İnzibati Xətalar Məcəlləsində 1 maddə ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299) 342.1.2-ci maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblər haqqında maraqlı lətifələr (6-cı hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

  • Mühasib ezamiyyətdən qayıdan əməkdaşın hesabatını yoxlayır. – Bu astronomik rəqəm nədir? – Otelə ödənilən məbləğdir. – Sizə oteli almaq səlahiyyətini kim verib?
  • Muzdla işçi axtaran agentliyə bir kişi gəlir. – Mənə iş lazımdır. – İxtisasınız nədir? – Mən mühasibəm. Ona təkliflər edilir: – Baş mühasib yeri var, tələblər bunlardır: – ali təhsil, ingilis dilini bilməlisiniz, dövlət qulluğunda daha bir yer də var, ora üçün tələblər isə belədir: – Ali təhsil, 2-3 il əmək stajı və s. Kişi deyir: – Ümumiyyətlə, mən axmağam, mühasiblik də pis sənətdir. Ona belə cavab verirlər: – Bunu başdan deyərdiniz də, sizin kimilər üçün yalnız Dövlət Dumasının vergilər üzrə komitəsində və Maliyyə Nazirliyinin mühasibat uçotu üzrə metodologiya departamentdə  yer qalıb.
  • Sahibkarın oğlu atasından soruşur: Ata, bizdə fantastikaya və ya mistikaya aid oxumaq üçün nəsə var? – Var, oğlum, bizim mühasibin hesabatı.
  • Qorki küçəsində öz pasportunu itirmiş hörmətli Oksana İvanovna. Sizi Baş Direktor və Baş Mühasib vəzifəsinə təyin olunmağınız və daha 43 şirkətdə imzanızın tanınması hüququ münasibətilə səmimi qəlbdən təbrik edirik!!!
  • Elan: – Təşkilat mühasib axtarır. Mükafat da veriləcək!!!
  • Elan: – Moskvalı qız öz ixtisası üzrə və ya mühasib işi axtarır.
  • Mühasib işə düzəlir və bu zaman anket doldurur. Orda belə bir sualla qarşılaşır: – Nə vaxtsa istintaq altında olmusunuzmu? Cavab yazır: – Yox. Növbəti sual gəlir: – Niyə? O, cavab yazır: – Çünki heç vaxt ilişməmişəm!

Məqalənin 5-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gömrük Məcəlləsinə dəyişiklik təsdiqləndi

posted in: Xəbər | 0

Azərbaycan parlamenti Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Azərbaycan parlamenti Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Dəyişikliklərə əsasən, şəxsi yoxlama həyata keçirilərkən hal şahidlərinin iştirakı videoçəkiliş olmadığı halda məcburi olacaq.

Dəyişikliyi nəzərdə tutan qanun layihəsi qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın (o cümlədən, videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın) aparılması ilə bağlı məsələləri tənzimləmək məqsədilə hazırlanıb.

Qanun layihəsinə əsasən, hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq, eyni zamanda şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunda deyilir ki, şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir.

Digər dəyişikliklə, nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi sərtləşdirilib. Belə ki, dəyişikliyə əsasən, əgər gömrük ərazisinnə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada, o cümlədən, elektron formada nəqliyyat vasitəsnin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı, nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları, nəqliyyat vasitəsinin heyəti və sərnişinləri, təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük, mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük və nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidirlər. Hazırda isə qanunda qeyd olunur ki, bu sənədlər “təqdim edilə bilər”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqlənib

posted in: Xəbər | 0

Milli Məclis “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Azərbaycan parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi daşıyır.

Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.