərlərinin təklifləri ASK üçün olduqca əhəmiyyətlidir: “Yanaşmalar fərqli ola bilər, hər hansı sistemliliyin olması isə təqdirəlayiq haldır”.

ASK-nın Hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə isə qeyd edib ki, hazırlanmış qanun layihəsində sahəvi assosiasiyaların təmsilçilik kriteriyaları da öz əksini tapmalıdır. Belə ki, bu kriteryalar yaradılacaq təşkilatların daha geniş üzvlük əhatəsinə malik olmasına və dayanıqlı mövcudluğuna səbəb olacaq.

Daha sonra assosiasiya rəhbərləri bir sıra təkliflər səsləndiriblər və bildiriblər ki, fəaliyyətlər sahələrinə uyğun onlara səlahiyyətlər versələr daha səmərəli fəaliyyət göstərmiş olarlar. Hal-hazırda mövcud olan sahəvi assosiasiyaların fəaliyyəti də nəzərə alınsın. Həmçinin sahibkarlar (hüquqi şəxs) tərəfindən assosiasiyalara ödənilən üzvlük haqqının gəlirdən çıxılan xərclərə daxil edilməsi təklif olunub.

ASK-nın açıqlamasına görə, bu tipli müzakirələr davamlı xarakter daşıyacaq, təkliflər toplanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email